Azərbaycan–Bolqarıstan münasibətləri

Azərbaycan–Bolqarıstan münasibətləriAzərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Azərbaycan-Bolqarıstan münasibətləri
Azərbaycan və Bolqarıstan
 Azərbaycan  Bolqarıstan
Bolqarıstandakı Azərbaycanın səfirliyi
Səfir Hüseyn Hüseynov?!
Ünvan Sofiya, İzqrev rayonu, İztok məhəlləsi, Çarlz Darvin küç., 6
Azərbaycandakı Bolqarıstanın səfirliyi
Səfir Ruslan Stoyanov[1]
Ünvan Bakı, Hüseyn Cavid pr., 13
Digər
Quruluş tarixi 5 iyun 1992
Dövriyyə 0,325 mlrd doll. (2022)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bolqarıstan Azərbaycanın müstəqilliyini 14 yanvar 1992-ci ildə tanımışdır.

Diplomatik əlaqələr

[redaktə | mənbəni redaktə et]

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 5-də qurulmuşdur[2].

1999-cu ildə dekabr ayında Bolqarıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır. 16 aprel 2004-cü ildə İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin açılması haqqında sərəncam imzalamışdır. 29-30 iyun 1995-ci ildə Heydər Əliyev Bolqarıstana rəsmi səfər etmişdir. 2-3 dekabr 1999-cu ildə Bolqarıstan prezidenti Petar Stoyanov Azərbaycana rəsmi səfər etmişdir. 28 may 1999-cu ildə Azərbaycan Respublikasının prezidenti 2 ölkə arasında iqtisadi-ictimai və elmi texniki komisyanın yaradılması haqqında sərəncam imzalamışdır. 25-27 sentyabr 2002-ci ildə Azərbaycanın Müdafiə Naziri Səfər Əbiyev Bolqarıstanın Müdafiə Naziri Svinarovun dəvəti ilə Bolqarıstanda rəsmi səfərdə olmuşdur. 26-31 oktyabr 2002-ci ildə Bolqarıstanın eks-prezidenti Jelyu Jelev BSU-nun dəvəti ilə mühazirələr oxumaq üçün Bakıda səfərdə olmuşdur. Azərbaycan prezidenti Heydər Əliyev qonağı qəbul etmişdir. 4-5 noyabr 2003-cü ildə Bolqarıstanın Müdafiə Naziri Svinarov Azərbaycanda rəsmi səfərdə olmuş, İlham Əliyev tərəfindən qəbul edilmişdir. 19-23 yanvar 2004-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm naziri Əbülfəs Qarayev Bolqarıstanda rəsmi səfərdə olmuşdur. 27-30 sentyabr 2004-cü ildə Milli Məclisin sədri Murtuz Ələsgərov Bolqarıstanda rəsmi səfərdə olmuşdur. 16 mart 2004-cü ildə ATƏT-in fəaliyyətdə olan sədri Bolqarıstanın Xarici İşlər Naziri S.Passi Bakıda səfərdə olmuş, İlham Əliyev və digər rəsmi şəxslərlə görüşmüşdür. 7-8 oktyabr 2004-cü ildə Bolqarıstanın prezidenti Q.Pirvanov və onun başçılıq etdiyi nümayəndə heyəti İlham Əliyevin dəvəti ilə Azərbaycanda olmuşdur. O, İlham Əliyev, Artur Rəsizadə və Murtuz Ələsgərovla görüşlər keçirmişdir. Görüşlər zamanı ikitərəfli və siyasi əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və bu sahədə ATƏT-in fəaliyyətinin daha da intensivləşdirilməsi, NATO, -yə dair məsələlər, ticari-iqtisadi komisya və elmi-texniki komissiyanın fəaliyyəti barədə məsələlər, beynəlxalq terrorizmə qarşı birgə əməkdaşlıq, parlamentlərarası əməkdaşlığa dair məsələlər müzakirə olunmuşdur. Səfər zamanı Azərbaycan Respublikası və Bolqarıstan arasında birgə bəyannamə, Şəki və Qalerovo arasında qardaşlaşmış şəhər nümayəndiliyinin yaradılması haqqında birgə bəyannamə, Azərbaycan teleqraf agentliyi və Bolqarıstan teleqraf agentliyi arasında saziş, Azərbaycan Respublikası hökuməti və Bolqarıstan hökuməti arasında səhiyyə və tibb elmi sahəsində saziş, investisiyanın təşviqi və qarşılıqlı qorunması haqqında saziş, ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası komisyanın ikinci iclasının protokolu, ticarət gəmiçiliyi haqqında saziş imzalandı.

25-26 oktyabr 2004-cü ildə Azərbaycan Müdafiə Naziri Səfər Əbiyev Bolqarıstanın Müdafiə Naziri Svinarovun dəvəti ilə Bolqarıstanda rəsmi səfərdə olmuşdur. 5-8 dekabr 2004-cü ildə Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 12-ci iclasında iştirak etmək üçün Sofiyada səfərdə olmuşdur. Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistanın Xarici İşlər Naziri V.Oskanyanla görüş keçirmişdir.

13 sentyabr 2006-cı ildə BMT Baş Assambleyasının 61-ci sessiyasının gündəliyinə "GUAM ölkələrində uzanmış münaqişələr və onların beynəlxalq sülhə, təlükəsizliyə və inkişafa təsiri" adlı yeni bəndin əlavə edilməsi üçün Baş Assambleyada keçirilmiş səsvermədə Bolqarıstan bitərəf qalmışdır.

Parlamentlərarası əlaqələr

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[3]. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Əli Hüseynov olmuşdur[4]. 4 mart 2016-cı il tarixindən Rauf Əliyev işçi qrupunun rəhbəridir[3].

İqtisadi əlaqələr

[redaktə | mənbəni redaktə et]

Əmtəə dövriyyəsi (min doll.)

İl İxrac İdxal Ümumi dövriyyəsi
2014 63 442,1 61 154,8 124 595,9
2015 12 721,6 497,9 13 219,5
2016 39 423,4 386,3 39 809,7
2017 37 274,7 153,3 37 428
2018 26 410 39 470 65 880
2020[5] 16 358 553 16 911
2021[6] 54 042 18 653 72 695
2022[7] 292 122,33 33 291,85 325 414,18

Bolqarıstan azərbaycanlıları

[redaktə | mənbəni redaktə et]

Mədəni əlaqələr

[redaktə | mənbəni redaktə et]
Azərbaycan poçt markası (2016)

İdman sahəsində əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]
UEFA Avropa Kuboku 1996-nın İspaniya–Bolqarıstan matçına həsr olunmuş Azərbaycan poçt markası (1996)[8]

Futbol qarşılaşmaları

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Bolqarıstanda:

  • Sofiyada Azərbaycan səfirliyi

Bolqarıstanın Azərbaycanda:

  • Bakıda Bolqarıstan səfirliyi
  1. "İlham Əliyev Bolqarıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib". 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-07.
  2. Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az  (az.)
  3. 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  4. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2020-08-27 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2000-ci il tarixli, 24-IIQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  5. "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-27.
  6. "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-27.
  7. AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti. ""AR Xarici ticarətin gömrük statistikasi 2022"" (PDF). customs.az. 2023-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-18.
  8. 22 Iyul, 1996. Avropa Futbol Çempionatı-96. Arxivləşdirilib 2019-05-21 at the Wayback Machine azermarka.az, 22.07.1996  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]