Body Paint

"Body Paint" — İngilis rok qrupu Arctic Monkeys-in yeddinci studiya albomu The Car-da ifa olunan mahnı.

Body Paint
Arctic Monkeys tərəfindən The Car albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi 29 sentyabr 2022
Müddət 4:50
Prodüser Ceyms Ford

Tanıtım[redaktə | mənbəni redaktə et]

Qrup mahnını ilk dəfə 22 sentyabr 2022-ci ildə ABŞ-nin Bruklin şəhərindəki Kings Theatre-da baş tutan konserti zamanı nümayiş edib. Konsertdə telefon çəkilişinin qadağan olunmasına baxmayaraq, bəzi tamaşaçılar səsyazma istifadə edərək mahnını sosial şəbəkələrdə yayımladılar. Bir həftə sonra 29 sentyabr 2022-ci ildə Body Paint musiqi videosu ilə birlikdə sinql kimi buraxıldı, həmin gün qrup Cimmi Fallonun The Tonight Show televiziya şousunda mahnını canlı ifa etdi.