Əli Abbasov

Əli Məhəmməd oğlu Abbasov (1 yanvar 1953[1], Naxçıvan) — Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri (2004–2014), rabitə və yüksək texnologiyalar naziri (2014–2016), texnika elmləri doktoru, professor, akademik, Azərbaycan Dövlət İqtisad Universitetinin Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının müdiri. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru.

Əli Abbasov
7 mart 2014 – 12 noyabr 2015
Əvvəlkivəzifə təsis edilib
SonrakıRamin Quluzadə
20 fevral 2004 – 7 mart 2014
ƏvvəlkiNadir Əhmədov (rabitə naziri kimi)
Sonrakıvəzifə ləğv edilib
20 fevral 2000 – 30 iyun 2004
Əvvəlkiİslam Qarayev
SonrakıŞəmsəddin Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1953(1953-01-01)[1] (71 yaş)
Doğum yeri
Partiya
Təhsili
  • Moskva Energetika İnstitutu[d]
Fəaliyyəti siyasətçi, universitet müəllimi[d], informatik
Elmi fəaliyyəti
Elmi dərəcəsi
Elmi adı

Təltifləri "Şöhrət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əli Abbasov 1 yanvar 1953-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1976-cı ildə Moskva Energetika İnstitutunu "Avtomatika və telemexanika" ixtisası üzrə bitirmişdir. 1981-ci ildə 05.12.13 — "Avtomatlaşdırılmış layihələndirmə sistemləri, radiotexnika və elektronika sənayesində istehsalatın texnoloji hazırlanmasının avtomatlaşdırılması" ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsini almışdır. 1994-cü ildə isə 05.13.14 — "İnformasiyanın işlənməsi və idarəetmə sistemləri" ixtisası üzrə texnika elmləri doktoru elmi adını almışdır. 1996-cı ildən professor, 2001-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.

Ailəlidir, iki övladı var.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə 1976-cı ildə AMEA Kibernetika İnstitutunda mühəndis vəzifəsində başlamışdır. AMEA AİS şöbəsində laboratoriya müdiri (1982–1988), baş mühəndis (1988–1992), direktor (1992–1997) vəzifələrində çalışmış, kompüter və telekommunikasiya şəbəkələrinin işlənib hazırlanması və tətbiqi üzrə elmi-tədqiqat işlərinə rəhbərlik etmişdir. 1997–2000-ci illərdə AMEA İnformasiya Telekommunikasiya Elmi Mərkəzinin direktoru vəzifəsində çalışmışdır.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1993-cü il yanvar ayından Yeni Azərbaycan Partiyasının, 2001–2021-ci illərdə Partiyanın Siyasi Şurasının üzvü olmuşdur.

2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olmuşdur.

2000–2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Milli Məclisin Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü olmuşdur.

2004–2015[2]-ci illərdə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsində çalışmışdır.

Beynəlxalq İnformatizasiya və Beynəlxalq Telekommunikasiya Akademiyalarının, Rəqəmli İnkişaf üçün Genişzolaqlı Rabitə üzrə BMT Baş katibi yanında Komissiyanın[3], Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutunun[4] üzvüdür.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dövlət İqtisad Universitetinin "Rəqəmsal texnologiyalar və tətbiqi informatika" kafedrasının müdiridir.[5] AMEA-nın müşaviri (2017), AMEA Yüksək Texnologiyalar Parkının direktoru (2020), 2021-ci ildən isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktorudur.[6]

Beynəlxalq Elmlər Akademiyasının, Ümumdünya Elmlər Akademiyasının (TWAS), Beynəlxalq İnformatizasiya və Beynəlxalq Mühəndislik Akademiyalarının həqiqi üzvü, 5 xarici universititetlərin fəxri doktoru və Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutunun (İEEE) üzvüdür.

350-dən çox elmi əsərin, o cümlədən 21 monoqrafiyanın, 2 lüğətin, 9 dərs vəsaitin, 1 ensiklopediyanın və 11 patentin müəllifi, ölkəmizdə keçirilən bir sıra beynəlxalq konfransların təşkilatçısı, yüksək İmpakt Faktorlu (İF-7,4) Applied and Computational Mathematics elmi jurnalın baş redaktorlarından biridir. Rəhbərliyi altında 25 fəlsəfə doktoru və 14 elmlər doktoru hazırlanmışdır.

