Boris Blaxer

Boris Blaxer (ing. Boris Blacher) (19.1.1903, Çin, Nü-Çan – 30.1.1975, Berlin) — alman bəstəkarı, pedaqoq.[1]

Boris Blaxer
ing. Boris Blacher
Boris Blaxer
Boris Blaxer
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Çin, Nü-Çan
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri Berlin
Vətəndaşlığı alman
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, pedaqoq
Janr opera
Üzvlüyü
  • ADR İncəsənət Akademiyası[d],
  • Bavariya İncəsənət Akademiyası[d]
Mükafatları "Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninin komandor xaçı Austrian Decoration for Science and Art
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk musiqi təhsilini Xarbin və İrkutskda almışdır. F. E. Koxun tələbəsi (1922–26, Berlin) olmuş, musiqi nəzəriyyəsi fənlərini Berlin Universitetində öyrənmişdir (1927–31). 1938–39-cu illərdə Drezden konservatoriyasında dərs demişdir. Qərbi Berlin Ali Musiqi Məktəbinin professoru (1948-ci ildən) və direktoru (1953–70) vəzifəsində işləmiş, Qərbi Berlin İncəsənət Akademiyasının prezidenti (1968–71) olmuşdur. Blaxerin ilk instrumental əsərlərində İ. F. Stravinskinin təsiri hiss olunur. "Orkestr üçün konsert musiqisi" əsərində (1937) caz stilistikasını tətbiq etmişdir. Orkestrə və polifonik texnikaya dərindən bələd olan Braxerə Paqanini mövzusunda yazdığı orkestr variasiyaları (1947) dünya şöhrəti qazandırmışdır.

1940-cı illərin sonundan 12 tonlu kompozisiya metodundan istifadə etmiş, özünün "dəyişən vəzn" (variable Metren) yaradıcılıq texnikasını işləyib hazırlamışdır. Fortepiaono üçün "Ornamentlər" (1950), F. Kafkanın xatirəsinə simli kvartet üçün "Epitafiya" (1951), fortepiano ilə orkestr üçün 2 №-li konsert (1952) və s. bu texnika ilə yazılmışdır. 1960-cı illərdə elektron musiqi ilə aktiv eksperimentlər həyata keçirmişdir ("Maqnitofon lenti üçün elektron skerso", 1965; "Ariadna" – 2 qiraətçi və elektrik alətləri üçün "duo — dram", 1971). Digər əsərləri arasında operalar (o cümlədən "Knyaz qızı Tarakanova", tamaşası 1941, Vuppertal), baletlər, oratoriyalar (o cümlədən "Böyük inkvizitor", F. M. Dostoyevskinin "Karamazov qardaşları" romanı üzrə L. Borxardtın librettosu, tamaşası 1947, Berlin) və s. var. Ciddi polifoniya üslubu dərsliyinin ("Einführunq in den strengen Satz", 1953) müəllifidir.[1]

  1. 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 187. ISBN 978-9952-441-03-1.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

[1]