Türkiyə–Bosniya və Herseqovina münasibətləri — Bosniya və Herseqovina Respublikası və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər.
Türkiyə–Bosniya və Herseqovina münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
29 Avqust 1992-ci ildə ölkələr arasında rəsmi diplomatik əlaqələr qurulur. Bosniya və Herseqovina ilə Türkiyə arasında Osmanlının Balkan yarımadasını fəth etməsindən sonra qurulan möhkəm tarixi əlaqələr mövcuddur. Müasir Bosniya və Herseqovina ərazisinin, Osmanlı İmperiyasına birləşdirilməsindən sonra burada əhəmiyyətli bir türk diasporu meydana gəlir. Bosnaklar bölgədə islamı qəbul edən ilk slavyanlar olur. Türklərin çoxu Birinci Dünya müharibəsi dövründə Bosniyanı tərk etməyə başlayır, bundan sonra Osmanlı İmperiyası çökür[1].
1923-cü ildə Mustafa Kamal Atatürk müasir Türk dövlətinin qurucusu olur. Bu zaman isə Bosniya və Herseqovina ərazisi Yuqoslaviyanın bir hissəsi olur. Yuqoslaviya hökuməti dövründə İosip Broz Titoun Soyuq Müharibə dövründə digər kommunist dövlətlərin liderləri kimi əhalinin dini tətbiqlərinə açıq şəkildə qarşı çıxmamasına baxmayaraq Bosniya həyatında dinin rol azalır. 6 fevral 1992-ci ildə Türkiyə Bosniya və Herseqovinanı müstəqil bir dövlət olaraq tanıyır və 29 avqust 1992-ci ildə hər iki ölkə arasında diplomatik əlaqələr qurulur. 22 iyul 1995-ci ildə Türkiyə Prezidenti Süleyman Dəmirəl, Bosniya və Xorvatiya arasındakı danışıqlara vasitəçilik edir. Bundan sonra iki ölkə Serbiya silahlı qüvvələrinə qarşı vahid bir cəbhədə mübarizə aparır[2].
2011-ci ildə Bosniya və Herseqovina İslam Birliyinin Prezidenti Mustafa Ceric bir açıqlama verdi: “Türkiyə bizim anamızdır, belə idi və belə də olacaq”[3]. 11 iyul 2012-ci il tarixində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu şəhərdəki qırğına həsr olunmuş Srebrenitsa memorialını ziyarət edərkən, Bosniya siyasətçisi Aliya İzzetbeqoviçin söhbət əsnasında Türkiyə haqqında çox yaxşı sözlər dediyini xatırlatdı[4]. Son illərdə bosniyalı siyasətçilər arasında Türkiyənin nüfuzu artmaqdadır. Rəcəb Tayyib Ərdoğan iki əsas Bosniya siyasi partiyası arasında barışıq səyləri ilə tanınır: Demokratik Fəaliyyət Partiyası və Bosniya və Herseqovina Sosial Demokrat Partiyası[5].
Bosniyanın bir çox şəhərində küçələrə Osmanlı dövlət xadimlərinin və fatehləeinin adı verilir. Sarayevonun mərkəzində Sokollu Mehmed Paşa[6] adına, Bixaçda isə Sultan Süleyman Qanuni adına bir küçə var[7].
2003-cü ildə ölkələr arasında ticarət dövriyyəsi 70 milyon ABŞ dolları təşkil etmişdir. 2017-ci ildə ölkələr arasında ticarət 700 milyon dollara çatmışdır[8].