Alqirdas Brazauskas (22 sentyabr 1932[1][2][…], Rokişkis – 26 iyun 2010[3][1][…], Vilnüs) — Litva Respublikasının 5-ci Prezidenti (25 fevral 1993 — 25 fevral 1998) olub.
Alqirdas Brazauskas | |
---|---|
lit. Algirdas Mykolas Brazauskas | |
25 fevral 1993 – 25 fevral 1998 | |
Əvvəlki | Antanas Smetona |
Sonrakı | Valdas Adamkus |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | limfoma |
Dəfn yeri |
|
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, universitet müəllimi[d] |
Dini | Roma-Katolik kilsəsi |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | SSRİ Hərbi Dəniz Qüvvələri[d] |
Rütbəsi | İkinci Starşina |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Alqirdas Brazauskas 1932-ci il sentyabrın 22-də Rokişkisdə anadan olub. Gələcək prezidentin əmək fəaliyyəti tikinti sahəsində başlayıb. Sonradan o, Litva Kommunist Partiyasının nüfuzlu üzvlərindən biri olub və onun SSRİ Kommunist Partiyasından ayrılması təşəbbüsü ilə çıxış edib. Brazauskas əvvəlcə Litva Kommunist Partiyasının birinci katibi seçilib, sonra isə Litva Demokrat Əmək Partiyasının lideri olub.
SSRİ-nin dağılması və Litvanın müstəqillik əldə etməsindən sonra Brazauskas siyasi fəaliyyətini davam etdirib və 1992-ci ildə Seymin sədri seçilib. 1993-cü ildə isə ölkə prezidenti olub. Brazauskas 1998-ci il seçkilərində namizədliyini ikinci dəfə irəli sürməyib. 2001-ci ildə baş nazir postuna təsdiq olunub və 2006-cı ilə qədər bu vəzifədə qalıb.
O, uzun sürən xəstəlikdən sonra 26 iyun 2010-cu ildə 78 yaşında Vilnüsdəki evində keçinib.