Bitlis üsyanı — Birinci dünya müharibəsi zamanı Türkiyədə Bitlis ilində yaşayan ermənilərin təşkil etdiyi üsyan. Üsyan 1915-ci ilin yanvar ayında başlamış, aprel ayında isə şiddətlənmişdir. I dünya müharibəsində Osmanlı İmperiyasının ağır durumundan istifadə edən, Daşnaksütun təşkilatı, ərazidə yaşayan erməniləri türklərə qarşı birləşdirmək üçün Vahan Papasyan adlı radikal milliyətçini Daşnaksütun təşkilatının Bitlis nümayəndəsi təyin etmişdir.
Bitlis üsyanı | |
---|---|
|
Osmanlı İmperiyası sərhədləri daxilində yaşayan bütün kişiləri səfərbərliyə çağırdı. Bu çağırışa bəzi ermənilər də qoşuldu. Ancaq ermənilərin böyük bir qismi, Osmanlı İmperiyası tərəfindən döyüşmək istəmədiklərini açıq şəkildə söyləyirdilər. Bitlis ilinin Osmanbaşısı Korsu, Akhis, Beygeri, Arşin və Tasu kimi etnik ermənilərin yaşadığı kəndlərə səfərbərliklə bağlı yazılı müraciət etmiş, lakin cavab ala bilməmişdir. 1915-ci ilin yanvar ayında Bitlis ilinin Hizar qəzasının Sekür kəndində ermənilərlə, türk əsgərləri arasında səfərbərlik məsələsində mübahisə yaranmışdır. Ermənilərin Osmanlı əsgərlərinə hücumundan sonra silahlı atışma başlamışdır.
Erməni silahlılarının Bitlis ili ilə Van ilini bir-birinə bağlayan yolu kəsməsi vəziyyəti daha da gərginləşdirir. Erməni silahlıları ərazidə olan hərbi təyinatlı teleqraf xəttlərini kəsirlər. 20 fevral tarixində isə Viyris kəndində yaşayan ermənilər silahlı mübarizəyə başlayırlar.