The Car

The Car – ingilis rok qrupu Arctic Monkeys-in 21 oktyabr 2022-ci ildə Domino Recording Company tərəfindən buraxılmış yeddinci studiya albomu. Albomu qrupun solisti Aleks Törner Los-AncelesParisdəki evində yazıb. Prodüserliyini qrupla tez-tez əməkdaşlıq edən Ceyms Ford, həmçinin qonaq musiqiçilər Tom Rouli, Lauren Humphrey və Tayler Parkford etmişdir. Aranjeman Bridget Samuels və Törner tərəfindən edilmişdir. Boş dayanacaqda ağ rəngli avtomobili əks etdirən albomun qapağındakı şəkli təbilçi Mett Helders çəkib.

The Car
Arctic Monkeys tərəfindən ifa olunmuş albom
Növü albom
Yayımlanma tarixi 21 oktyabr 2022
Yazılma tarixi 2021 – iyul 2022
Studiya
  • La Frette, Paris
  • Butley Priory, Suffolk
  • RAK, London (orkestr)
Müddət 37:18
Dil ingilis dili
Leybl Domino
Prodüser Ceyms Ford
Arctic Monkeys albomlarının xronologiyası
"Tranquility Base Hotel & Casino"
(2018)
"The Car"
(2022)

2022-ci ilin may ayında, Mett Helders qaldıqları yerdən (Tranquility Base Hotel & Casino) davam edəcəklərini bildirdi və yeni albomdakı mahnıların "R U Mine?" kimi olmayacağını açıqladı.[1]

Albomdan olan mahnı "Ain't Quite Where I Think I Am" 23 avqust 2022-ci ildə Zürich Openair festivalında ilk dəfə ifa olundu, ertəsi gün 24 avqust isə albomun adının "The Car" olduğu və 21 oktyabrda buraxılacağı elan edildi. Albomun əsas sinqlı "There'd Better Be A Mirrorball" 30 avqustda musiqi videosu ilə birlikdə buraxıldı.[2]Albomun "Body Paint" və "Mr Schwartz" mahnıları ilk dəfə 22 sentyabrda qrupun Kings Theatre-da baş tutan konsertləri zamanı ifa olunub. Onların 29 sentyabrda Cimmi Fallonun televiziya şousunda "Body Paint" mahnısını yenidən ifa etmələri gözlənir.

Qrupun baraban ifaçısı Mett Helders tərəfindən Los Ancelesdə Leica M6[3] kamerasından istifadə edilərək çəkilən fotoda avtoparkın üst mərtəbəsində tək dayanmış Corolla E90 markalı ağ avtomobil görünür.[4][5]

Mahnı siyahısı

[redaktə | mənbəni redaktə et]

Qeyd edilənlər istisna olmaqla bütün mahnılar Aleks Törner tərəfindən yazılmışdır. Musiqilər Arctic Monkeys tərəfindən bəstələnmişdir.

BaşlıqYazıçı(lar)Müddət
1.""There'd Better Be a Mirrorball"" 4:25
2.""I Ain’t Quite Where I Think I Am"" 3:11
3.""Sculptures Of Anything Goes""Törner, Ceymi Kuk3:59
4.""Jet Skis On The Moat""Törner, Tom Rouli3:17
5.""Body Paint"" 4:50
6.""The Car"" 3:18
7.""Big Ideas"" 3:57
8.""Hello You"" 4:04
9.""Mr Schwartz""Törner, Rouli3:30
10.""Perfect Sense"" 2:47
Ümumi müddət:Ümumi: 37:18
  1. "Arxivlənmiş surət". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  2. "Arxivlənmiş surət". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-30.
  3. "Arxivlənmiş surət". 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  4. "Arxivlənmiş surət". 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  5. Nast, Condé. "What is the car on the Arctic Monkeys' "The Car" album sleeve? An investigation". British GQ (ingilis). 2022-08-26. 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.