Fransa Qran-prisi

Pol-Rikar trası

Fransa Qran-prisi - Formula 1 avtomobil yarışları dünya çempionatının mərhələlərindən biri.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Fransa Qran-prisi ən qədim avtomobil yarışlarındandır. Hələ XIX əsrin 90-cı illərindən etibarən keçirilməyə başlamışdır. Ancaq Fransa Qran-prisi adı ilə ilk yarış 1906-cı ildə Le-Man şəhəri yaxınlığında keçirilir.

1950-ci ildən etibarən Fransa Qran-prisi dünya çempionatının təqviminə daxil edilir. Yarışların keçirilməsi səlahiyəti Fransa Avtomobil Klubuna (F.A.K.) verilir. Bu klub buna qədərdə avtomobil yarışları keçirirdi. 1911-ci ildə Sarta avtomobil klubu F.A.K.-nın razılığı ilə Fransa Qran-prisi adı ilə yarış keçirir və bu yarış F.A.K. Qran-prisi ilə paralel təşkil edilməyə başlayır. 1950-1968-ci illər arasında Formula 1 üzrə dünya çempionatına daxil olan Fransadakı yarışlar "A.F.C Grand Prix" adlanırdı. Və yalnız yarışların keçirilmə hüququnun Fransa Avtomobil İdmanı Federasiyasına (FAİF) verildikdən sonra qran-pri hal-hazırkı adını aldı.

1955-ci il istisna olmaqlar 2008-ci ilədək Fransa Qran-prisi fasiləsiz keçirilirdi. Ancaq 2008-ci ildə yarış təqvimdən çıxarıldı. 10 illik fasilədən sonra Formula 1 üzrə dünya çempionatının etaplarından biri yenidən Franada təşkil olunmağa başladı.

Fransa qran-prisinin keçirildiyi tras bir neçə dəfə dəyişdirilib. 1950-1960-cı illərdə Reyms-Qu, 1952-1968 illəri aralığında Ruan, 1965-1972-ci illərdə Klermon-Ferran, 1967-ci ildə Le-Man, 1974-1984-cü illĕr aralığında Dijon, 1991-2008-ci illərdə Mani-Kur traslarından istifadə edilmişdir. Hal-hazırda istismar olunan Pol-Rikar trasında yarışlar 1971-ci ildən aparılır.

Yarış 53 halqadan ibarətdir. Halqanın uzunluğu 5842 metrdir.

Pilotlar

Qaliblər Pilotlar İl
8 Almaniya Mihael Şumaxer 1994, 1995, 1997, 1998, 2001, 2002, 2004, 2006
6 Fransa Alen Prost 1981, 1983, 1988, 1989, 1990, 1993
4 Argentina Xuan-Manuel-Fanxio 1950, 1951, 1954, 1957
Böyük Britaniya Naycel Mensell 1986, 1987, 1991, 1992
3 Avstraliya Cek Brebem 1960, 1966, 1967
Böyük Britaniya Ceki Stüart 1969, 1971,1972
2 Böyük Britaniya Mayk Hotorn 1953, 1958
ABŞ Den Henri 1962, 1964
Böyük Britaniya Cim Klark 1963, 1965
İsveç Ronni Peterson 1973,1974
ABŞ Mario Andretti 1977, 1978
Avstriya Niki Lauda 1975, 1984


Komandalar

Qələbə sayı Komanda İl
17 İtaliya Ferrari 1952, 1953, 1956, 1958, 1959,1961, 1968, 1975, 1990, 1997, 1998, 2001, 2002, 2004, 2006, 2007, 2008
8 Böyük Britaniya Williams 1980, 1986, 1987, 1991, 1992, 1993, 1996, 2003
7 Böyük Britaniya Lotus 1963,1965,1970, 1973, 1974, 1977, 1978
6 Fransa Renault 1906, 1979, 1980, 1981, 1982, 1983, 2005
Almaniya Mercedes 1908, 1914, 1935, 1938, 1954, 2018
İtaliya Alfa Romeo 1924, 1932, 1934, 1948, 1950, 1951
Fransa Bugatti 1926, 1928, 1929, 1930, 1931, 1936
5 Almaniya McLaren 1976, 1984, 1988, 1989, 2000
4 Böyük Britaniya Brabham 1964, 1966, 1967, 1985
2 İtaliya Fiat 1907, 1922
Fransa Peugeot 1912, 1913
Fransa Delage 1925, 1927
İtaliya Maserati 1933, 1957
Fransa Talbot-Lago 1947, 1949
Böyük Britaniya Tyrrell 1971, 1972
Böyük Britaniya Benetton 1994, 1995

"Formula-1" Qran-pri siyahısı