United Buddy Bears — bütün dünyada sülh ideyasını dəstəkləyən dünya turnesi çərçivəsində beynəlxalq mədəniyyət layihəsidir.
Hər birinin hündürlüyü 2 metr olan 140-dan çox Baddi ayısı[1] Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış ölkələrin sayını təmsil edəcəklər. 2002-ci ildə Berlin şəhərində keçirilmiş ilk sərgidən başlayaraq bütün dünyada artıq 40 milyondan çox tamaşaçı "Bir-birimizi daha yaxşı tanımalıyıq ki, bir-birimizi daha yaxşı anlaya, daha çox inana və sülh şəraitində qonşu ola bilək" şüarı ilə səbir, xalqlar arasında dostluq və sülhü təbliğ edir.
Baddi ayıları sakit əl-ələ tutub durur və xalqlar, mədəniyyətlər və dinlər arasında səbir və razılığı təbliğ edirlər. Hər Baddi ayısı öz ölkəsini təmsil edən rəssam tərəfindən bəzənmişdir.
Belə şənlik toplantısında beynəlxalq rəssamlar qrupunun cürbəcür üslub istiqamətləri həyat sevincini yayan vahid bir əsərə birləşir. Ayıların cürbəcür, təmsil olunmuş ölkələrə xas olan bəzənməsinə görə tamaşaçılar dünya ətrafında səyahət edirlər.
Azərbaycan tərəfdən Birləşmiş Baddi Ayılarını rəssam İbrahim Əhrari bəzəmişdir.
Sərgilər Almaniyanın səfirliklərinin, həmçinin UNİCEF-in bütün dünyada olan xoşməramlı səfirlərinin (Peter Ustinov, Ceki Çan[2], Miya Ferrou[3], Ken Don, Kristian Xerbiqer) dəstəyi ilə keçirilir. Bəzi sərgiləri ev sahibi olan ölkələrin prezidentləri və ya baş nazirləri açmışlar, misal üçün, Almaniya prezidenti Horst Köller, Yaponiyanın baş naziri Yuniçiro Koizumi, Avstraliyanın baş naziri Con Hovard və Misir prezidentinin xanımı Suzanna Mübarək.
United Buddy Bears sərgisinə baş çəkən BMT-nin baş katibi Pan Gi Mun sərgi haqqında demişdir:
"müxtəlif ölkələrdən olan rəssamların yüksək yaradıcılıq səviyyəsini əks etdirir və bununla da özündə bütün dünyada harmoniya və sülh mesajını daşıyır"
United Buddy Bears sərgiləri şəhərlərin yalnız mərkəzi meydanlarında keçirilir. Sərgiyə giriş pulsuzdur ki, onu məktəblilər və əhalinin geniş təbəqələri görə bilsin. Bu günədək sərgilər aşağıda göstərilən şəhərlərdə keçirilmişdir:
Bir çox başqa şəhərlərdə də sərgilər planlaşdırılır, o cümlədən Bakı, Sinqapur, Roma və Pekin.
United Buddy Bears layihəsinin təşəbbüsçüləri ər-arvad Yeva və Klaus Herlits üçün vacibdir ki, layihə tək səbir, dostluq və sülhə dair fikirləri oyatmasın. Buddy Ayıları iştirak edən tədbirlər yoxsulluqda olan uşaqlara yardım layihəsinin ayrılmaz bir hissəsinə çevrilmişdir.
İanələr və Ayıların auksionlardan satışından UNİCEF və sərgini qəbul edən şəhərlərdə uşaqlara yardım göstərən yerli təşkilatlar üçün bütün dünyada 2,4 milyon Avro topanılmışdır.
2003-cü ildə «Dünya ətrafında 80 günə səyahət» bədii filmin Berlində çəkilişləri zaman Ceki Çan demək olar ki, berlin ayılarını sevmişdir. Aktyor 100-dən çox ayılarla fotoşəkil çəkdirmişdir[13]. Belə plakat yaradılmışdır. 2004-cü ildə Ceki Çan təşkil etmişdir ki, Ayılar Hon Konqa da gəlsinlər. Sərginin açılışında Ceki UNİCEF və uşaqlara yardım göstərən başqa iki təşkilatlar üüçün 1,5 milyon Hon Konq dolları məbləğində qəbzləri bağışlamışdır.