Bornun ultimatumu (film, 2007)

Bornun ultimatumu (ing. The Bourne Ultimatum) — 2007-ci ildə çəkilmiş, 80-ci Akademiya Mükafatlarında 3 Akademiya Mükafatı qazanmış, tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş, IMDb Top 250 siyahısında yer alan The Bourne Legacy adlı davam filmi çəkilmiş, əsas personajı, yəni Jason Bourne personajı rolunu Oskar mükafatlı aktyor Mett Deymonun oynadığı, sauntrekində sadəcə musiqilər istisna olmaqla, Mobynin The Extreme Ways mahnısının yer aldığı döyüş/casus filmidir. Robert Ludlumun eyniadlı kitabı əsasında çəkilmiş bu film, Born seriyasındakı üçüncü filmdir (Bornun müəyyən edilməsiMeduza çevrilişi seriyanın digər filmləridir). Film yüksək hərəkətliliyin olduğu və döyüşlərin demək olar ki, heç bitmədiyi bir filmdir.

Bornun ultimatumu
ing. The Bourne Ultimatum
Janr döyüş-triller[d], müəmma filmi[1][2][…], döyüş filmi, roman ekranlaşdırması[d], triller filmi
Prodüserlər
İcraçı prodüser Daq Layman[d][3]
Ssenari müəllifləri
Baş rollarda
Bəstəkar
İstehsalçılar Universal Pictures[5], The Kennedy/Marshall Company[d]
Distribütor UIP-Dunafilm[d], Netflix
İlk baxış tarixi 25 iyul 2007, 6 sentyabr 2007[8], 3 avqust 2007[9]
Müddət 111 dəq.
Büdcə 110.000.000 $
Gəlir 444.100.035 $[10], 227.471.070 $[11]
Ölkələr
Dil ingilis dili
Əvvəlki film Bornun üstünlüyü (film, 2004)
Sonrakı film Bornun mirası (film, 2012)
Rəng rəngli
Çəkiliş yeri Paris, Nyu-York, Nyu-Cersi, Madrid, Berlin, London, Oksford, Tanjer, İspaniya, Mərakeş
IMDb ID0440963
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jason Bourne (Matt Damon) keçmişinin sirlərini öyrənə bilmir. Onun sağ olduğunu bilənlər onu aradan qaldırmağa cəhdlər edirlər, buna görə də o, Rusiyaya Moskvaya köçür, amma yenidən burada tapılır və sevdiyi bir insan, həyatda ona sağ qalması üçün çoxlu köməkliklər etmiş Mari Helena Kreutz (Franka Potente) qəza nəticəsində vəfat edir və bundan sonra Ceysonun keçmişinin sirlərini tapmaq və yenidən yeni macəralar yaşamasının vaxtı gəlib çatmışdır. İndi Moskvadan Parisə, oradan da Mərakeşə gedəcək Bornu müxtəlif yeni macəralar və gərginliklər gözləyir.