Biharlılar (xalq)

Biharlılar, biharilər - Hindistanın şimal-şərqində hind-ari xalqları qrupu, Biharın əsas əhalisi [1]..

Yaşadıqları ərazilər

[redaktə | mənbəni redaktə et]
Hindistanın şimalında, əhalisinin əksəriyyəti biharlılar olan Bihar

Biharlılar əsasən Hindistanın Bihar ştatında yaşayırlar və ştatın əhalisinin təxminən 10, faizini təşkil edirlər. Onlar, həmçinin Hindistanın digər bölgələrində, eləcə də Nepalda və Mavriki adasında yaşayırlar. Tərkibinə maythililər (methlilər, tirhutialar, tihutialar-3,6 mln. nəfər (2000). Biharın şimalındakı Mithila vilayətində - Qanq çayından Himalay dağlarının qollarınadək; həmçinin Dehlidə, Kəlkətədə, Mumbaidə və s. şəhərlərdə yaşayırlar; Nepalda sayları 2,8 mln. nəfərdir, 2001), bhocpurilər (bhocapurilər, desvalilər, khotlalar-36,1 mln. nəfər, Biharın qərbində, həmçinin Uttar-Pradeş, Madhya-Pradeş, Assam, Qərbi Benqaliya ştatlarında, Dehli şəhərində yaşayırlar.[2]. Böyük Moğol hokmdarı Əkbər şah 1557-1976-cı illərdə Biharı öz imperiyasına birləşdirmişdı. 1741-1751-ci illərdə maratxlar Bihara hücum etmiş və bu əyaləti tutaraq öz hakimiyyətlərinə tabe etmişlər. 1764-cü ildə baş vermiş Buksare döyüçündən sonra biharlılar Böyük Britaniyanın Ost-Hind kompaniyasının idarəçiliyi altına keçmişlər. 1947-ci ildə BMT-nin qərarına əsasən Hindistan iki hissəyə bölünərkən müsəlman biharlıların əksəriyyəti Şərqi Benqaliyaya (1971-ci ildən Banqladeş adlanır) köçürülmüşlər. Nepalda 1,9 min nəfər, Mavriki adasında 380 min nəfər); maqahilər (maqadhilər, maqhayyalar, maqhorilər-11,9 mln. nəfər; Biharın cənubunda, həmçinin Chakrhand və Qərbi Benqaliyada yaşayırlar); daha kişik qruplar - angikalar, sadrilər və b. daxildir.

Dilləri və dinləri

[redaktə | mənbəni redaktə et]

Bəzən bihari dilində birləşən maythili, bhocpuri və maqahi dillərində danışırlar; yazıları devanaqari, və kaythi əsasındadır. Hind, Nepal, benqal, ingilis dilləri də yayılmışdır. Dindarları əsasən, hinduistdir; müsəlmanlar Biharlıların 12 faizini təşkil edir. Xristianlar, Caynlar,siqhlər, buddistlər və ənənəvi etiqadlarını saxlayanlar da var.

Əsas məşğuliyyətləri

[redaktə | mənbəni redaktə et]

Əsas məşğuliyyətləri xış əkinçiliyi (başlıca olaraq, çəltik, həmçinin buğda, darı, paxlalılar, şəkər qamışı, tütün), heyvandarlıq (davar və s.) və quşçuluqdur.

Etnoqrafik xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Əhalisi az olan (500 nəfərədək) kişik kəndlər səciyyəvidir. Evləri birmərtəbəlidir, çiy kərpicdən tikilir (Qanq çayı vadisində), yaxud bambuk karkaslı hörmə divarları olur, damı küləşlə və ya kirəmitlə örtülür, ikiyamaclı, yaxud dördyamaclıdır (Şimal-Qərbi və Cənubi Biharda). Əsas geyimləri dhoti və saridir: Şimali Biharda müsəlman geyim tərzi yayılmışdır. Yeməkləri tərəvəz və ədviyyatla hazırlanan düyü və paxladır (dal); qoğal, bayramlarda tərəvəz, balıq və ətlə bişirilən plovdur (pulau); orta və ali kasta nümayəndələri ət və balıq yeyirlər; ağartıdan istifadə edirlər. Biharlıların böyük hissəsi (müsəlmanların əksəriyyəti) şəhər əhalisini təşkil edir, caynlar arasında sahibkarlar çoxdur. Maythililər və bhocpurilər Maythil və Bhocpuri-Racya ştatlarının yaradılması uğrunda mübarizə aparırlar.

  • Седловская А. Н. Бихарцы // Новая Российская энциклопедия, Т.3. / Под. ред. В. Карева. - М.: "Энциклопедия", 2007. - С. 239-240.
  • Седловская А. Н. Бихарцы // Народы и религии мира / Глав. ред. В. А. Тишков. — М.: Большая Российская Энциклопедия, 1999. — С. 100.
  • Снесарев А. Е. Этнографическая Индия. — М.: Наука, 1981. — С. 90-91.
  • Гусева Н. Р. Индия: общество и традиции // У политической карты мира. — М.: Знамя, 1990. - С. 4-5, 22-23.
  • Бихарцы // Большая Российская энциклопедия, Т.3. / Глав. ред. Кравец С. Л. - М.: Большая Российская энциклопедия, 2005. - С. 565-566.
  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 28. ISBN 978-9952-441-03-1.
  2. Седловская А. Н. Бихарцы // Народы и религии мира / Глав. ред. В. А. Тишков. — М.: Большая Российская Энциклопедия, 1999. — С. 100.