“Fifty Shades of Grey: Original Motion Picture Soundtrack” — E.L. Ceymsin eyni adlı romanı əsasında 2015-ci ildə istehsal edilmiş “Bozun 50 çaları” filminin “Republic Records” tərəfindən 10 fevral 2015-ci ildə çıxarılmış film musiqisi albomudur.
Fifty Shades of Grey: Original Motion Picture Soundtrack | |
---|---|
müxtəlif ifaçılar tərəfindən ifa olunmuş film musiqisi | |
Növü | film musiqisi |
Yayımlanma tarixi | 10 fevral 2015 |
Janr | film musiqisi |
Müddət | 61:41 |
Dil | ingilis dili |
Leybl | Republic Records |
Prodüser |
İcmallar | |
---|---|
Ümumi qiymət | |
Mənbə | Reytinq |
Metacritic | 65/100[1] |
Tənqidçilərin qiyməti | |
Mənbə | Reytinq |
Allmusic | [2] |
Billboard | [3] |
New York Daily News | [4] |
New York Post | [5] |
Newsday | B-[6] |
Los Angeles Times | [7] |
Rolling Stone | [8] |
USA Today | [9] |
Albom haqqında danışıqlara çıxış tarixindən iki il əvvəl, filmin çəkiləcəyi elan edildiyi vaxtdan başlanmışdı. Universal studiyasının film musiqisi və yayımı üzrə prezidenti Mayk Knoblox deyir: “Biz həqiqətən də, musiqinin filmin özəyi olmasını istəyirdik. Planlaşdırırdıq ki, mümkün qədər original material yaradaq, film musiqiləri həm sözləri həm də musiqiləri ilə kitabın məzmununu ifadə etsin.”
Beyonse filmlə maraqlanan ilk musiqiçilərdən biri olmuşdur. Knoblox deyir: “O, fikirləşirdi ki, karyerasında nəsə gözəl bir addım ata bilər və ya öz brendi üçün irəliləyiş edə bilər.” Sia Knoblox və musiqi rəhbəri Dano Dano tərəfindən filmdə işə cəlb edilmişdi: “İki əsas qəhrəman arasında ilk dəfə intim yaxınlaşmanın baş verdiyi səhnə filmin ən mühüm anlarından biridir. Sia bizim üçün mahnını ifa etdi və biz dedik ki: “Bu çox yaxşıdı, lakin, bundan daha yaxşısı və ya daha güclü nəsə etmək mümkündürmü?” Sonda biz işi onun öhdəsinə buraxaraq film üçün yaxşı mahnı yazmasını xahiş etdik.”[10] “The Weeknd” layihənin lap əvvəlindən ona qoşulmuş musiqiçilərdən biridir. “Republic Records”un meneceri Tom Makkey qeyd edir ki, “O, müxtəlif səhnələr üçün bir neçə mahnı üzərində işləyirdi. Bəziləri üzərində iş davam etdirildi, bəziləri üzərində isə yox. Lakin o işə davam etdi və sonda “Earned It” mahnısını yazdı ki, bu da onun yaradıcılığında həmin vaxta kimi yazılmış ən böyük mahnı idi. Bu, filmdə iki dəfə istifadə olunmuş yeganə mahnıdır.”[10]
12 yanvar 2015-ci ildə E.L.Ceyms film musiqisi albomunun 10 fevral 2015-ci ildə çıxarılacağını elan etmişdi.[11][12]
Film musiqisi albomunun çıxarılmasından əvvəl iki sinql çıxarılmışdı. “The Weeknd” qrupunun ifasında “Earned It” mahnısı albomun ilk sinqlı kimi 23 dekabr 2014-cü ildə çıxarılmış [13] və “Billboard Hot 100” hit-paradında üçüncü yerə kimi yüksəldilmişdir.[14] Elli Qoldinqin ifasında “Love Me like You Do” mahnısı albomun ikinci sinqlı kimi 7 yanvar 2015-ci ildə çıxarılmış [15] və albomun ən yaxşı sinqlı kimi “UK Singles Chart” da daxil olmaqla 16 ölkənin milli hit paradında birinciliyə, ə “Billboard Hot 100” hit paradında isə üçüncü yerə yüksəlmişdir. Qoldinq və “The Weeknd”in mahnılarının ilk onluğa daxil olması ilə “Bozun 50 çaları” film musiqisi albomu eyni vaxtda iki sinql ilə təmsil olunan son albom olmuşdur.[16]
Sianın ifasında “Salted Wound” mahnısı ilk təbliğat sinqlı kimi 27 yanvar 2015-ci ildə çıxarılmışdır.[17] Digər iki təbliğat sinqlı – Vaultsun “One Last Night” mahnısı və Skaylar Qreyin "I Know You" mahnısı 3 fevral 2015-ci ildə çıxarılmışdır. Brüs Sprinqstinin "I'm on Fire" mahnısının “Awolnation” tərəfindən ifa olunmuş koveri dördüncü təbliğat sinqlı kimi 9 fevral 2015-ci ildə çıxarılmışdır.[18]
