Borçalı kəndləri

Borçalının etnik xəritəsi (2002 s.a.)

Statistik məlumatlar

[redaktə | mənbəni redaktə et]

Son əhali siyahıyaalmasının nəticələrinə əsasən Borçalı bölgəsində 104 kənd bələdiyyəsində birləşdirilmiş 348 kənd mövcuddur. Kəndlərin 147-də etnik azərbaycanlılar, 128-də gürcülər, 31-də ermənilər, 25-də berzenlər, 2-də osetinlər üstünlük təşkil edir, 15 kənddə isə yaşayış mövcud deyildir. Kəndlərdən 11-də əhalinin sayı 5000 nəfərdən artıqdır. 3 kənddə isə 10 nəfərdən də az sakin yaşayır. Bütövlükdə Gürcüstan üzrə əhalisinin sayı beş mindən çox olan 28 kənd yaşayış məntəqəsi mövcuddur.

Əhalisi 5000 nəfərdən çox olan kəndlər

[redaktə | mənbəni redaktə et]
kəndlərin adları aid olduğu rayon əhalisinin sayı milli çoxluq
1. Sadaxlı Marneuli 9486 azərbaycanlılar
2. Qızılhacılı Marneuli 9398 Azərbaycanlılar
3. Martkofi Qardabani 7666 Gürcülər
4. Sərtiçala Qardabani 7041 gürcülər
5. Faxralı Bolnisi 6891 azərbaycanlılar
6. Bolus Kəpənəkçisi Bolnisi 6766 azərbaycanlılar
7. Nəzərli Qardabani 5808 azərbaycanlılar
8. Soğanlıq Qardabani 5698 azərbaycanlılar
9. Kosalı Qardabani 5612 azərbaycanlılar
10. Qamartcveba Qardabani 5282 gürcülər
11. Alget Marneuli 5017 azərbaycanlılar

Demoqrafik struktur

[redaktə | mənbəni redaktə et]

2002-ci il siyahıyaalmasına əsasən bütövlükdə bu kəndlərdə 311025 nəfər əhali yaşayır ki, onların da 152456-sı kişilər (49%), 158569-u (51%) isə qadınlardır. Əhalinin etnik tərkibində azərbaycanlılar üstünlük təşkil edir (62,5%). Gürcülər 28,4%-lə 2-ci, ermənilər 6,7%-lə 3-cü, berzenlər 1,5%-lə 4-cü yeri tuturlar.