İlk Sabah (ing. The First Mourning, fr. Premier Deuil) — Vilyam Buqro tərəfindən 1888-ci ildə yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri. Əsər 79 7/8 × 99 1/8 (203 × 252 sm) ölçüyə malikdir. "Birinci Yas" əsəri hal — hazırda Argentinanın Buenos Ayres şəhərində, Milli İncəsənət Muzeyində sərgilənməkdədir[2].
İlk Sabah | ||
---|---|---|
Premier Deuil | ||
| ||
Rəssam | Vilyam Buqro | |
Tarixi | 1888 | |
Üslubu | dini incəsənət[d], nü | |
Ölçüləri | 203 sm[1] × 250 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Museo Nacional de Bellas Artes | |
Vəziyyəti | Muzeydə sərgilənir | |
Saytı | bellasartes.gob.ar/colec… | |
İnventar nömrəsi | 2770 |
Əsərdə Adəm və Həvva, qardaşı Qabil tərəfindən öldürülmüş Habilin cəsədini tapmış halda təsvir edilmişdir. Dini kitablara (Tövrat, Bibliya, Quran) görə bu ilk qətl hadisəsi olmuşdur.
Vilyam Buqro bu əsəri tamamladıqdan qısa zaman sonra ikinci oğlunu itirərək böyük acı yaşamışdır[3].
İngilis rəssamı Ceyms Krips 2009-cu ildə bu əsərin abstrakt versiyasını çəkmişdir.