Əsas elmi əsərlərin adları

[redaktə | mənbəni redaktə et]
  1. Аббасов А. М., Рубцов В. П. Об одном подходе к проектированию топологии БИС сеточным принципом //Управляющие системы и машины, Киев, 1979, № 6.
  2. Аббасов А. М. Об одной модели задачи трассировки // Кибернетика, Киев, 1983, № 2.
  3. Аббасов А. М., Махмудов Ю. А. Распределенные системы обработки данных. Монография, Баку, "Элм", 1990.
  4. Аббасов А. М., Алиев Э. Р., Мамедова М. Г. Архитектура и принципы реализации распределенных систем принятия решений // Управляющие системы и машины, 1993, № 5, c.71–79
  5. Аббасов А. М., Алгулиев Р. М. Касумов В. А. Проблемы информационной безопасности в компьютерных сетях. Монография, Баку, "Элм", 1998–236с.
  6. Abbasov A. M., Mamedova M. H., Gasimov V. Fuzzy relational model for knowledge processing and decision making // Advances in Mathematics Research, vol. 1, 2002, p. 207–239.
  7. Abbasov A. M., Mamedova M. H., Orujov G. and etc. Synthesis of the methods of subjective knowledge representations in problems of fuzzy pattern recognition // Mechatronics, № 11 (2001), p. 439–449.
  8. Abbasov A. M., Mamedova M. H., Gasimov V. A. Fuzzy relational model for knowledge processing and decision making // International Journal of Mathematics, Game Theory and Algebra, vol. 12, no 5, Nova Science Publishers, Inc. New York, 2002, p. 329–408.
  9. Аббасов А. М., Сулейманов А. Ш., Рзаева И. А. Алгоритм анализа текста с применением грамматики русского языка на основе нейрологики // Техника, 2003, № 2.
  10. Abbasov A. M., Fatullayev A. B. The complications of the Azerbaijan-English machine translation process and ways their elimination // Applied and computional mathematics, vol. 4, N 1, Bakı, 2005, p. 3–9.
  11. Abbasov A. M., Mamedova M., Gasimov V. Fuzzy relational model for knowledge processing and decision making // Advances in Mathematics Research, Volume 1, Nova Science Publishers, Inc. New York, 2002, p. 207–241.
  12. Abbasov A. M., Fatullayev A. B. Forming the set of recognition units for the speech recognition system for the Azerbaijani language // Applied and Computational Mathematics. Vol. 6, No. 2, 2007, p. 181–191.
  13. Abbasov A. M., Fatullayev A. B., Fatullayev R. A. Overcoming Agglutination Difficulties in the Development of an MT system from the Azerbaijani Language // Speech and Language Technology. International journal of Polish phonetics association. Poznan 2008, vol. 11, p. 215–228.
  14. Abbasov A. M., Aliyev I. M. Mathematical model for a choice of optimal structure of MPLS-networks // Automatic Control and Computer Sciences (2010) 44, p. 149–153.
  15. Abbasov A. M. Broadband and the digital divide // Connect World, 2010, ISSN 1743–0704, p. 8–9.
  16. Abbasov A. M. Information boom: New trends and Expectations / Word Conference on Soft Conference, San Francisco, California, may 23–26, 2011, p. 19.
  17. Abbasov A. M., Aliev T. A., Guluyev Q. A. and etc. System of robust noise monitoring of anomalous seismic processes /Soil Dynamics and Earthquake Engineering Volume (s) 53, 07 jul-2013, p. 11–25.
  18. Yager R. R., Abbasov A. M. Pythagorean Membership Grades, Complex Numbers, and Decision Making/ International Journal of Intelligent Systems, Volume 28, Issue 5, pp. 436–452, may 2013.
  19. Аббасов А. М., Yager R. R., Reformat M. Z. and etc. Soft Computing: State of the Art Theory and Novel Applications/Series: Studies in Fuzziness and Soft Computing, vol.291, Publisher: Springer; 2013.-315 p.
  20. Abbasov A. M. Information Boom: New Trends and Expectations/ Soft Computing: State of the Art Theory and Novel Applications Studies in Fuzziness and Soft Computing, Volume 291, 2013, pp 1–12.
  21. Yager R. R., Abbasov, A. M. "On forming joint variables in computing with words," Technical Report MII-3209 Machine Intelligence Institute, Iona College, 2013
  22. Zadeh L. A., Abbasov A. M., Yager R. R. and etc. Recent Developments and New Directions in Soft Computing / Series: Studies in Fuzziness and Soft Computing, Vol. 317, 2014, VIII, 466 p.
  23. Abbasov A. M., Shahbazova Sh. N. Model of the Applicability of Expert System Based on Neural Networks Technology and Hybrid Systems for Decision Making / Recent Developments and New Directions in Soft Computing" Vol. 317, VIII, 2014, pp. 3–18.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • "Şöhrət" ordeni — 27 dekabr 2012[7]
  • Pannonia Universitetinin Fəxri doktoru
  • Moskva Energetika Universitetinin Fəxri doktoru
  • Odessa Milli Rabitə Akademiyasının Fəxri doktoru
  • Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin Fəxri doktoru
  1. 1 2 Davos 2014 Participant List.
  2. "Ə.M. Abbasovun Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-12.
  3. "Arxivlənmiş surət". 2013-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-15.
  4. "Arxivlənmiş surət". 2018-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-15.
  5. "Arxivlənmiş surət". 2014-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-15.
  6. "AMEA Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub". 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
  7. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-28.