Bir xalanın sirri

Bir xalanın sirri — tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2018-ci ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. "Bir xalanın sirri" macəra komediyası "Bozbash Pictures" qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimovİlkin Misgərli ifa edirlər.

Bir xalanın sirri
Janr Komediya
Rejissor Emil Abdullayev
Prodüser İlkin Həsəni
Baş rollarda İlkin Həsəni
Ramil Babayev
Elşən Orucov
Azər Baxşəliyev
Nicat Rəhimov
İlkin Misgərli
Şahmar Qəribli
Yasin Qarayev
Beyrək Rüstəmov
Gülzar Əşrəfova
İstehsalçılar Azad Azərbaycan Televiziyası
İlk Media
İlk baxış tarixi 2018
Ölkələr Azərbaycan Azərbaycan
Dil Azərbaycanca
İl 2018
Əvvəlki film Stalinin başı
Sonrakı film Bombaltı
Rəng Rəngli

Hadisələr "Bozbash Pictures"in 6 əsas qəhrəmanının başına gəlir. Bacısına toy eləmək istəyən Şöşü toya iki gün qalmış təzə kürəkəni də götürüb öz qohumları ilə birlikdə paytaxda toyqabağı istirahət üçün gəlirlər. Paytaxtdakı əyləncə mərkəzlərinin birində spirtli içki qəbul edən qohumlar bir də gözlərini səhər hoteldə açırlar. Bundan sonra qəhrəmanlarımız hərəsi bir yerdə bir vəziyyətdə aşkar olunur.

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]