Oktyabr İnqilabı adası — Şimal Torpağı arxipelaqının mərkəzi hissəsində yerləşir. İnzibati cəhətdən Rusiyanın Taymır Dolqan-Nen rayonu Krasnoyarsk diyarı ərazisinə daxildir.
Oktyabr İnqilabı adası | |
---|---|
rus. остров Октябрьской Революции | |
Ümumi məlumatlar | |
Sahəsi | 13708 km² |
Uzunluğu |
|
Eni | 99 km |
Hündür nöqtəsi | 847 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
79°30′00″ şm. e. 96°05′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şimal Torpağının ən iri adasıdır. Sahəsi 13708 km² təşkil edir[1] (arxipelaqın 37 %). Arxipelaqın mərkəzində yerləşir. Qərbdən Kara dənizi, şərqdən isə Laptevlər dənizi ilə əhatələnir. Bolşevik adasından Şokalski boğazı, Komsomoles adası və Pioner adasından Qırmızı Ordu boğazı vastəsi ilə ayrılır. Uzunluğu 170 km, eni 130 km təşkil edir.
Relyefi əsasən flatodan və alçaq dağlıq ərazilərdən ibarətdir[2].
Adaların sahillərində burun və körfəzlər vardır. Ən iri körfəzləri: Ostrovnaya, Pyatnistaya, Sobaçaya, Krasnaya, Razdole, Skazoçnaya və Matuseviç fiordu[3]. Şərq hissədə Zakrıtaya buxtası, Medvejaya buxtası, Mutnaya, Otdıx və Marata fiordu. Qərbdə isə Panfilovsev körfəzi və Uzkiy körfəzi. Cənubda Udobnaya, Plavnaya buxtaları və Makarov körfəzi. Ən iri yarımadaları Jiloy, Paris Kamunası, Qusinnıy və Marselezi.
Sahillərində yüksəklik 20 metr təşkil edir. Sahillərin belə yüksək olmasının səbəbi buzlaqlardır.
Oktyabr inqilabı adasında 7 iri buzlaq vardır, onlar adanın sahəsinin böyük hissəsini təşkil edir[4]. Vavilon, Albanov, Dejnyova və Malyutka buzlağı kimi buzlaqlar vardır. Kapinsk buzlağında eyni adlı dağ yerləşir (963 m). Buzlaq örtüyü olmayan adanın xalis zirvəsi 847 metr təşkil edir. Buzlağın qalınlığı 40-180 metrdir. Burada Krepost (589 m), Mir (592), Çudnaya (526), Bazarnaya (590) və Tumannaya dağları vardır. Dağların böyük hissəsi adanın şimal-şərqində yerləşir.
Adada çoxlu sayda iri çaylar vardır. Ən iri Ozernaya çayı 64 km uzunluğa malikdir. Həm adanın və bütün arxipelaqın ən iri çayıdır. Uşakov çayı 58 km, Bolşaya 42 km uzunluğa malikdir. Ada ərazisində elədə çox göl yoxdur. Ən irisi Fordovoedir və 57 km² sahəyə malikdir. İl boyu buzla örtülü olur.
Ada arxipelaqa daxil olan adalar arasında ethiyyatlar malik tək adadır. Burada qızıl ehtiyatları aşkarlanmışdır.
Adanın buzdan azad olmuş hissələrində canlılar aləmi zəngin deyildir. Belə ki bu cür sahələr adanın cmi 5 % təşkil edir. Burada əsasən tundra bitkiləri üstünlük təkil edir. mamır və şibyə əsas bitkilərdir. İri canlılardan şimal maralı, ağ ayı, su samuru və sahil xətdinə yaxın ərazilərdə isə morj vardır. Şimal və şərq sahillərində quşların kütləvi toplaşma yerlərində təmizçilər, qağayılar və adi şimal sərçəsi kimi quşlar yaşayır[5]
Ada ilk dəfə Georgi Alekseyeviç Uşakov və Nikolay Nikolayeviç Urvansev tərəfindən təşkil edilən ekspedisiya zamanı (1930-1932) araşdırılır və xəritəyə salınır. 1935-ci ildə "Olovyannı burnu" qütb stansiyası fəaliyyətə başlayır. 1974-ci ildə Vavilon buzlağı üzərində elmi-araşdırma stansiya fəaliyyətə başlayır «Vavilon Kupol»[6].
1 dekabr 2006-cı ildə Taymır Muxtar Mahal Dumasının plenar iclasında Şimal Torpağı adı dəyişdirilərək əski adının İmperator II Nikolay Torpağı adlandırılması haqqında çıxarış qəbul olunur. Oktyabr inqilabı adası isə Müqəddəs Aleksandr adası adlandırılmalı idi[7]. 1 yanvar 2007-ci ildə Taymır Muxtar Mahalı federasiyadakı muxtariyyət hüququnu itirdiyindən, məsələyə onun daxil olduğu Krasnoyarsk diyarında baxılır və təklif təsdiqlənmir.[8]