"Twilight: Original Motion Picture Soundtrack" — Alatoran filminin 2008-ci ildə satışa çıxarılmış rəsmi film musiqisi albomudur. Film musiqisi bəstəkar Karter Byurvel tərəfindən[1] bəstələnmiş, digər mahnılar isə Aleksandra Patsavas tərəfindən seçilmişdir.[2] Albom 4 noyabr 2008-ci ildə Patsavasın Chop Shop leyblı və Atlantic Records tərəfindən satışa çıxarılmışdır.[3] İlk həftəsində 165,000 nüsxə ilə satılmış albom Billboard 200 hit paradına 1-ci yerdən daxil olmuşdur. Satışların 29%-i online satışın payına düşürdü.[4] “Twilight: The Score” albomu 25 noyabr 2008-ci ildə onlayn satışa çıxarılmış, 9 dekabr 2008-ci ildən isə marketlərdə satışına başlanmışdır.[5]
Twilight: Original Motion Picture Soundtrack | ||||
---|---|---|---|---|
| ||||
Yayımlanma tarixi | 4 noyabr 2008 | |||
Janr | Pop rok, alternativ rok, film musiqisi | |||
Müddət | 45:30 | |||
Leybl | Chop Shop/Atlantic Records | |||
Prodüser | Alexandra Patsavas və Paul Katz | |||
Albom xronologiyası | ||||
|
Çikaqo filminin musiqi albomundan sonra, Alatoran filminin musiqi albomu ABŞ-də ən çox satılan film musiqisi albomu olmuşdur.[6] Musiqi albomlarının hər ikisi, həmçinin əsas sinql olan Paramore’un “Decode” mahnısı 2010-cu ildə Qremmi mükafatına nominant göstərilmişdir.[7]
Rejissor Ketrin Hardvik MTV-yə müsahibəsində alternativ rok qrupu Muse’un mahnısının filmdə istəfadə olunacağını bildirmiş, daha sonra isə həmin mahnının "Supermassive Black Hole" mahnısı olduğunu açıqlamışdı.[8] Həmçinin filmdə Paramore’un iki mahnısı[3], Mutemath’ın yeni bir mahnısı və Perri Farrellin xüsusi olaraq film üçün yazdığı mahnı da istifadə olunmuşdu.[9] Iron & Wine’ın "Flightless Bird, American Mouth" mahnısı filmdə Kristen Stüartın canlandırdığı Bella Svonun mövzusu seçilmişdi. Albom 2009-cu ildə Ən Yaxşı Film musiqisi nominasiyasında “American Music Award”a layiq görülmüşdür.
CD bukletinin içində Alatoran filminin dörd posterindən biri qatlanmış vəziyyətdə yerləşdirilmişdir.[10] Oktyabrın 24-də Hot Topic’in ABŞ-dəki məkanlarında eksklüziv Alatoran film musiqilərinin dinlənilməsi təşkil edilmişdir.[11] Paramore'un "Decode" mahnısının akustik versiyası daxil olmaqla albom Borders kitab dükanları tərəfindən alınmışdır.[12] Summit Entertainment Alatoran filmi üçün Fandango və ya MovieTickets.com-dan onlayn kinoteatr bileti alanlara iTunesda "Bella's Lullaby" musiqisi azad mix etmək imkanı yaratmışdır.[13]
№ | Başlıq | Musiqi | Səhnə | Müddət |
---|---|---|---|---|
1. | "Supermassive Black Hole" | Muse | Kallenlərin beyzbol səhnəsi | 3:31 |
2. | "Decode" | Paramore | Filmin son titrlərında üçüncü mahnı | 4:21 |
3. | "Full Moon" | The Black Ghosts | Bellanın Forksa kpçməsi; Açılış titrləri | 3:50 |
4. | "Leave Out All the Rest" | Linkin Park | Filmin son titrlərində ikinci mahnı | 3:19 |
5. | "Spotlight" (Twilight Mix) | Mutemath | Bella Edvard tərəfindən maşına dəvət edilir | 3:20 |
6. | "Go All the Way (Into the Twilight)" | Perri Farrell | Bella və Edvardın ilk gəzişi | 3:27 |
7. | "Tremble for My Beloved" | Collective Soul | Məktəbdə Bella Edvard tərəfindən maşından xilas edilir | 3:53 |
8. | "I Caught Myself" | Paramore | Bella, Cessika və Angelanın alış-veriş səhnəsi | 3:55 |
9. | "Eyes on Fire" | Blue Foundation | Bella parkinqdə Edvardı gözləyir | 5:01 |
10. | "Never Think" | Robert Pattinson | Bella və Edvardın restoranda söhbəti | 4:29 |
11. | "Flightless Bird, American Mouth" | Iron & Wine | Bella və Edvardın rəqsi | 4:02 |
12. | "Bella's Lullaby" | Karter Byurvel | Bella Edvardın yanında yatır | 2:20 |
Ümumi müddət: | 45:30 |
Albomun iTunes-dan alına bilən digital versiyasına albom bukleti, Alatoran şəkilləri ilə yanaşı üç bonus musiqi də daxildir.[10]
# | Musiqi/ifaçı | Səhnə | Müddət |
---|---|---|---|
11 | "Let Me Sign" - Robert Pattinson | Edvard zəhəri bellanın qolundan | 2:20 |
7 | "Libiamo ne' lieti calici" - Kral Filarmonik Orkestrı | Edvard Bellanı ilk dəfə Kallenlərin evinə gətirir. | 3:05 |
8 | "Clair de Lune" - The APM Orchestra | Edvard və Bella otaqda musiqi dinləyir. | 5:58 |
