Fərhad İsrafilov

Fərhad Ramazan oğlu İsrafilov (5 yanvar 1955, Bakı) — Azərbaycanın teatr və kino aktyoru. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Dövlət YUĞ Teatrının aktyoru. Azərbaycan Respublikasının əməkdar artisti(2006), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü.(2024), "Tərəqqi" medalı laureatı

Fərhad İsrafilov
Fərhad Ramazan oğlu İsrafilov
Doğum tarixi (69 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1970-indiyə qədər
Təhsili ÜDKİ Aktyorluq fakültəsi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2006
"Tərəqqi" medalı — 2023
IMDb ID3118768

Kinoda çəkilməyə 14 yaşında başlayıb. 15 yaşında olarkən bütün Azərbaycan onu "7 oğul istərəm" filmindəki Qəqəni obrazı ilə sevib.[1] Moskvada aktyoruluq üzrə təhsil almış ilk azərbaycanlılardandı. Sənətini orda davam etdirməsinə şans yaransa da, o, Bakıya dönməyi seçib. O, həm də "Yuğ" teatrının veteranlarındandır.

1955-ci il yanvarın 5-də Bakı şəhərində anadan olub. 1975–1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. 1979-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. 1989-cu ildən isə "Yuğ" teatrının aktyorudur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti üzrə dərs deyir. "Mosfilm"in istehsalı olan "Ən Mühüm Tapşırıq", "Qələbə", "Yeddi oğul istərəm", "777 nömrəli iş", "Bircəciyim", "Doğma sahillər", "Evin kişisi", "Evlənmək istəyirəm", "Qara gölün cəngavəri", "Qəzəlxan", "Şərikli çörək", "Dənizə çıxmaq qorxuludur", "Alman klinikasına şəxsi səfər", "Yuxu yaddaşı", "Tərsinə çevrilmiş dünya", "Cavid ömrü", "Sübhün səfiri", "Dolu" kimi bədii filmlərdə, "Yaşıl eynəkli adam", "Günahsız Abdulla", "P. S.", "Fatehlərin divanı", "Nekroloq", "Dəvətnamə", "Gəl təzədən evlənək" kimi televiziya filmlərində müxtəlif obrazlar yaradıb. "İdmançı olmaq istəyirdim"

Yaradıcılığa kino ilə başlayıb. Əslində kinoya gəlişi təsadüfi olub. Qardaşları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxusalar da, bu sahə ilə maraqlanmadığını söyləyir. Akrobatika və boksla məşğul olub. Çünki idmançı olmaq istəyird. 1969-cu ildə Televizorda "Şərikli çörək" filminə çəkilməyə 10–15 yaş arası uşaqların axtarıldığı elanını eşidir.

" Evdə zarafatla soruşdum - “gedim?” Dedilər get. 14 yaşım vardı. Məktəb yoldaşımla kinostudiyanı axtarıb tapdıq. İçəridə çox uşaq var idi. Əslində seçiləcəyimə inanmırdım. Sırada dayanmışdıq. Seçənlər gəlib baxdılar. Biri məni gözaltı etdi. O da kinostudiyanın keçmiş direktoru Xamis Muradov idi. X. Muradov həm də filmin ikinci rejissoru idi. Yaxınlaşıb bütün məlumatları götürdülər. Dedilər get, çağıracağıq. Bir müddət sonra çağırıb şəkillərimi çəkdilər. Sonra da film çəkilişləri başladı. Orda epizodik rol oynasam da, kino karyeramın əsası belə qoyuldu. 1970-ci ildə mənə uğur gətirən “7 oğul istərəm” fiminin seçimlərinə çağırıldım. Orda da alternativlər çox idi. 30 nəfərə yaxın uşağın içindən seçildim. Qəqəni obrazı mənim kinodaki vizit kartım oldu. Məktəbdə də məşhurluğum artmışdı. Qızlar məktub yazırdılar, mən də cavabsız qoyurdum (gülür). Amma o obraza görə məktəbi 14 ilə bitirdim.

