Birlik dövləti

İttifaq dövləti (belar. Саюзная дзяржава, rus. Союзное государство), yaxud Rusiya və Belarus İttifaq dövləti kimi də tanınır — RusiyaBelarus tərəfindən yaradılmış təşkilat. 1996-cı ildə "Belarus və Rusiya Cəmiyyəti" olaraq quruldu.[2] 1997-ci ildə imzalanan "Belarus və Rusiya arasındaki birlik müqaviləsi" ilə təşkilatın təməli möhkəmləndirildi və bu əsnada adı "Belarus və Rusiya birliyi" olaraq dəyişdirildi.[3] 25 dekabr 1998-ci ildə siyasi, iqtisadi və sosial inteqrasiyanı təmin etmək məqsədi ilə bir sıra əlavə sazişlər imzalandı.[3] 8 dekabr 1999-cu ildə isə Rusiya və Belarus arasında "İttifaq dövləti"nin yaradılması haqqında müqavilə imzalandı.[4]

İttifaq dövləti
belar. Саюзная дзяржава
rus. Союзное государство[1]
Rəsmi dilləri
Paytaxt Minsk, Moskva
 • Əhali
  • 156.269.344 nəf. (2018)
Valyuta Belarus rublu[d], Rusiya rublu
Telefon kodu +375, +7
Saat qurşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nəzərdə tutulan genişlənmə

