Bitməyən ömür (kitab)

Bitməyən ömür — texniki elmlər namizədi Lətif Əsədovun həyat və fəaliyyəti haqqında kitab.

Bitməyən ömür
azərb. Bitməyən ömür
Müəllif Araz Yaquboğlu
Janr Memuar
Orijinalın dili Azərbaycan
Orijinalın nəşr ili 15 sentyabr 2013
Tərtibat Araz Yaquboğlu
Nəşriyyat "NURLAR"
Nəşr 2013
Səhifə 400+96
Növ kitab
Tiraj 500
ISBN ISBN 978-9952-460-89-6

Kitab haqqında[redaktə | mənbəni redaktə et]

Kitab "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzində yüksək keyfiyyətlə, nəfis şəkildə çap olunmuşdur. Kitab 500 nüsxə olmaqla 70x100, 1\16 formatında, bərk cilddə və təbaşirli kağızdan istehsal edilmişdir. Kitab 400 səhifə yazı və 96 səhifə rəngli şəkil olmaqla cəmi 496 səhifədir. Kitaba Lətif Əsədov haqqında kitabla eyni adlı "Bitməyən ömür" adlı filmin DVD diskləri də əlavə edilmişdir[1].

Kitab cəmi 52 il ömür yaşamış tanınmış xeyriyyəçi, texniki elmlər namizədi Lətif Hacı Frunze oğlu Əsədovun həyat və fəaliyyətinə həsr olunub. Kitabda Lətif Əsədov haqqında xalq artisti Teymur Mustafayev, elm adamlarından — Ziyad Abbasov, Yusif Aslanov, Qələndər Canbaxışov, Ələmdar Cəfərov, İlham Mirzəyev, qələm sahiblərindən — Sərraf Şiruyə, Mübariz Əliyev, Tacir Səmimi, Zakir Şəhriyaz, Aşıq Ədalət Dəlidağlı, Qılman İman, Sənubər Fəziqızı, dostlarından Murad Muradov, Bakir Əzizov, Ələddin Əliyev, Cəsarət Əhmədov və digərlərinin xatirələri öz əksini tapmışdır.

Kitabda Lətif Əsədova ithaf edilmiş və 2008-ci ildə işıq üzü görən Sərraf Şiruyənin “Göyçədən gələn səslər” adlı irihəcmli poeması da oxuculara təqdim olunur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Araz Yaquboğlu, "Bitməyən ömür", Bakı, "Nurlar", 2013. – 400 səhifə. + 96 səh. şəkil.  (az.)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Laçın yurdu" jurnalı №4 (11), 2013, Bakı, "Bəxtiyar-4" nəşriyyatı. səh.81