Brawl Stars

Brawl Stars — Finland videooyun şirkəti Supercell[1] tərəfindən tərtib edilmiş çox oyunçulu,[2] döyüş arenası videooyunu.[3] Qlobal olaraq 12 dekabr 2018-ci ildə iOSAndroid platforması üçün buraxılmışdır.[4] Oyunda müxtəlif oyun rejimləri mövcuddur, burada oyunçular hər birinin özünəməxsus bacarıqları olan "brawler" adlanan personajları seçir, onları matçlarda idarə edərək bir-birlərini məğlub etməyə çalışırlar.[5]

Brawl Stars
Hazırlayan Supercell
Yayımlayan Supercell
Buraxılış tarixi

Beta: 14 iyun 2017

Qlobal: 12 dekabr 2018
Sonuncu versiya
  • 57.325
  • 57.325
Sonuncu beta-versiya
  • 57.325
  • 57.325
Janrlar MOBA, qəhrəman atıcı
Texniki məlumat
Platformalar Android, iOS, iPadOS
Oyun rejimləri Çoxoyunçulu oyun
İnterfeysin dili ingilis dili
Daşıyıcı rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d]
İdarəetmə sensor ekran
Rəsmi saytı

Oyunçunun məqsədi oyun kuboku yolunda (ing. Trophy Road) irəliləmək, digər oyunçularla döyüşlərdə iştirak etmək və unikal qabiliyyət eləcə də xüsusiyyətlərə malik yeni oynana bilən personajları açmaq və təkmilləşdirməkdir.[6]

Oyunun oynanışı müxtəlif oyun rejimlərində iki nəfərdən ibarət komandada və ya üç və ya beş nəfərlik kooperativdə digər oyunçulardan ibarət komandanı və ya süni intellektlə idarə olunan rəqibi təkbaşına məğlub etməyə yönəlib. Oyunçular hər biri öz bacarıqları və super gücləri olan personajları seçə bilərlər.[7][8] Həmçinin, personajların hər birinin öz ulduz gücləri və qacetləri var, onları oyunda bir stardrop açmaqla əldə etmək və ya mağazadan almaq mümkündür.[6][9]

2020-ci ilin may ayında oyunun yeniləmələrindən birinə Brawl Pass adlı yeni mükafat sistemi əlavə edildi. Oyunçular döyüşlərdə iştirak etdikcə, mükafat səviyyələrini açmaq üçün istifadə edilən oyundaxili valyuta olan tokenlər qazanırlar. Oyunçular qutular, kristallar, dərilər, döş nişanları (döyüşlər zamanı və ya komanda oyun otağında istifadə edilə bilən emoji), sikkələr, güc nöqtələri, spreylər (döyüş meydanında yerdə qala bilən xüsusi rəsmlər) və döyüşçülər ala bilər. İki növ Brawl Pass var: pulsuz və premium, kristallarla alına bilən.[10]

  1. Takahashi, Dean. "Supercell's off year: revenues of $1.56 billion and profits of $577 million". GamesBeat. VentureBeat. February 11, 2020. June 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 23, 2021.
  2. Minotti, Mike. "Supercell's Brawl Stars launches on iOS and Android". VentureBeat (ingilis). 2018-12-12. 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-17.
  3. "'Brawl Stars' review: 'Overwatch' lite, on smartphones". Young Post. 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-11.
  4. Sholtz, Matthew. "Supercell's Brawl Stars is globally launching in December, and you can pre-register right now". Android Police (ingilis). 2018-11-14. 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-29.
  5. "A Beginner's guide to your new favourite mobile esport". Red Bull (ingilis). 15 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2021.
  6. 1 2 "UPDATE: Tara's Bazaar". Brawl Stars (ingilis). 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-24.
  7. Torres, Ida. "Brawl Stars is an upcoming game from the makers of Clash Royale". Android Community (ingilis). 2017-06-17. 2019-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-29.
  8. Hayward, Andrew. "Brawl Stars is a worthy, if simple, Clash Royale successor". Polygon. 2018-12-19. 2019-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-29.
  9. "Brawl Stars Skins List (Summer of Monsters) - All Brawler Cosmetics". Pro Game Guides (ingilis). 2018-12-26. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-01.
  10. Ahmed, Wasif. "Here's everything you need to know about Brawl Stars' new Brawl Pass". Dot Esports. 13 May 2020. 5 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]