Bilal Çompuzov

Bilal İsmayıl oğlu ÇompuzovAzərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 1-ci Ordu Korpusunun Komandiri (v. m. i. e.).

Bilal Çompuzov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri
Qoşun növü Quru Qoşunları
Rütbəsi
General-mayor
Vəzifəsi 1-ci Ordu Korpusunun Komandir əvəzi
Döyüşlər Qarabağ müharibəsi (2020)
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Qubadlının azad edilməsi
Dağlıq Qarabağda hərbi əməliyyat (2023)
Təltifləri
"Azərbaycan Bayrağı" ordeni — 2021 3-cü dərəcəli "Rəşadət" ordeni — 2023
"Vətən uğrunda" medalı — 2021 "Xocavəndin azad olunmasına görə" medalı — 2021 "Qubadlının azad olunmasına görə" medalı — 2021 "Laçının azad olunmasına görə" medalı — 2021
"Hərbi xidmətlərə görə" medalı — 2003
"Vətən müharibəsi iştirakçısı" medalı

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Kapitan Bilal Çompuzov Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən 24 iyun 2003-cü ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.[1]

Bilal Çompuzov 27 sentyabr 2020-ci ildə başlanan və altı həftə davam edən Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, XocavəndQubadlı istiqamətlərində gedən hərbi əməliyyatlarda olub. O döyüşlərin gedişində yaralansa da, sonadək vuruşub.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Bilal İsmayıl oğlu Çompuzov Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni[3] ilə, "Vətən uğrunda" medalı[4] ilə, "Xocavəndin azad olunmasına görə" medalı[5] ilə, "Qubadlının azad olunmasına görə" medalı[6] ilə və "Laçının azad olunmasına görə" medalı[7] ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyev 25 iyun 2023-cü il tarixli 3947 nömrəli Sərəncamı ilə Bilal Çompuzova "general-mayor" ali hərbi rütbəsi verildi.[8]

Bilal Çompuzov 19 sentyabr 2023-cü ildə başlanan və 24 saat davam edən anti-terror tədbirləri zamanı Birinci Ordu Korpusunun Qərargah rəisi olub. Hərbi əməliyyatlardan dərhal sonra Birinci Ordu Korpusu Komandirinin vəzifələrini müvəqqəti icra edib.

Azərbaycan Prezidentinin 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.[9]

8 noyabr 2023-cü ildə Vətən müharibəsində əldə edilən zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad zamanı 1-ci Ordu Korpusunun heyətinə başçılıq edib.[10]

  1. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Müdafiə Nazirliyinin hərbi qulluqcularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 24.06.2003-cü il tarixli 887 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2011-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  2. "General rütbəsini yeni alanlar kimlərdir? — Fotolar". Qafqazinfo (az.). 2023-06-26. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-28.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli 2721 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli 2722 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli 2712 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli 2715 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. İstifadə tarixi: 01.10.2022.
  7. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli 2719 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  8. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2023-cü il tarixli 3947 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. İstifadə tarixi: 01.10.2022.
  9. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 7 noyabr 2023-cü il tarixli 4158 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2024-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  10. Azərbaycan Prezidentinin rəsmi saytı. "Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad baş tutub". www.president.az (az.)). 01.10.2022. 2024-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.