Kürmükoba bayramı

Kürmükoba bayramıAzərbaycangürcü xalqlarının nümayəndələri bir araya gələrək yazpayızın gəlişini birgə el mərasimlərilə qeyd etməsi; ənənəvi olaraq Qax rayonunun Kürmük deyilən ərazisində təşkil olunur[1]. Hazırda mayın 6-da və noyabr ayında dini mənsubiyyətindən asılı olmayaraq hər bir qaxlı Kürmük məbədini ziyarətə gəlir. Zəvvarların sırasında başqa bölgələrdən, qonşu ölkələrdən gələnləri də görmək mümkündür.[2][3]

Mənşəyi və tarixi

[redaktə | mənbəni redaktə et]

Bu bayramın tarixçəsi əslində Kürmük məbədi və onun yerləşdiyi ərazi ilə sıx bağlıdır. Bayramın tarixi köklərinin qədim olması, bayramda bir çox adətlərin və fərqli dinlərə malik ayinlərin işlənməsi ilə xarakterikdir. Bayramın kökündə fərqli inanclar durur. Diqqəti çəkən məqəmlardan biri bayramın yaz və payız aylarında keçirilməsidir. "Kürmük Oba Bayramı" məbəd yolundan başlayır və məbədin ziyarətilə başa çatır. Əsas məbədə aparan yolun üstündə, iri qapını xatırladan nəhəng qara daş var. Qara daşın üzərində olan bu çökəklə bağlı əfsanəyə görə bura hələ İsa Məsihin sağlığında kilsə olub.[4]. Peyğəmbər çarmıxa çəkiləndə qapılar daşa çevrilərək, birdəfəlik bağlanıb. Başqa bir inanc isə bizə Zərdüştlükdən xəbər verir. Zərdüştlük cizgiləri daşıyan başqa bir inanca görə isə qara daşın içində qızıl xoruz yaşayır. İldə bir dəfə, payızda, noyabr ayında gecə göydən enən mələk qara daşın qapılarını aralayır. Səhər isə yenidən bağlayır. Səhərə qədər o mağaraya girə bilən adam xoşbəxtlik və ölümsüzlük qazanır.

Müasir araşdırmalar nəticəsində əldə olunan digər nəticələrədən biridə bu ərazinin müqəddəs yer olmasına səbəb Kitabi Dədə Qorqud qəhrəmanı Bəkilin dastanda göstərildiyi ərazinin məhz Qaxın bu ərazisi olmasıdır.[5]

İlisu sultanlığını işğal edən Çar Rusiyası xristianlığı yaymaq üçün qədim məbədin üzərində yeni kilsə Müqəddəs Georgi kilsəsini tikmişdir. Kilsənin inşa tarixi 1873-cü ilə aiddir.[2]. Kilsənin inşasında əsas məqsəd insanların qədim adət və inanclarından istifadə edərək xiristianlığı geniş yayılmasına nail olmaq idi.

Bu gün insanlar evlərində yemək tədarükü görür, bir qismini isə məbədə gətirir. Onlar xoruz və ya qoyun qurbanlarını buraya gətirir. Bu gün nəhəng qara daşın əlçatan yerlərində yandırılan şamların qara hisi, daşın his basmış, yapışqanlı səthi insanların hələ də bu yerə olan etiqadlarını qoruyub-saxladıqlarından xəbər verir. Qara daş aralananda oradan qızıl xoruzun çıxacağına, uçub hansısa bəxtəvərin çiyninə qonacağına inanan əhali hələ də gətirib məbədin həyətinə xoruz buraxır və ya xoruz qurban kəsir. Maraqlı adətlərdən biri də diləklərinin həyata keçməsi üçün məbədə gedən yolu insanlar ayaq yalın getməsidir. Digər maraqlı cəhətlərdən biri xristian zəvvarların da ziyarət zamanı İslam dininin haram buyurduğu donuz ətindən qəti şəkildə istifadə etməməsidir.[6]

  1. "Qaxda "Kürmükoba" bayramı qeyd olunub". 2012-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-26.
  2. 1 2 H.Əzimov, Ş.Əhmədov. Qax abidələri. Bakı: 1998
  3. "Gürcü və azərbaycanlıların birgə bayramı - Kürmükoba bayramı". BBC (az.). 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  4. "Qaxın xalı, XALÇASI". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-23.
  5. ""Kitabi-Dədə Qorqud"un izi ilə Qaxda oğuz qəhrəmanı Bəkilin sorağında". 2015-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-03.
  6. "Kürmük məbədində Müqəddəs Georgi Günü". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]