Macarıstan Qran-prisi (ing. Magyar Nagydíj) - Formula-1 avtomobil yarışları üzrə dünya çempionatının raundlarından biri. Yarış Budapeşt şəhəri yaxınlığındakı Hunqarorinq (Budapeşt halqası) avtodromunda keçirilir.
Macarıstan qran-prisi ilk dəfə 21 iyun 1936-cı ildə Budapeştdə Nepliqet parkındakı 5,0 kilometrlik halqada keçirilmişdir. Bu yarışda 4 komanda - Auto Union, Mercedes, Alfa Romeo, Maserati iştirak etmişdir. Yarış böyük marağa səbəb olsa da, davam etdirilə bilmir. Beləki bir neçə il sonra başlayan dünya müharibəsi və sonrakı illərdə Macarıstanda siyasi mühitinin gərginləşməsi qran-prinin dayandırılmasına səbəb oldu.
1986-cı ildə qran-pri bərpa edildi. Bunun üçün paytaxt yaxınlığında yeni Hunqarorinq trası tikilir. Bu dövrdən etibarən Macarıstan yarışları dünya çempionatının əsas mərhələlərindən birinə çevrilir.
Hunqarorinq 70 halqadan ibarətdir. Halqanın uzunluğu 4,381 metrdir.
Macarıstan qran-prisi sosialist ölkəsində keçirilən ilk Formula-1 yarışıdır. Bundan başqa SSRİ televiziyasında göstərilən ilk yarışdır.
Hunqarorinq trası dar olması ilə seçilir. Buna görə burda dönmə maneverlərinin edilməsi çox çətindir. Bu mürəkkəbliyinə görə qran-pri bir çox komanda tərəfindən tənqid edilir. Yarışda uğurlu olmağın resepti seçmə mərhələnin və pit-stopların uğurlu keçirilməsidir.
Lyuis Hemilton Mcarıstan qran-prisinin ən çox qalibi olan pilotdur. O bu yarışların 6 qat qalibidir. McLaren komandası 12 qələbə ilə ən çox qalibiyyət almış komandadır.
Pilotlar
Qələbə sayı | Pilot | İl |
---|---|---|
8 | Lyuis Hemilton | 2007,2009,2012,2013,2016,2018,2019,2020 |
4 | Mihael Şumaxer | 1994,1998,2001,2004 |
3 | Ayirton Senna | 1988,1991,1992 |
2 | Nelson Pike | 1986,1987 |
Deymon Hill | 1993,1995 | |
Jak Vilnyov | 1996,1997 | |
Mika Hakkinen | 1999,2000 | |
Ceyson Batton | 2006,2011 | |
Sebastyan Fettel | 2015,2017 | |
1 | Naycel Mensell | 1989 |
Tyerri Butsen | 1990 | |
Rubens Barrikello | 2002 | |
Fernando Alonso | 2003 | |
Kimi Raykkönen | 2005 | |
Heykki Kovalaynen | 2008 | |
Mark Uebber | 2010 | |
Daniel Rikkardo | 2014 |
Komandalar