Blattaria

Sığırquyruğu (lat. Verbascum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinə aid bitki cinsi.

Sığırquyruğu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

İyun-avqust aylarında parlaq sarı rəngli çiçəklər açan 20 ilə 150 cm hündürlüyündə iki illik ot bitkisidir. Daha çox əkilməmiş yerlərdə və yol kənarlarında tapılır. Gövdəsi dik, bəzən budaqlanmış və tüklü örtüklüdür. Yarpaqları gövdənin alt hissəsində rozet şəklində düzülmüş olub, tüklüdür. Gövdədəki yarqaqlar isə saplaqsızdır. Çiçəkləri gövdənin ucunda sıx və ya seyrək, az və ya çox uzun bir salxım vəziyətində yığılmışdr.

Çiçəkləri bəlğəmgətirici, efir yağı və qlikozitlər daşıyır. Bəlğəmgətirici ve sinə yumuşadıcı olaraq istifadə olunur. Bəzı qatır quyruğu növlərinin toxumları Saponin daşıdıklarından balıqlar üçün zəhərli olub, balıq tutmaq üçün istifadə edilir. Bitkinin yarpaqları da tərlədici, bəlğəmgətirici, sidik qovucu və ishal əleyhinə istifadə olunur.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Blattaria Mill.
  • Celsia L.
  • × Celsioverbascum Rech.f. & Hub.-Mor.
  • Ditoxia Raf.
  • Flomosia Raf.
  • Janthe Griseb.
  • Lasiake Raf.
  • Leiosandra Raf.
  • Lychnitis Fourr.
  • Nefflea (Benth.) Spach
  • Rhabdotosperma Hartl
  • Staurophragma Fisch. & C.A.Mey.
  • Thapsandra Griseb.
  • Thapsus Raf.