[redaktə | mənbəni redaktə et]
  • Abxaziya AbxaziyaCənubi Osetiya Cənubi Osetiya (faktiki olaraq) — hazırda parlament iclaslarında müşahidəçi statusuna malikdirlər.[5] Hər iki qurumun baş nazirləri qeyri-rəsmi olaraq İttifaq dövlətinə qoşulmaqda maraqlı olduqlarını bildiriblər.[6]
İttifaq dövləti (sarı), qoşulmaqda maraqlı olduğunu bildirmiş dövlətlər (yaşıl) və MDB-nin digər üzvləri (çəhrayı).
  • Qazaxıstan Qazaxıstan — Qazaxıstan 2010-cu ilə qədər Rusiya və Belarus ilə ayrıca gömrük ittifaqı qurmaq istədiyini bəyan etmişdi.[7] Planlaşdırıldığı kimi 2010-cu ilin əvvəlində 3 ölkədən ibarət gömrük ittifaqı yaradıldı. Həmçinin Qazaxıstan gələcəkdə İttifaq dövlətinə qoşula biləcəyi haqqında bəyanat verdi.[7]
  • Qırğızıstan Qırğızıstan — 2007-ci ilin iyun ayından etibarən, siyasi təlatümlər içində olan Qırğızıstanda müxalifət Rusiya və Belarus birliyinə qoşulmaq üçün ümumxalq referendumunun keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi.[8]
  • Moldova Moldova — ölkənin 3-cü Prezidenti Vladimir Voronin 2001-ci ildə prezident seçildikdən dərhal sonra İttifaq dövlətinə daxil olmaq planlarının olduğunu qeyd etmişdi.[9][10] Lakin 2009-cu il seçkilərindən sonra Moldavada Avropaya inteqrasiya edən hökumət hakimiyətə gəldi.
  • Dnestryanı Dnestryanı (faktiki olaraq) — 1998-ci ilin yazında Dnestryanıda seçicilərin 66,5%-i qurumun Rusiya və Belarus İttifaqına qoşulmağını dəstəkləyib. 2006-cı ildə keçirilən seçkilərdə isə Dnestryanıda əhalinin 97,2%-i tanınmamış Dnestryanı dövlətinin Rusiyaya inteqrasiyasına səs vermişdir.[11] Lakin qurum həm Belarus və Rusiya, həm də dünya ölkələri tərəfindən tanınmadığı üçün bunun yaxın gələcəkdə baş verməsi ehtimalı azdır.
  • Ukrayna Ukrayna — Ukraynanın İttifaqa daxil olması ilə bağlı spekulyasiyalara cavab olaraq Ukraynanın 4-cü Prezidenti Viktor Yanukoviç Ukraynanın müstəqil suveren dövlət olduğunu qeyd etmişdi.[12] Həmçinin 2021-ci ildə Ukraynanın 6-cı Prezidenti Vladimir Zelenski İttifaq dövlətinin Ukrayna üçün real təhlükə olduğunu bəyan etdi.[13]
  • Novorosiyya — 2014-cü ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi dövründə Krım Respublikasının Baş Nazirinin müavini Rüstəm Temirqəliyev Ukraynanın cənub-şərqinin “Ukrayna Federasiyası” adı altında İttifaq dövlətinə qoşulacağına ümid etdiyini bildirib.[14] Lakin Ukraynadan müstəqillik elan edən DonetskLuqansk Xalq Respublikalarının yaranması ilə konfederativ Novorossiya siyasi layihəsi 2015-ci ilin əvvələrində donduruldu.[15][16][17]
  • Serbiya və Monteneqro Yuqoslaviya Federal Respublikası / Serbiya Serbiya — 1999-cu ildə Yuqoslaviya FR Parlamenti ölkənin İttifaq dövlətinə üzv olmasına razılıq verdi. 2007-ci ildə Serbiyanın 4-cü Prezidenti Tomislav Nikolic İttifaq dövləti ilə əlaqələrini gücləndirməsini və sonda İttifaq dövlətiinə qatılmaq arzusunda olduğunu bəyan etdi.[18] Lakin sonradan Serbiya Avropa İttifaqına üzvlük ərizəsi təqdim etdi.
  1. http://council.gov.ru/services/reference/9928/.
  2. Zulys, Audrius. "Toward a Union State of Russia and Belarus". Lithuanian Foreign Policy Review, 2005, p. 149 [1] Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine
  3. 1 2 Ltd., ICB - InterConsult Bulgaria. "CEEOL - Error". ceeol.com. 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-10.
  4. "BBC News - EUROPE - Russia and Belarus form confederation". news.bbc.co.uk. 2019-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-10.
  5. "Belarus could recognize Abkhazia, S.Ossetia next year". en.rian.ru. 10 December 2008. 12 May 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 January 2022.
  6. Abkhaz wish to join UnionYouTube platformasında
  7. 1 2 "Customs Union of Belarus, Russia, Kazakhstan to be up and running by 2010". 15 March 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 July 2007.
  8. "Trend - Новости Азербайджана. Турция, Иран, Центральна Азия". news.trendaz.com. 2007-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.
  9. "Moldova ready for Russia Belarus union". BBC News Online. 17 April 2001. 4 February 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2022.
  10. "Communists of Moldova and the future of the country's ethno-political conflicts" (PDF). 19 August 2007 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 31 July 2007.
  11. "Transnistria or Moldavian Transnistrian Republic: Just facts". Trades Ministry of the Republic of Moldova. 20 December 2008 tarixində arxivləşdirilib. That same year, the Tiraspol Supreme Soviet chairman declared that the Transnistrian republic will demand that Moldova accepts full integration into the CIS and that it joins the Russian Federation–Belarus union, viewed as a possible future model for the MTR's status vis-a-vis the Republic of Moldova. A non-binding referendum on joining the Russia–Belarus union was held between April and June 1998, with over 66 percent of the ballots supporting the union. However, like the province of Kaliningrad on the Baltic Sea (isolated from Russia by independent Lithuania and Poland), the east-bank separatist region, has no common borders with either Belarus or the Russian Federation.
  12. "President makes statement regarding debates over idea of so-called union of Ukraine, Russia and Belarus". 20 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2010; Опыты независимой аналитики КУДА ИДЕМ МЫ С ЯНУКОВИЧЕМ?. Центр проблемного анализа и государственно-управленческого проектирования. 9 April 2010. 15 March 2012 tarixində arxivləşdirilib.
  13. "Зеленський заявив, що "справжня союзна держава" Росії та Білорусі є загрозою для України". Рубрика. 31 May 2021. 24 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2022.
  14. Теміргалієв оголосив про швидке створення "Української Федерації" [Temirgaliyev announced the imminent creation of the "Ukrainian Federation"]. Ukrayinska Pravda. 12 April 2014. 9 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2022.
  15. "Russian-backed 'Novorossiya' breakaway movement collapses". Ukraine Today. 20 May 2015. 21 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2022.
  16. Vladimir Dergachev; Dmitriy Kirillov. Проект «Новороссия» закрыт [Project "New Russia" is closed]. Gazeta.ru (rus). 20 May 2015. 19 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2022.
  17. "Why the Kremlin Is Shutting Down the Novorossiya Project". Carnegie Endowment for International Peace. 22 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2015.
  18. "Serbian Parliament Speaker Calls For Closer Russia Ties". RadioFreeEurope/RadioLiberty. 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.