Bircəciyim tammetrajlı bədii filmi rejissor Ənvər Əbluc[1] tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yazıçı İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" povestinin motivləri üzrə çəkilmişdir. Uşaq evində tərbiyə alıb boya-başa çatmış, həyatda ilk addımlarını atarkən gözlənilmədən dramatik vəziyyətə düşən iki sevən gəncin ülvi məhəbbət əhvalatı filmin mərkəzində durur. Əsas rolları Mehriban Xanlarova, Kamil Zöhrabov, Həsən Məmmədov, Hamlet Xanızadə, Ramiz Məlikov, Əhməd Salahov və Rafiq Əzimov ifa edirlər. Film 2-ci kateqoriyaya layiq görülüb.
Bircəciyim | |
---|---|
Fayl:Bircəciyim (film, 1986).jpg | |
Janr |
dram detektiv məhəbbət |
Rejissorlar | Ənvər Əbluc |
Əsərin müəllifi | İlyas Əfəndiyev |
Ssenari müəllifi | Yuri Çulyukin |
Baş rollarda |
Mehriban Xanlarova Kamil Zöhrabov Həsən Məmmədov Hamlet Xanızadə Ramiz Məlikov Əhməd Salahov Rafiq Əzimov |
Operator | Kənan Məmmədov |
Bəstəkar | Mobil Babayev |
Rəssam | Fikrət Əhədov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 30 sentyabr 1986 |
Filmin digər adları |
Sarıköynəklə Valehin nağılı Təkcə sən |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 67 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dillər |
rusca azərbaycanca (dublyaj) |
İl | 1986 |
Texniki məlumatlar |
7 hissə 1950 metr "Svema" kinolenti (Şostka kimya kombinatı) |
Rəng | rəngli |
Kino əsəri cəmiyyətimizin mənəvi həyatı ilə bağlı aktual məsələlərə toxunur. Uşaq evində tərbiyə alıb boya-başa çatmış, həyatda ilk addımlarını atarkən gözlənilmədən dramatik vəziyyətə düşən iki sevən gəncin ülvi məhəbbət əhvalatı filmin mərkəzində durur. Burada dostluq, sədaqət, kollektivizm hissi kimi mənəvi dəyərlərdən söhbət gedir. Yalnız qarşılıqlı kömək, güzəştə getməmək, ədalətin zəfər çalacağına qəti inam gənc qəhrəmanlara düşdükləri çətin vəziyyətdən birgə çıxış yolu axtarıb tapmağa kömək edir.[2]
Gənclər tikintidə çalışırlar və qarşılarına çıxan çoxlu çətinlikləri ləyaqətlə aradan qaldırırlar.[2]
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 300; 311.