The Weeknd

The Weeknd (əsl adı: Eybel Makkonen Tesfaye; 16 fevral 1990[2], Toronto, Ontario, Kanada[8]) Kanadalı müğənni, mahnı yazarı və prodüser. Müasir populyar musiqinin aparıcı siması kimi qəbul edilir, o, mahnılarında falsetto səsinin istifadəsi ilə diqqət çəkir.[10] O, dörd "Qremmi" mükafatı, iyirmi Billboard musiqi mükafatı, iyirmi iki "Juno mükafatı", altı "Amerika musiqi" mükafatı, iki "MTV Video" musiqi mükafatı və Latın "Qremmi" mükafatı laureatıdır, bundan əlavə o, "Oskar" və "Praymtaym Emmi" mükafatına namizəd olub.

The Weeknd
The Weeknd 2021-ci ildə
The Weeknd 2021-ci ildə
Ümumi məlumatlar
Doğum adı Abel Makkonen Tesfaye[7]
Ləqəbləri The Noise, Kin Kane[1]
Doğum tarixi 16 fevral 1990(1990-02-16)[2] (34 yaş)
Doğum yeri
Partnyorları
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, mahnı yazarı[d], musiqi prodüseri, aktyor, iş adamı, söz yazıçısı[d]
Fəaliyyət illəri 2009-cu ildən
Janrlar alternativ R&B[d][9], pop musiqisi[9], müasir R&B[d], hip-hop[d], yeni dalğa
Musiqi alətləri piano, klavişli alət[d], bas-gitara, gitara, zərb qurğusu[d]
Albom şirkətləri Republic Records, XO[d]
Təhsili
  • Birchmount Park Collegiate Institute[d],
  • West Hill Collegiate Institute[d]
İmzanın şəkli
theweeknd.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Torontoda doğulub böyüyən Tesfaye karyerasına 2009-cu ildə YouTube kanalına anonim şəkildə mahnılar yerləşdirərək başlayıb. Bundan iki il sonra XO səsyazma şirkətini təsis etdi, çox keçməmiş "House of Balloons", "Thursday" və "Echoes of Silence" adlı müasir pop və alternativ R&B janrı ilə diqqət çəkən miksteyplər yayımladı.[11] 2012-ci ildə Republic Records ilə müqavilə bağladıqdan sonra o "Trilogy" adlı kompilasiya albomu buraxdı. Onun debüt studiya albomu "Kiss Land" 2013-cü ildə işıq üzü gördü və Billboard albomlar hit-paradında ikinci pillədə qərarlaşdı. Onun "Bozun əlli çaları" filmi üçün yazdığı "Earned it" mahnısı "Qremmi" mükafatına layiq görüldü və "Oskar" mükafatına namizəd oldu.[12]

Tesfayenin 2015-ci ildə buraxdığı əsasən pop üslublu ikinci albomu "Beauty Behind the Madness" kommersiya uğuru və tənqidi bəyənmə ilə qarşılandı. Albom ABŞ-da bir nömrə oldu və "İlin albomu" mükafatına namizədlik qazandı, hit-paradlara başçılıq edən "Can't Feel My Face" və "The Hills" trekləri "Qremmi" mükafatına layiq görüldü.[13] Onun trap janrlı üçüncü albomu "Starboy" əvvəlki buraxılışları kimi dinləyicilərin rəğbətini qazandı, "Die For You" və albomun adını daşıyan mahnısı ona "Qremmi" qazandırdı.

Eybel Makkonen Tesfaye 16 fevral 1990-cı ildə Kanadanın Ontario şəhərində anadan olub.[14] O efiopiyalı miqrant ailənin yeganə övladıdır. Tesfayenin valideynləri o dünyaya gələndən qısa müddət sonra ayrılıblar.[15][16] O, anası və nənəsi tərəfindən Ontarionun Skarboro bölgəsində böyüdülüb.[14][17] 2015-ci ildə Rolling Stone jurnalına danışan Tesfaye atası haqqında bunları deyib: "Onu altı yaşımdan görməməyə başladım, onu 11 və ya 12 yaşımda yenidən görəndə yeni ailəsi və uşaqları var idi. Onun harada yaşadığını belə bilmirəm amma onun yaxşı insan olduğuna əminəm. O, əyyaş və ya pis adam deyildi, sadəcə bizimlə birlikdə deyildi".

Tesfaye xristian kimi böyüdülüb.[16][18] Onun ana dili amhar dilidir.[19] O, fransız məktəbində təhsil alıb və fransızca sərbəst şəkildə danışa bilir.[20]

Tesfaye 17 yaşında olarkən məktəbi buraxdı və iki dostu ilə birlikdə Torontonun Parkdale məhəlləsindəki mənzilə köçdü.[21] O, 1995-ci ildə çəkilmiş "Uşaqlar" filminə bənzər hedonist həyat tərzi yaşadığını bildirib.[14][22] O, bu dövrlərdə küçələrdə qalmış həmçinin bir neçə dəfə həbs edilmişdir.[23][24]

O, gənc yaşlarında ketamin, kokain, MDMA (ekstazi), sehrli göbələk və öskürək şərbəti daxil olmaqla müxtəlif qanunsuz və narkotik vasitələrin aludəçisi olub.[25] O, 2016-cı ildə narkotiklərin onun mahnı yazmağına köməklik göstərdiyini bildirib.[26] 2021-ci ilin avqustunda GQ jurnalına verdiyi müsahibədə "sober" olduğunu, əvvəlki kimi çox içmədiyini və marixunadan başqa digər maddələr istifadə etmədiyini deyib.[27]

