Boz şoran - (lat. Salsola cana C. Koch.) Tərəçiçəkkimilər – (Chenopodiaceae Vent.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.[1][2]
Gövdəsiqısa tüklərlə örtülü, 20-35 sm hündürlükdə, gümüşü –bozumtul yarımkolcuqdur. Yarpaqları 2-3 sm uzunluqda, 1-2 mm enində, növbəli xətvari, yarımsilindrik, sərtvari, kütvari, sıx, qısa, ağımtıl-boz tüklərlə örtülü, vegatasiyanın sonunda çılpaqdır. Çiçəkaltı yarpaqlar bir qədər kiçikdir; çiçəkaltlıqları geniş, çiçəə bərabər və ya çiçəkdən bir qədər uzundur. Toxumları şaquli və ya çəpdir.[3]
Çiçəkləmə və meyvə əmələgətirmə dövrü sentyabr-noyabr aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır. Toxumla çoxalır. Quru, şoranlaşmış, gilli və ya gilli-daşlı yamaclarda rast gəlinir. Şoran ərazilərdə taxıllı-şoangəlik qruplaşmaları əmələ gətirir.[4]
Naxçıvan düzənliyi (Culfa rayonu – Yaycı kəndi ətrafı, Gülüstan düzənliyi).[5][6][7]
Populyagiyanın təbii bərpası azalır, yeganə lokalitetində antropogen təsirləri həssaslıq müşahidə olunur.
Ekoloji şəraitin dəyişməsi, antropogen amillər (otarılma, tapdalanma).[8]
Mühafizə üçün xüsusi tədbirlər aparılmır. Biotoplarda antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqların təşkili populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma sahələrinin axtarılması təklif olunur.[9]