Yaxşı oxuyurdum, elə olmasaydı Moskvada universitetə qəbul ola bilməzdim. Filmə görə uzun saç saxlayırdım. Məktəbin direktoru deyirdi, saçını qırxdır. Başa sala bilmirdim ki, mən filmə çəkilirəm, olmaz. Bu hala görə çox hörmətli adamlar Yusif Səmədoğlu, Xəyyam Mirzəzadə, Tofiq Tağızadə, Həsənağa Turabov, Şahmar Ələkbərov 3 dəfə onun evinə getdi. Amma direktor dediyindən dönmədi. Çox prinsipial adam idi. Səkkizinci sinfi qurtarandan sonra, məni yenidən səkkizinci sinfə keçirdi. Mən də imtina etdim. Getdim fəhlə gənclər məktəbinə. Gecə məktəbi idi. Məktəbi bitirən il Moskva Kinematoqrafiya İnistitutundan aktyor Yevgeni Matveyev gəlmişdi. Burada öz kursuna 14 nəfəri qəbul etdi. Mən də onlardan biri idim. Kurs yoldaşlarım Həmidə Ömərova, Sona Mikayılova, Ömür Nağıyev, Vilayət Əliyev və Ötkəm İsgəndərov olub.

"

1975-ci ildə Moskvada tələbə həyatı başlayır. Orda Sergey Bondarçuk, İrina Skobseva, Aleksey Batalov, Sergey Gerasimov kimi nəhənglər dərs deyirdi. Bir dəfə çox qəribə hadsə oldu. Bondarçukun imtahanı idi, bizim auditoriya ilə üzbəüz keçirilirdi. Otağa girmək mümkün deyildi. Çox adam var idi. Dəhlizdə dayanmışdım, Bondarçuk Skobseva ilə gəlirdi. Məni gördü, soruşdu ki, "siz izləmək istəmirsiz?". Dedim orda yer yoxdur axı. Qabaq sıralarda müəllimlər üçün 5 yer saxlanılmışdı. Onları göstərərək "burda yer var" dedi. Beləcə Bondarçuk və Skobsevanın yanında oturdum. Mənim yanımda isə Tixonov əyləşdi. Təsəvvür edirsiz? Tələbə yoldaşlarım arxa sırada oturmuşdular, fırlanıb onlara baxıb, qürrələnirdim ki, görün kimlərlə oturmuşam. Şəkilimizi də çəkmişdilər. İllər sonra Ötkəm Rusiyadan gələndə dedi ki, sərgilərdən birində o şəkil asılıb. Oxuya-oxuya filmlərə çəkilirdim. Matveyevin "Ən mühüm tapşırıq" və "Qələbə" filmlərində rol aldım. Müəllimlərimiz çox fərqli və gözəl insanlar idilər. "Mosfilm"-də çəkiləndə Bondarçukla təsadüfən görüşdük. Çox sadə insan idi, kurs yoldaşlarım haqqında soruşdu, hal-əhval tutdu. İnistitut mühiti də çox fərqli idi. Hər mərtəbədə zallar var idi, hər gün film göstərirdilər. "Müasir filmlər üzrə seminar" adlı fənn keçirdik. Hər gün film izləyib, müzakirələr aparırıdıq. Mən ADMİU-də dərs deyirəm. Hərdən soruşurlar ki, sən nə edirsən ki, tələbələr dərsə girir. Zarafatla deyirəm ki, onlara konfet paylayıram. Tələbə müəllimi sevməlidir. Onlara tələbə yox, həmkar tələbə deyirəm. O məktəbi, o münasibətləri bura gətirməyə çalışıram. Müəllimlərimizdən biri deyirdi, xoşlamıram tələbə imtahan vaxtı əssin. Onunla normal müzakirə aparmaq, söhbət etmək istəyirəm. Təsviri sənət müəllimimiz hər dərs "istəyirsiz yatın, istəyirsiz qucaqlaşın, bircə səs salıb mənə maneə olmayın" deyirdi. Mən o müəllimləri görmüşəm. Gəlib burda tələbə ilə necə kobud davranıb, səsimi qaldırım? Bircə xüsusiyyətə dözümlü deyiləm, istəyirəm tələbə məndən sonra dərsə girməsin. Tək şərtim budur. Elə olub ki, pəncərədən görmüşəm ki, tələbə qaça-qaça gəlir, yolumu dəyişib dekanlığa girmişəm ki, qoy məni görüb utanmasın. Həmişə sual verirlər ki, niyə Rusiyada qalmadın?! Təklif də var idi. Amma qala bilmədim. Mən Bakıdan başqa heç yerdə yaşaya bilmirəm. Axırıncı dəfə Finlandiya, ondan əvvəl Konyaya getmişdik. Hər iki yerdə mehmanxanadan kənara çıxmırdım. Hamı gəzməyə gedirdi, mən yox. Bu şəhərə öyrəşmişəm. Düzdü gələndən sonra gözlədiyimiz münasibəti göstərmədilər. Bizə çox sözlər verilmişdi, amma söz olaraq qaldı. Gəldik, gördük ki, heç kimə lazım deyilik. Deyirlər, Sovet dövründə sənətkara qiymət var idi. Bəlkə də vardı, amma Bakıda yoxdu. Həmidə bir dəfə Komsomolun qurultayında çıxış etmişdi ki, biz Moskvaya gedib alktyorluq üzrə təhsil alan ilk azərbaycanlılarıq, ancaq bizi qiymətləndirmirlər. Bu çıxışa görə bizi çağırıb, o qədər danladılar ki… Teatra kinodan sonra gəldim. İlk iş yerim "Yuğ" teatrı olub. Amma ondan əvvəl Fəxrəddin Manafov, Bəxtiyar Xanızadə, İdris Rüstəmov, Bəsti Cəfərova kimi aktyorlar Tədris teatrında məşq edirdilər. Mən də onların yanına gedirdim. Sonra ustadımız Vaqif İbrahimoğlu ilə "Yuğ"da işə başladıq. Bu teatrın veteranlarından biri də mənəm. Vaqif müəllim o vaxt Musiqili Komediya teatrında baş rejissor işləyirdi. 