Bolşoy adası — Krasnoflotskie adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir.
Bolşoy adası | |
---|---|
rus. Большой | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 31 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
78°37′34″ şm. e. 98°11′11″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
Kara dənizində, Şimal Torpağının cənubunda, Oktyabr İnqilabı adasından 15 km cənubda yerləşir. Daxil olduğu qrupun ən şimal nöqtəsini təşkil edir. Adada 2,5 km cənubda Sredniy adası yerləşir.
Krasnoflotskie adaları qrupunun ən böyük adasıdır. Öz adınıda böyük olmasına görə almışdır. Şimaldan cənuba 5,1 km, şərqdən qərbə isə 1,4 km təşkil edir. Şərqində 5 metr hündürlüyü olan sahil xətti vardır. Adada üç yüksəklik vardır: 12 m (cənub), 23 m (şimal), 31 m (mərkəz). Adada kiçik şirinsulu göllər vardır. Bolşoy adasının şimal və cənub-şərqdə kiçik adsız adalar vardır. Sahillərində dərinlik birdən-birə 500 metrə enir. Atıq 40–50 m hərəkət etdikdən sonra isə dərinlik 800 m olur. Adanın mərkəzində Krasnoflotskie qütb stansiyası fəaliyyət göstərir. Stansiya 1953-cü ildən fəsliyyətdədir[1]. Krasnoflotskie adalarına daxil olan digər adalar kimi Bolşoy adası ilk dəfə 17 avqust 1932-ci ildə Arktika və Antarktida Elmi-Araşdırma İnstitutu tərəfindən "V. Rusanov"[2] buzqıranında kəşf edilmişdir.