Blaqoyevqrad — Bolqarıstanın cənub-qərbində şəhər, Blaqoyevqrad vilayəti və Blaqoyevqrad icmasının inzibati mərkəzi.
Şəhər | |
Blaqoyevqrad | |
---|---|
42°00′43″ şm. e. 23°05′23″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 360 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +359 73 |
Poçt indeksi | 2700 |
Nəqliyyat kodu | Е |
Digər | |
blagoevgrad.bg | |
Vikianbarda əlaqəli mediafayllar |
Köhnə adları Qorna Cumaya və Skaptopara olmuşdur. Hazırda Bolqarıstan Sosial Demokrat Partiyasının qurucusu (1891) və lideri Dimitr Blaqoyevin adını daşıyır.
Şəhərdə məşhur tütün fabriki, "Pirinsko Pivo" pivə fabriki, Müqəddəs Neofit Rilski Universiteti və Bolqarıstanda Amerika Universiteti yerləşir. Şəhər Serbiya, Yunanıstan və Makedoniya ilə yaxın məsafədə yerləşir, paytaxt Sofiya şimaldan 100 km məsafədə yerləşir. Struma avtomobil yolu (E 79), Yunanıstanı Avropa ilə birləşdirən dəmir yolu və Avropa nəqliyyat dəhlizi şəhərin ərazisindən keçir. Şəhərin təxmin 76.000 sakini var.[2]
Şəhər Struma çayının vadisində, dağlıq ərazidə yerləşir. Şəhər gözəl təbii şəraitdə yerləşir, bir çox mineral bulaqlar, mülayim mərkəzi Aralıq dənizi iqlimi və sulu dağ meşələrinə malikdir.
İl | 1934 | 1946 | 1956 | 1965 | 1975 | 1985 | 1992 | 2001 | 2011 |
---|---|---|---|---|---|---|---|---|---|
Əhali sayı | 11145 | 16007 | 22826 | 34177 | 50023 | 65065 | 71476 | 71144 | 70881 |
Miliyyəti | İnsan | Faiz |
---|---|---|
bolqarlar | 62674 | 95,59% |
türklər | 123 | 0,19% |
qaraçılar | 1813 | 2,77% |
digərləri | 684 | 1,04% |
qeyri-müəyyən | 271 | 0,41% |
Blaqoyevqrad aşağdaki şəhərlər ilə qardaşlaşmışdır:[5]