258.000 nüsxə ilə (210.000 ənənəvi albom) satılan albom, “Billboard 200” hit paradında Dreykin “If You're Reading This It's Too Late” albomundan sonra ikinci yerdə debüt etmişdir.[19] 2015-ci ilin martına kimi albom təkcə ABŞ-da 516.000 nüsxə ilə satılmışdı.[20]
Kanadada 18.000 nüsxə ilə satılan albom “Canadian Albums Chart”da ikinci yerdə debüt etmişdir.[21]
Film daha çox qarışıq rəylər alsa da, film musiqisi albomu musiqi tənqidçiləri tərəfindən əsasən müsbət rəylər almışdır. “Metacritic”də 7 rəy əsasında albom 100 xaldan 65 xalla qiymətləndirilir. “Billboard” jurnalından Kennet Partric albomu beş ulduzdan üç ulduz yarımla qiymətləndirir və deyir ki, “albom ağıllı şəkildə müasir tələblərə uyğunlaşdırılmışdır”.[22] “Rolling Stone” jurnalından Çak Arnold albomu “Alatoran” və “Aclıq Oyunları” filmlərinin musiqi albomları ilə müqayisə edir və bildirir ki, “The Weeknd”in “Earned It” mahnısı alboma “Bond əhval-ruhiyyəsi gətirir”.[23] “AllMusic”dən Stefan Tomas Erlvayn alboma qarışıq rəy verərək, onu “istənilən romantik gecə üçün əlverişli” ifadəsi ilə təsvir edir.[24] “New York Daily News”dab Cim Ferber də alboma qarışıq rəy verərək qeyd edir ki, “mahnıların sözləri “romantik seks”dən xəbər verərək, albomun “incə istehsal planlaşdırması”nı nəzərə çatdırır.[25] “ABC News”dan Allan Reybl albomu “boğucu elekto-pop bluz kolleksiyası” kimi təsvir edir, lakin, köhnə mahnıların da alboma daxil edilməsini tənqid edir.[26] “Los Angeles Times”dan Mikayıl Vud albomu “güclü” adlandırsa da, albomun midtempo mahnılarını tənqid edir, həmçinin albomun gəlir göstəricilərini Teylor Sviftin “1989” albomu ilə müqayisə edir.[27]
№ | Başlıq | Yazar(lar) | İfaçı(lar) | Müddət |
---|---|---|---|---|
1. | "I Put a Spell on You" | Cey Hovkins | Enni Lennoks | 3:30 |
2. | "Undiscovered" | Emili Heyni, Dev Hayns, Laura Uelş, Amanda Qost | Laura Uelş | 2:53 |
3. | "Earned It" | The Weeknd, Stefan Mokkio, Ceyson “DaHeala” Kuinville, Əhməd Balşi | The Weeknd | 4:10 |
4. | "Meet Me in the Middle" | Deyv Okumu, Cessi Ueyr | Cessi Ueyr | 5:08 |
5. | "Love Me like You Do" | Maks Martin, Savan Koteka, İlya Salmanzadə, Əli Payami, Tove Lo | Elli Qoldinq | 4:10 |
6. | "Haunted" (Maykl Daymond Remix) | Buts, Beyonce | Beyonce | 5:08 |
7. | "Salted Wound" | Brayan Vest, Cerald İton]], Sia Furler, Oliver Kraus | Sia | 4:30 |
8. | "Beast of Burden" | Mik Cagger, Keyt Riçards | The Rolling Stones | 3:29 |
9. | "I'm on Fire" | Brüs Sprinqstin | Awolnation | 2:34 |
10. | "Crazy in Love" (2014 Remix) | Nouls-Karter, Riç Harrison, Şoun Karter, Yugen Rekord | Beyonce | 3:46 |
11. | "Witchcraft" | Si Koleman, Karolin Li | Frenk Sinatra | 2:51 |
12. | "One Last Night" | Barnaba Frimen, Benjamin Vella, Bliti Pepino | Vaults | 3:19 |
13. | "Where You Belong" | Tesfaye, Mayk Din, Balşe | The Weeknd | 4:57 |
14. | "I Know You" | Mokkio, Skaylar Qrey | Skaylar Qrey | 4:58 |
15. | "Ana and Christian" | Denni Elfman | Danny Elfman | 3:24 |
16. | "Did That Hurt?" | Elfman | Denni Elfman | 2:54 |
Ümumi müddət: | 61:41 |
№ | Başlıq | İfaçı(lar) | Müddət |
---|---|---|---|
17. | "Rude" | Terence Coles və Leon “RoccStar” Youngblood | 3:30 |
18. | "Call Me" | St. Paul və The Broken Bones | 2:51 |
Albomun hazırlanmasında iştirak edənlərin siyahısı “AllMusic”dən götürülmüşdür.[29]
|
|
Hit-paradlar[redaktə | mənbəni redaktə et]
|
Sertifikatlar[redaktə | mənbəni redaktə et]
|