Bosniyalı Mehmed Paşa (ö. sentyabr 1623) — II Osman və I Mustafa səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.
Bosniyalı Mehmed Paşa | |
---|---|
Əvvəlki | Mere Hüseyn Paşa |
Sonrakı | Silahdar İbrahim Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Doğum tarixi haqqında məlumat yoxdur. Əslən boşnaq olub, II Osman səltənətində Bostancılar ocağında təlim-tərbiyə edilərək bostançıbaşı oldu. Bu vəzifədə ikən içkili məkanlara basqınlar verməklə vəzifələndirildil. Ardından 1621-ci ildə Sivas bəylərbəyi təyin edildi. Sultan Osmanın Lehistan səfəri əsnasında vəzir rütbəsiylə İstanbul naibi oldu. Səfərin ardından 1622-ci ilin martında Misir bəylərbəyi olub 75 gün sonra vəzifədən alındı. Vəzifədən alınma səbəbi isə hamisi olan Sultan Osmanın devrilməsi və taxta əqli cəhətdən zəif olan Sultan Mustafanın çıxarılması idi. Bir müddət gözlərdən kənar qalsa da, dövrün sədrəzəmi Kəmankeş Əli Paşa tərəfindən özünə rəqib görüldü və davam edən iğtişaşlardan istifadə edilərək 1623-cü ilin sentyabrında edam edildi.