Studiya albomları

  • Michael Jackson's Journey from Motown to Off the Wall (2016)
  • Uncut Gems (2019)
  • The Show (2021)
  • The Weeknd: Live at SoFi Stadium (2023)
  • The Idol (2023)
  1. Marsh, Calum. "Everything We Know About The Weeknd Before He Blew Up". Complex. February 16, 2021. March 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 22, 2023. He apparently also recorded music under the names The Noise and Kin Kane.
  2. 1 2 Bauer P. the Weeknd // Encyclopædia Britannica (ing.).
  3. 1 2 McDonald S. N. Kylie Jenner and Bella Hadid are 18. Their boyfriends are 25. Why do their relationships elicit such different reactions? (ing.). // The Washington Post / M. Murray Washington: Fred Ryan, 2015. ISSN 0190-8286; 2641-9599
  4. 1 2 Harrison L. Bella Hadid and The Weeknd Break Up (ing.). // E! Online 2016.
  5. 1 2 Dupre E. The Weeknd Celebrates Bella Hadid's Birthday by Sharing Never-Before-Seen PDA Photos (ing.). // E! Online 2018.
  6. 1 2 Bailey A. Why Bella Hadid And The Weeknd Reportedly Broke Up For The Second Time (ing.). // Elle / F. Santucci Hachette, Lagardère Group, 2019. ISSN 0935-462X; 0013-6298
  7. Sex, Drugs and R&B: Inside The Weeknd's Dark Twisted Fantasy (ing.). // Rolling Stone / J. Wenner NYC: Jann Wenner, 2015. ISSN 0035-791X
  8. 1 2 The Weeknd // AllMusic (ing.). 1991.
  9. 1 2 Kellman A. The Weeknd // (unspecified title).
  10. Eells, Josh. "Sex, Drugs and R&B: Inside The Weeknd's Dark Twisted Fantasy". Rolling Stone. October 21, 2015. June 15, 2018 tarixində arxivləşdirilib.
  11. "House of Balloons – The Weeknd". Metacritic. January 7, 2021 tarixində arxivləşdirilib.
  12. Cox, Jamieson. "Watch The Weeknd reenact the "Earned It" video on the Oscar stage". The Verge (ingilis). February 28, 2016. April 18, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 9, 2021.
  13. "59th Annual GRAMMY Awards". 59th Annual Grammy Awards. November 28, 2017. January 31, 2018 tarixində arxivləşdirilib.
  14. 1 2 3 Caramanica, Jon. "Can The Weeknd Turn Himself into the Biggest Pop Star in the World?". The New York Times Magazine. July 27, 2015. October 1, 2015 tarixində arxivləşdirilib.
  15. Mistry, Anupa. "Daily Disc: The Weeknd's 'Echoes Of Silence'". Toronto Standard. MeshSquared Ventures. December 23, 2011. November 29, 2019 tarixində arxivləşdirilib.
  16. 1 2 Eells, Josh. "Sex, Drugs and R&B: Inside The Weeknd's Dark Twisted Fantasy". Rolling Stone. October 21, 2015. June 15, 2018 tarixində arxivləşdirilib.
  17. Rivera, Joe. "Who is The Weeknd? Super Bowl 55 halftime show performer's songs, lyrics & more to know". Sporting News. February 7, 2021. February 8, 2021 tarixində arxivləşdirilib.
  18. Ehrlich, Brenna. "The Weeknd Reveals How He Got His Name... And Where The 'E' Went". MTV News. September 13, 2013. January 7, 2021 tarixində arxivləşdirilib.
  19. Lamb, Karas. "The Weeknd Reveals The Origin Of His Name + More". Okayplayer. September 16, 2013. January 7, 2021 tarixində arxivləşdirilib.
  20. Aswad, Jem. "The Weeknd Opens Up About His Past, Turning 30 and Getting Vulnerable on 'After Hours'". Variety (ingilis). April 8, 2020. April 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 22, 2022.
  21. Mistry, Anupa. "Why The Weeknd is truly Toronto's very own". The Globe and Mail. October 30, 2015. January 7, 2021 tarixində arxivləşdirilib.
  22. Wagstaff, Keith; Swanson, David. "10 Things You Should Know About the Weeknd". GQ. October 26, 2015. July 4, 2018 tarixində arxivləşdirilib.
  23. "The Weeknd Went From Being Homeless To Headlining The Super Bowl". www.ladbible.com (ingilis). February 8, 2021. May 28, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 23, 2022.
  24. Kennedy, John R. "The Weeknd Talks About Troubled Past, Friendship With Jim Carrey". www.iheartradio.ca (ingilis). March 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 23, 2022.
  25. Fisher, Luchina. "The Weeknd Opens Up About His 'Dark' Past". ABC News. December 5, 2016. January 7, 2021 tarixində arxivləşdirilib.
  26. "The Weeknd opens up about 'heavy' drug use". NME. December 3, 2016. January 7, 2021 tarixində arxivləşdirilib.
  27. "The Weeknd says he's 'sober lite' after giving up drugs, except for weed". www.yahoo.com (ingilis). August 2, 2021. August 2, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 3, 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]