Braziliya Qran-prisi (port. Grande Prêmio do Brasil) - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. San-Paulu şəhərində, Xose Karlos Pase avtodromunda keçirilir.
Braziliya Qran-prisi ilk dəfə 1972-ci ildə İnterlaqos trasında keçirilmişdir. İlk yarış qeyri-rəsmi idi və Formula 1 üzrə dünya çempionatının təqviminə daxil edilməmişdi. Yarış test xarakteri daşıyırdı. Beləki əgər təşkilatçılar FİA-nı razı sala bilsələr qran-pri keçirmə hüququ ala bilərdilər. Bu hal növbəti ildən etibarən dəyişdi. Braziliya qran-prisinin keçirilməsində braziliyalı pilot Emerson Fittipaldinin böyük rolu olmuşdur. Elə o 1973-cü il ilk rəsmi Braziliya Qran-prisinin qalibi olmuşdur.
Bütün Cənubi Amerika avtodromları kimi İnterlaqos trasıda böyük şəhərlərdə, əhalinin sıx olduğu yerlərdə salınırdı. Buna görə onların izləyici sayı çox böyük olurdu.
1978-ci ildə qran-prinin trası bir illiyə dəyişdirilərək Rio-de-Janeyro şəhərindəki Jakarepaqua trasına keçirildi. Bunun səbəbi San-Pauludakının təhlükəsizlik problemləri ilə bağlı idi. 1979-cu ildə qran-pri yenilənmiş İnterlaqos trasına qaytarıldı. Ancaq İnterlaqosda yolun düzlüyü ilə bağlı problemlər meydana gəlmişdi. Belə qərar alındı ki, qran-pri növbəli şəkildə hər iki trasda keçrilsin. 1980-ci ildə Jakarepaqua trasında çökmə yarandığından yarış İnterlaqosda keçirilməli idi. Ancaq son illərdə San-Paulu şəhərinin əhalisinin artması, avtodromun ətrafında gecəqonduların yaranması Formula 1 yarışlarının görünüşünə zərər vururdu. İnterlaqosda keçirilən qran-pri yenidən pilotların tənqidinə səbəb oldu. Beləki yolun kələ-kötürlüyü avtomobillərdə silkələnmə yaradırdı. Əsasəndə qanadlı bollidlər bu cür trasada çox böyük çətinliklərlə üzləşirdilər. 1981-1989-cu illər arasında qran-pri ardıcıl olaraq Rioda keçirildi. İnterlaqosa qayıdış 1990-cu ildə baş tutdu.
1987-ci ildə İnterlaqos avtodromunun adı 1977-ci ildə aviasiya qəzasında vəfat edən braziliyalı pilot Xose Karlos Pasenin şərəfinə dəyişdirildi.
1990 qran-priləri üçün San-Paulu trasında müəyyən dəyişikliklər edildi. Uzun üfüqi yollar ləğv edilərək onun əvəzinə oxşar ancaq daha qısa yol və S-formalı döngə daxil edildi.
1994-cü ildən etibarən adətən bu qran-prinin qalibi mövsümün sonu Formula 1-in çempionu olurdu. İstisna olaraq Felipe Massanın 2006 və 2008-ci illərdəki qalibiyyəti ona çempionluğu qazandırmadı.
Qalibiyyət sayı | Pilot | Qran-pri |
---|---|---|
6 | Alen Prost | 1982, 1984, 1985, 1987, 1988, 1990 |
4 | Mihael Şumaher | 1994, 1995, 2000, 2002 |
3 | Karlos Royteman | 1977, 1978, 1981 |
Sebastyan Fettel | 2010, 2013, 2017 | |
2 | Emerson Fittipaldi | 1973, 1974 |
Nelson Pike | 1983, 1984 | |
Naycell Mensel | 1989,1991 | |
Ayrton Senna | 1991, 1993 | |
Mika Hakkinen | 1998, 1999 | |
Xuan Pablo Montoya | 2004, 2005 | |
Felipe Massa | 2006, 2008 | |
Mark Uebber | 2009, 2011 | |
Niko Rosberq | 2014, 2015 | |
Lyuis Hemilton | 2016, 2018 | |
Maks Ferstappen | 2019, 2023 |