Albomun Deluxe CD/DVD versiyasına aşağıdakı əlavə beş mahnı da daxildir:
Nielsen Soundscana görə, ilk həftədə 165,000 nüsxə ilə satılmış albom, Billboard 200 hit paradında 1-ci yerdə debüt etmişdir.[4] Alatoran musiqi albomu, 2002-ci ildə satışa çıxarılmı Səkkizinci mil filminin musiqi albomundan sonra, filmin çıxarılmasının ardından birinciliyə yüksələn ilk albom idi.[19] 16 aprel 2009-cu ildə albom ABŞ-də ikiqat platinum sertifikat almışdır.[20] 2009-cu ilin martında "Deluxe Edition" versiyada yenidən satışa çıxarılan albom 74,000 nüsxədən artıq satılaraq Billboard 200 hit paradında 14-cü yerdən 3-cü yerə yüksəlmişdir.[21][22][23] 2009-cu ilin oktyabr ayına kimi bütün dünyada 3,5 milyon nüsxədən çox satılan albom 48 həftə Billboard 200 hitparadında qalmışdı.[24]
Bundan başqa 9 fevral 2009-cu ildə albom Yeni Zellandiyada birinci yerə yüksəlmiş, 15,000 nüsxədən artıq satıldığına görə platinum sertifikat almışdır.[25][26] Meksikada 50,000 nüsxədən artıq satılan albom qızıl sertifikat almışdır.[27][28]
Hit-parad (2008yer | Yüksəldiyi position |
---|---|
U.S. Billboard 200 | 1 |
Argentine Albums Chart[29] | 5 |
U.S. Billboard Top Rock Albums | 1 |
Canadian Albums Chart | 4 |
Mexican AMPROFON Albums Chart[30] | 5 |
Mexican Top 20 International Albums Chart[31] | 2 |
Australian ARIA Albums Chart[32] | 2 |
New Zealand RIANZ Albums Chart[32] | 1 |
French Top 200 Albums Chart[33] | 4 |
German Top 100 Albums Chart | 6 |
Greek Top 50 Albums Chart[34] | 1 |
Italian FIMI Compilations Chart[35] | 3 |
Swiss Top 100 Albums Chart[32] | 12 |
Austrian Top 75 Albums Chart[32] | 4 |
Finnish Top 40 Albums Chart[32] | 14 |
Spanish PROMUSICAE Albums Chart[32] | 28 |
UK Compilation Album Chart[36] | 9 |
Ölkə | sertifikat |
---|---|
Avstriya | Platinum[37] |
Almaniya | Platinum |
Meksia | Gold[38] |
Polşa | Gold[39] |
ABŞ | 2× Platinum[40] |
Hit parad (2009) | Mövqe |
---|---|
German Albums Chart[41] | 15 |
Swiss Albums Chart[42] | 35 |
US Billboard 200[43] | 4 |
Sələfləri Black Ice - AC/DC |
U.S. Billboard 200 - də nömrə bir albom 22 noyabr 2008 - 29 noyabr 2008 |
Xələfləri Fearless - Teylor Svift |
Sələfləri Working on a Dream - Bruce Springsteen |
Yeni Zellandiyada bir nömrəli albom 9 fevral 2009 - 16 fevral 2009 |
Xələfləri Now You're Gone – The Album - Basshunter |
Twilight: The Score | ||||
---|---|---|---|---|
| ||||
Yayımlanma tarixi | 9 dekabr 2008 | |||
Yazılma tarixi | Sentyabr, 2008, Air Lyndhurst Studios, London, İngiltərə. | |||
Janr | Orkestral | |||
Müddət | 46:65 | |||
Leybl | Atlantic Records | |||
Albom xronologiyası | ||||
|
İcmallar | |
---|---|
Tənqidçilərin qiyməti | |
Mənbə | Reytinq |
Allmusic | [44] |
Filmtracks | [45] |
Movie Music UK | [46] |
Karter Byurvel filmin musiqilərinin yazılması və orkestrasiyasını 9-10 həftə içində tamamlamış, sentyabrın sonlarında iki həftə ərzində onların mix versiyalarının hazırlanması və yazılması tamamlanmışdır.[47] Film musiqisi Edvard və Bellanın münasibətinə həsr edilmiş “Sevgi mövzusu” ilə başlayır, ardınca variasiyalar, o cümlədən filmdə Edvardın Bella üçün ifa etdiyi və alboma da bu versiyada daxil edilmiş "Bella's Lullaby" musiqisi gəlir.[47] Filmin musiqisi film başlayandan sona çatana kimi dayanmadan bir-birini əvəz edən parçalar çəklində səslənir və “hekayəni hərəkətə gətirən qüvvə rolunu oynayır.”[47] Byurvelin bəstələdiyi digər bir musiqi filmin başlanğıcında səslənən “Yırtıcı heyvan mövzu”dur ki, bu musiqi ilə bəstəkar Edvardın vampire təbiətini göstərməyə çalışmışdır.[47] Film musiqisinə bass-xətti, zərb və gitarla müşayət olunan köçəri vampirlər musiqisi və Kallenlər ailəsinin musiqisi daxildir.[47] "Twilight: The Score" albomu 25 noyabr 2008-ci ildə onlayn, 9 dekabr 2008-ci ildə isə dükanlarda satışa çıxarılmışdır.[5] 2010-cu ilin iyununa kimi bu albom ABŞ-də 218,000 nüsxədən çox satılmışdır.[48]
Hit-parad (2008) | Yüksəldiyi yer |
---|---|
U.S. Billboard 200 | 65 |
Australian ARIA Albums Chart | 52[49] |