Blefarospazm

Blefarospazm (yun. βλέφαρον - göz qapağı və σπασμός - spazm) — gözün dairəvi əzələsinin hər hansı anormal daralması.

Blefarospazm
XBT-10 G24.5
XBT-10-KM G24.5
XBT-9 333.81
XBT-9-KM 333.81[1][2]
OMIM 606798
DiseasesDB 15748
MedlinePlus 000756
eMedicine oph/202 
MeSH D001764

Blefarospazm miokimiya və ya fassikulyasiya kimi tanınan göz qapaqlarının daha çox yayılmış və daha yüngül qeyri-iradi titrəməsindən ayırmaq lazımdır. Əksər hallarda blefarospazm simptomları bir neçə gün davam edir və sonra müalicə olunmadan yox olur, lakin bəzi hallarda seğirmələr xroniki və qalıcı olur və ömürlük problemlər yaradır. Blefarospazm 2 növ olur: essensial (əsas) və reflektor. Xoşxassəli əsas blefarospazm (BEP) fokal distoniyadır, göz ətrafında qeyri-iradi və davamlı əzələ daralmalarını əhatə edən nevroloji hərəkət pozğunluğudur. Dəqiq səbəbi bilinmir, lakin yorğunluq, stress və ya qıcıqlandırıcılar səbəb ola bilər. Blefarospazm bəzən xoşxassəli fasikulyasiya sindromunun bir hissəsidir.

Blefarospazmın müalicəsində botulinum toksin enyeksiyonlarından istifadə olunur.[3] Botulinum toksin inyeksiyaları lokallaşdırılmış, qismən iflicin yaranmasına səbəb olmaq üçün istifadə edilir. Ən çox əziyyət çəkənlər arasında botulinum toksin inyeksiyası üstünlük verilən müalicə üsuludur.[4] Miektomiya kimi tanınan cərrahi prosedur da faydalı ola bilər.[5] Dərmanlara və ya botulinum toksin inyeksiyalarına yaxşı reaksiya verməyən insanlar cərrahi müalicəyə namizəddirlər. Ən təsirli cərrahi müalicə göz qapağının bağlanmasına cavabdeh olan əzələlərin çıxarılması olan protraktor miyektomiyasıdır.[6] Bleforaplazmın yeni müalicə üsulları daim sınaqdan keçirilir.

  • Bir və ya hər iki gözün həddindən artıq qırpması və spazmı – tipik qırpma refleksindən daha uzun müddətə qeyri-iradi göz qapaqlarının bağlanması ilə xarakterizə olunur.
  • Göz əzələlərinin və ətrafdakı üz nahiyəsinin idarəolunmaz daralması və ya qıyılması. Bəzi xəstələrdə buruna, üzə, yanaqlara, bəzən isə boyun nahiyəsinə yayılan seğirmə simptomları olur.
  • Gözlərin quruluğu
  • Günəşə və parlaq işığa həssaslıq.[7]

Yaranma səbəbi

[redaktə | mənbəni redaktə et]

Blefarospazmın bəzi səbəbləri müəyyən edilmişdir; lakin bir çox blefarospazm hallarının səbəbləri hələ də məlum deyil. Blefarospazmı olan bəzi insanlarda quru gözlər, işığa həssaslıq və yorğunluq olur. Xəstələr simptomlar başlamazdan əvvəl heç bir göz problemi olmadığını bildirirlər.

Bəzi dərmanlar (Parkinson xəstəliyini müalicə etmək üçün istifadə edilənlər, həmçinin menopozdan keçən qadınlar üçün estrogen əvəzedici terapiya da daxil olmaqla hormon müalicələri) blefarospazma səbəb ola bilər. Benzodiazepinlərin uzun müddət istifadəsi blefarospazma səbəb ola bilər və blefarospazmın inkişafı üçün məlum risk faktorudur.[8]

Blefarospazm həmçinin beynin bazal qanqliyalarının anormal fəaliyyəti nəticəsində də yarana bilər.[9] Eyni vaxtda quru gözlər və Meige sindromu kimi distoniyalar müşahidə edilir. Blefarospazm başın arxasına vurulan zərbənin bazal qanqliyalara zərər verdiyi bəzi nadir hallarda beyin sarsıntısı nəticəsində yarana bilər.[10]

Dağınıq skleroz blefarospazma səbəb ola bilər.[11]

  1. Disease Ontology (ing.). 2016.
  2. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. Simpson, D. M.; Hallett, M.; Ashman, E. J.; Comella, C. L.; Green, M. W.; Gronseth, G. S.; Armstrong, M. J.; Gloss, D.; Potrebic, S.; Jankovic, J.; Karp, B. P.; Naumann, M.; So, Y. T.; Yablon, S. A. "Practice guideline update summary: Botulinum neurotoxin for the treatment of blepharospasm, cervical dystonia, adult spasticity, and headache: Report of the Guideline Development Subcommittee of the American Academy of Neurology". Neurology. 86 (19). 18 April 2016: 1818–1826. doi:10.1212/WNL.0000000000002560. PMC 4862245. PMID 27164716.
  4. Schellini SA, Matai O, Igami TZ, Padovani CR, Padovani CP. "Blefarospasmo essencial e espasmo hemifacial: características dos pacientes, tratamento com toxina botulínica A e revisão da literatura" [Essential blepharospasm and hemifacial spasm: characteristic of the patient, botulinum toxin A treatment and literature review]. Arquivos Brasileiros de Oftalmologia (portuqal). 69 (1). 2006: 23–26. doi:10.1590/S0004-27492006000100005. PMID 16491229.
  5. "Facts About Blepharospasm". August 2009. 9 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2015.
  6. Anderson RL, Patel BC, Holds JB, Jordan DR. "Blepharospasm: past, present, and future". Ophthalmic Plastic and Reconstructive Surgery. 14 (5). September 1998: 305–317. doi:10.1097/00002341-199809000-00002. PMID 9783280.
  7. Adams WH, Digre KB, Patel BC, Anderson RL, Warner JE, Katz BJ. "The evaluation of light sensitivity in benign essential blepharospasm". American Journal of Ophthalmology. 142 (1). July 2006: 82–87. doi:10.1016/j.ajo.2006.02.020. PMID 16815254.
  8. Wakakura M, Tsubouchi T, Inouye J. "Etizolam and benzodiazepine induced blepharospasm". Journal of Neurology, Neurosurgery, and Psychiatry. 75 (3). March 2004: 506–507. doi:10.1136/jnnp.2003.019869. PMC 1738986. PMID 14966178.
  9. "Benign Essential Blepharospasm". NORD (National Organization for Rare Disorders) (ingilis). 2020-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-29.
  10. Martino, Davide; Defazio, Giovanni; Abbruzzese, Giovanni; Girlanda, Paolo; Tinazzi, Michele; Fabbrini, Giovanni; Aniello, Maria Stella; Avanzino, Laura; Colosimo, Carlo; Majorana, Giuseppe; Trompetto, Carlo. "Head trauma in primary cranial dystonias: a multicentre case–control study". Journal of Neurology, Neurosurgery, and Psychiatry. 78 (3). March 2007: 260–263. doi:10.1136/jnnp.2006.103713. ISSN 0022-3050. PMC 2117628. PMID 17056625.
  11. Goldman, Lee. Goldman's Cecil Medicine (24th). Philadelphia: Elsevier Saunders. 25 July 2011. səh. 2429. ISBN 978-1437727883.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]