Boyan(ing. Boian) — Rumıniya və Bolqarıstan ərazilərində yayılmış Neolit mədəniyyəti (e.ə. 4-cü minillik).
Boyan mədəniyyəti | |
---|---|
Yeri | |
Coğrafi region | Dunay vadisi: Rumıniya və Bolqarıstan əraziləri |
Başlama tarixi | XLIII əsr |
Bitmə tarixi | e.ə. 3500 |
Əvvəlki |
Dudeşti mədəniyyəti, Xətti dulusçuluq mədəniyyəti |
Vikianbarda əlaqəli mediafayllar |
Boyan gölündəki (Rumıniya) məskənin adı ilə adlandırılmışdır. Boyan üçün üzəri qara boz rəngli və oyma xətlərlə bəzədilmiş gil qablar xarakterikdir. Qablar üzərindəki oyma xətlər çox zaman ağ maddə ilə doldurulurdu. Boyanda daş baltalar da tapılmışdır. Əhali əkinçilik , maldarlıq, ovçuluq və balıq tutmaqla məşğul idi. Qumelnisa mədəniyyətinin (Enolit dövrü) formalaşmasında Boyan mədəniyyətinin mühüm rolu olmuşdur.