Bougainvillea

Bugenvilleya (lat. Bougainvillea) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin niktaginkimilər fəsiləsinə aid bitki cinsi.

Bugenvilleya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Cənubi Amerikanın, Asiyanın tropik və subtropik ərazilərində 18 növü məlumdur. Gülçülükdə ən çox Braziliyadan gətirilmiş çılpaq bugenvilleya (B. qlabra) becərilir. L.A. Bugenvilin şərəfinə adlandırılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Sürünən, dırmanan, yaxud ilişən zoğları olan kollar və kiçik ağaclardır. Yarpaqları növbəli, yumurtavarı oval, tamkənarlıdır. Xırda, qoltuqda yerləşən, çiçəkləri ağ, sarı, narıncı, çəhrayı, qırmızı rəngli 3 iri çiçəkyanlığı ilə əhatələnmişdir. [2]

  1. Australian Plant Name Index (ing.).
  2. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 40. ISBN 978-9952-441-10-9.