1989-cu ildə Həsənağa Turabovun köməyi ilə "Teatr studiya Yuğ" açıldı. Maaliyyə cəhətdən problemlərimiz çox idi. Xeyli işlədik. 1993-cü ildə təsdiqləndik və dövlət teatrı adını aldıq. Bu binanı təmir etdilər. Bura AzDramanın dülgər emalatxanası idi. "Teatrı özümüz silib-təmizdəyirdik" "Yuğ" yeganə teatrdı ki, konflikt yoxdur. Hamı mehribandır. İşçilərin demək olar ki, hamısı məndən kiçikdir. Mənə ancaq onların başına sığal çəkmək düşər, başından aşağı basmaq yox. Bu teatr məktəb keçib. Vaqif müəllim bizim üstümüzdə həyatını verib. Elə vaxtlar olub ki, hava soyuq, evdə çörək yox, biz də maaşsız – gündə 10 saat işləmişik. Səhər kinostudiyaya gedirdik, axşam 6-da Musiqili Komediya teatrında məşq edirdik. Gərgin iş rejimində işləyirdik, çalışırdıq. Axşam saat 11-də işdən çıxırdıq. O vaxt belə deyildi, o saatda çörək tapmaq olmazdı. Təkcə Vətən Kinoteatrının yanında bir çörəkçi işləyirdi. Satıcı aktyorlardan birinin tələbəsi idi. O hərəmizə 2 çörək verirdi. Özüm kirayə yaşayırdım, ayda 80 manat ev haqqı verirdim. Teatrı özümüz silib-təmizdəyirdik. Bu qədər əziyyət çəkib teatrı qurmuşuq. Bu sənət sevgi tələb edir. Çox əziyyət çəkmişəm, amma könüllü etmişəm. Ad-san üçün yox, sevdiyim üçün çəkmişəm o əziyyətləri. Teatrımız həmişə fərqlənib. Biz heç vaxt tamaşaların sonunda baş əymirik. Vaqif müəllim həmişə deyirdi ki, fəxr edirəm ki, mənim ləyaqətli aktyorlarım var. Bəli, aktyor ləyaqətli olmaldır. Balaca epizod oyna, amma ləyaqətli oyna. "Şvestsar" deyilən peşə var, paltarı müştəridən və ya qonaqdan alıb asılqana asmalıdır. O işi yerinə yetirən də heç vaxt əyilməz, özünə hörmətlə davranar. Mənə dəfələrlə deyiblər ki, oğlunu korlayırsan. Demişəm, yox, mən onu ləyaqətli böyüdürəm, kişi böyüdürəm. Kişi yalan danışmaz, yalançılıq acizlikdir. Etdiyin hər səhvin məsuliyyətini daşımalısan. Oğlum ADMİU-nun rejissorluq fakültəsini qırmızı diplomla bitirib. Ancaq qrimyor olmaq istəyirdi, apardım yaxın dostumun yanına şagird qoydum. İndi ondan sonra respublikada ikinci ən yaxşı qrimyordur. "O obrazın maraqlı tarixçəsi var" Teatrda uğur gətirən işim "Audensiya" adlı monotamaşa olub. "Yuğ"da bütün aktyorların monotamaşası var. Hətta bir aktyor gəlib demişdi ki, mən "Audensiya"ya baxıb bu sənəti seçdim. Televiziyadakı işlərimdən ən yaddaqalanı "Nekroloq" tamaşası olub. Özüm də çox sevirəm o teletamaşanı. O obrazın maraqlı tarixçəsi var. Ramiz Həsənoğlu çağırıb ssenarini verdi ki, istəyirəm baş rolu sən oynayasan. Oxuyub imtina etdim. Dedim mənim rolum deyil. Hirsləndi ki, sən oynayacaqsan. Obrazın görkəmini, yerişini danışıq formasını tapmağa 1 həftə vaxt verdi. Bir həftə sonra görüşdük. Mən obraza əsərin müəlifi Aqşin Babayevin görkəmini verdim. Danışıq forması isə şair Qabilə aiddir. Bir obraz yaratmalıydım. Başqa cür etsəydim sevilməyəcəkdi. Rejissor da çox bəyənmişdi. Teatrda işləyə-işləyə filmlərə çəkilirəm. Konçalovski Bakıya film üçün gəldi. "Bakı səni sevirəm" layihəsindən ilk filmi o çəkdi. Baş rolda da mənəm. Birbaşa rola dəvət aldım, dedi bu rol üçün sənə alternativ yoxdur. Ötən il 4 filmdə rol almışam. "Dolu", "Sübhün səfiri", "Saqqallı uşaq" və "Gəl təzdən evlənək".

