Bolqarıstan–Kipr münasibətləri — Bolqarıstan Respublikası ilə Kipr Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bolqarıstan 1960-cı ildə Kiprin müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur və 2010-cu ildə iki ölkə arasında diplomatik münasibətlərin 50 illik yubileyi qeyd edilmişdir. Bu əlaqələr həm beynəlxalq aləmdə, həm də ticarət və strateji məsələlərdə müsbət inkişaf etmişdir.[1] Bolqarıstanın Nikosiya şəhərində səfirliyi və Limassolda baş konsulluğu var. Kiprin Sofiyada səfirliyi və Burqasda filialı var. Hər iki ölkə Avropa Şurasının və Avropa İttifaqının tamhüquqlu üzvləridir. Bolqarıstan 2007-ci ildə Aİ-yə üzv olmuşdur. Kipr 2004-cü ildə Aİ-yə üzv olmuşdur.
Bolqarıstan–Kipr münasibətləri | |||||
---|---|---|---|---|---|
|
İki ölkə arasındakı əlaqələr iki yüz il əvvələ, Osmanlılara qarşı vuruşan bolqar üsyançılarının tutularaq Nikosiyaya gətirildiyi vaxta gedib çıxır. Onlar həbsdə olduqları müddətdə yerli yunanlarla möhkəm dostluq əlaqələri qurmuşdular, bir əsir hətta 1800-cü illərdə Nikosiya həyatı haqqında məlumatlandırıcı gündəlik yazmışdır.
1960–2010-cu illərdə 5,000-ə qədər kiprli tələbə Bolqarıstan hökuməti tərəfindən verilən təqaüdlər əsasında Bolqarıstana getmişdir. Əmək naziri Sotirulla Çaralambus və hökumət sözçüsü Stefanos Stefanu bolqardilli məzunlardan ikisidir. 2012-ci ildə Bolqarıstanda təxminən 800 kiprli tələbə var idi. Xüsusilə hökumət sözçüsü Stefanu 1984–1989-cu illərdə Sofiyada Sosial Elmlər və Sosial İdarəçilik Akademiyasında təhsil almış və siyasi elmlər dərəcəsi əldə etmişdir. O, əhsil aldığı müddətdə Tələbə Hərəkatında fəal iştirak etmiş və Bolqarıstanda Kipr Tələbələri Assosiasiyasının prezidenti vəzifəsində çalışmışdır.[2]
Kipr Bolqarıstanın ən güclü investorlarından biridir, Kipr sərmayəsi 2010-cu ildə 1,7 milyard avroya çatmışdır. Kipr Ticarət və Sənaye Palatasının himayəsi altında "CYPRUS-BULGARIA BUSINESS ASSOCIATION" adı ilə bundan sonra "Association" yaradılmışdır. Bu, Kipr Respublikası və Bolqarıstan Respublikası arasında iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək, genişləndirmək və təşviq etmək məqsədi daşıyır.[3]
Bolqarıstan səfirliyi Kiprin Nikosiya şəhərində yerləşir. Kipr səfirliyi Bolqarıstanın Sofiya şəhərində yerləşir.