İslam Qarayev

İslam Şamil oğlu Qarayev — Azərbaycan alimi, iqtisad elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad İnstitutunun rektoru (1994–2000), Azərbaycan Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutunda bölmə və şöbə müdiri (1968–1977), Azərbaycan Xarici Dillər İnstitutunun Siyasi iqtisad kafedrasının müdiri, uzun illər Azərbaycan EA İqtisadiyyat və Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb.

İslam Qarayev
İslam Şamil oğlu Qarayev
Doğum tarixi
Doğum yeri İkinci Şıxlı, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Şamil Qarayev
Elm sahəsi İqtisadiyyat
Elmi dərəcəsi Elmlər doktoru
Elmi adı Professor
Təhsili Azərbaycan Dövlət Universiteti

İslam Qarayev 1940-cı ildə Qazax rayonunun 2-ci Şıxlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin "İqtisadiyyat" fakültəsini bitirmişdir (1961).

2015-ci ilin oktyabr ayının 2-də Bakı şəhərində vəfat edib.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Moskva şəhərində SSRİ EA-nın İqtisadiyyat İnstitutunun aspirantı olmuş (1963–1966) və 1966-cı ildə vaxtından əvvəl həmin İnstitutda müdafiə edərək namizədlik dərəcəsi alıb. 1983-cü ildə doktorluq dərəcəsi və 1985-ci ildə professor adı alıb.

Uzun illər Azərbaycan EA İqtisadiyyat və Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. 1987–1992-ci illərdə Azərbaycan Dillər İnstitutunun "Siyasi iqtisad" kafedrasının müdiri olub. Azərbaycan Dövlət İqtisad İnstitutunda birinci prorektoru (1992–1994), 1994-cü ilin yanvarından 2000-ci ilin noyabrına qədər həmin institutun rektoru vəzifəsini icra edib.[1]

300 çap vərəqdən yuxarı elmi əsərləri, monoqrafiyaları, dərslikləri, dərs vəsaitləri və elmi məqalələri çapdan çıxıb.

2015-ci ilin oktyabrına kimi Azərbaycan Dövlət İqtisad Universitetinin "Aqrar-sənaye müəssisələrinin iqtisadiyyatı və idarə edilməsi" kafedrasına rəhbərlik edib.

  1. . [1] Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine UNEC (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]