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
  2. 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129)
  3. Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — rol: fövqəladə komissiya əməkdaşı
  4. Bəlkə... (film, 1985)
  5. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
  6. Bircəciyim (film, 1986)
  7. Cavid ömrü (film, 2007)
  8. Dənizə çıxmaq qorxuludur (film, 1973)
  9. Dəvətnamə (film, 2003)
  10. Doğma sahillər (film, 1989)
  11. Dolu (film, 2012)
  12. Evin kişisi (film, 1978)
  13. Evlənmək istəyirəm (film, 1983)
  14. Ən mühüm tapşırıq (film, 1979) — rol: Rüstəm (Mosfilm)
  15. Ərazi (film, 2005)
  16. Fatehlərin divanı (film, 1997)
  17. Fədakar (film, 2015)
  18. Günahsız Abdulla (film, 1984)
  19. Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003)
  20. Kral ölür (film, 1993) — rol: Kral
  21. Qara gölün cəngavərləri (film, 1984)
  22. Qələbə (film, 1984) — rol: Dino Rossi (Mosfilm)
  23. Qəzəlxan (film, 1991)
  24. Qurama (film, 1995)
  25. Məhbus (film, 1995)
  26. Mühazirə (film, 1986)
  27. Nabat (film, 2014)
  28. Nekroloq (film, 2001)
  29. P. S. (film, 1995)
  30. Proloq (film, 1994) — rol: Ağaəli
  31. Sübhün səfiri (film, 2012)
  32. Şərikli çörək (film, 1969)
  33. Təsadüf (film, 2015) (qısametrajlı bədii film)
  34. Yalançılar (film, 2008)
  35. Yaşıl eynəkli adam-3 (film, 2002) — rol: milis kapitanı
  36. Yeddi oğul istərəm... (film, 1970)[9]
  37. Yeni iş üsulu (film, 1989)
  38. Yuxu yaddaşı (film, 2008)
  1. "Arxivlənmiş surət". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-30.
  2. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
  3. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  4. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  5. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  6. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
  7. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.
  8. President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2024. 2024-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
  9. Fərhad İsrafilov: "İçimdəki "ağlamaq mexanizmini" işə saldım və…" : Azərbaycanın "Yeddi oğul istərəm" filmində Qəqəni obrazını canlandıran aktyor Fərhad İsrafilovun Milli. Az xəbər portalına müsahibəsi //Ədalət.- 2010.- 2 noyabr.- S. 8.