Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. (may 2024) |
Braziliya və ya Braziliya Federativ Respublikası (port. República Federativa do Brasil) — Cənubi Amerikanın ən böyük ölkəsidir. Coğrafi ərazisi və əhalisinin sayına görə, Braziliya dünyada 5-ci yerdə gedir. Əhalisinin sayına görə, Braziliya dünya demokratiyaları arasında 4-cü yeri tutur. Atlantik okeani ilə əhatə olunmuş ölkənin şərq sahilinin uzunluğu 7,367 kilometrdir. Şimalda Venesuela, Surinam, Qayana və Fransız Qvianası ilə sərhədi olan Braziliya, cənubda Uruqvay, cənub-qərbdə Argentina və Paraqvay, qərbdə Boliviya və Peru, şimal-qərbdə isə Kolumbiya ilə qonşuluq edir. Braziliyanın ərazi sularında bir çox adalar vardır: Penedos de São Pedro e São Paulo, Fernando de Noronha, Trindade e Martim Vaz və Atol das Rocas.
Braziliya | |||||
---|---|---|---|---|---|
port. República Federativa do Brasil fr. République fédérative du Brésil[1] ing. Federative Republic of Brazil[2] slovak. Brazílska federatívna republika[3] | |||||
| |||||
Rəsmi dilləri | |||||
Paytaxt | Braziliya | ||||
İdarəetmə forması | federal respublika[d], Nümayəndəli demokratiya, prezidentli rejim | ||||
• Əhali |
|
||||
Valyuta | Braziliya realı | ||||
İnternet domeni | .br | ||||
ISO kodu | BR | ||||
BOK kodu | BRA | ||||
Telefon kodu | +55 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Braziliya ekvator və Oğlaq tropiki tərəfindən iki yerə bölünür. Ölkə müxtəlif flora və fauna ilə zəngindir. Braziliyanın əhalisi əsasən sahilboyu yerləşən iri şəhərlərdə cəmləşib. Əhalisinin sayına görə dünyanın iri ölkələrindən biri olmasına baxmayaraq, Braziliya əhalisinin sıxliği aşağıdır. Ölkənin mərkəzi hissəsinin əhali sıxlığı xüsusilə aşağıdır.
Portuqaliyalı dənizçi Pedr Alvareş Qabral tərəfindən "Yeni Dünya"ya birləşdirilən ərazilər onun tərəfindən Həqiqi Xaç Torpağı adlandırıldı (port. Terra da Vera Cruz), daha sonra bu ərazilər Müqəddəs Xaç torpağı adlandırıldı (port. Terra da Santa Cruz), lakin daha sonra ərazinin adı dəyişilərək Terra do Brasil (Braziliya) adlandırıldı. Bu ad, ehtimalların birinə əsasən, ərazinin sahilində tapılan ağac növü ilə bağlıdı. Bu ağaclar daha sonra Avropaya idxal edilməyə başlanıldı. Portuqaliyalılar bu ağacı pau-brazil (port.pau-brasil-brazil ağacı) adlandırdılar. Onlar ərəb tacirlərinin istifadə etdiyi, brazil adlandırdıqları (brazil portuqalca: brasil-hərarət deməkdir)- qırmızı, dəyərli ağacın yerini tapdıqlarını düşünürdülər. Bu ağac növü Avropaya artıq XII əsrdən ixrac olunub, mebel və musiqi alətlerinin düzəldilməsində istifadə olunub. (Əslində ərəblər bu ağaca çox oxşayan, lakin fərqli, Asiyanın cənub-şərq hissəsində bitən ağaclardan istifadə edirdilər) Digər ehtimala əsasən ölkənin adı Brazil adasının adından əmələ gəlib (İrland mifologiyasına əsasən, Brazil Atlantik okeanda yerləşən adanın adıdır).
21 aprel 1500-cü ildə portuqaliyalı gəmiçi Pedro Alveras Cabrol ilk dəfə Cənubi Amerikaya ayaq basdı və ölkəni Portuqaliya kralı adına zəbt etdiyini elan etdi. 1530-cu illərdə Martın Alfonso da Sousa liderliyindəki bir kəşf gəzintisi əsnasında, strateji nöqtələr olan yerlərə, Rio-de-Janeyro, bir il sonra da bugünkü Santos şəhərinin əsası olan Sao Vicente şəhərlərini qurdular. Piratiningo şəhəri də, 1532-ci ildə Sao Vicente yaxınlığında yüksək bir ərazidə quruldu. Portuqaliyaların İspaniya hakimiyyətinə girdiyi 1580-ci ildən 1640-cı ilədək Braziliya İspaniya müstəmləkəsi oldu. 1640-cı iildə Portuqaliyalılar Braziliyanı təkrar ələ keçirdilər. Dövlət mərkəzi 1763-cü ildə Salvadordan Rio-de-Janeyroya köçdü.
1698-ci ildə San Pauloda bol miqdarda qızıl tapıldı. Daha sonra iç seqmentlərə Amazon hövzəsinə edilən kəşf gəzintiləri nəticəsində başqa mədənlər də tapıldı. Bölgədə müxtəlif feodal qruplar ortaya çıxsa da, çox yaşamayıb yenidən birlik təmin edildi.
1572-ci ildə Braziliyanı rəhbərlik baxımından Salvador və Rio-de-Janeyrodan ibarət olmaq üzrə ikiyə ayıran sistem, XVII əsrin ilk rübünə qədər davam etdi. XVII və XVIII əsrlərdə ispanlar, ingilislər, fransızlar və almanlar zaman-zaman bu bölgəni ələ keçirmək istədilərsə də, müvəffəq ola bilmədilər. 1807-ci ildə Portuqaliyanın Napoleon Bonapart tərəfindən işğal edilməsi ilə kral ailəsi və dövlətin bəzi liderləri Braziliyaya qaçdılar və 1808-ci ildə hökumət mərkəzini Rio de Janeyroda qurdular. O zaman Braziliyanın əhalisi 2.5 milyon nəfər idi, onlardan 400 min nəfəri ağ irqə, 1.3 milyon nəfəri zənci irqinə mənsub idi və 800 min nəfərini yerli xalqlar təşkil edirdi. Zəncilər böyük şəkərqamışı fermalarında və mədənlərdə işlədilmək üzrə 1538-ci ildə Afrikadan kölə olaraq gətirilmişlər. 1819-cu ildə Napoleonun Avropa dövlətlərinə məğlub olması nəticəsində Portuqaliya kralı, qardaşı oğlu Don Pedronu, Braziliya Ümumi Qubernatoru təyin edərək Portuqaliyaya geri döndü.
1822-ci ildə Portuqaliya parlamenti ilk koloniya statusuna geri dönmək istəyəndə, Braziliyalılar, Don Pedro Jose Boni Faciə de Andrada Silvanın liderliyində müstəqillik hərəkətlərini başlatdılar və 7 sentyabr 1822-ci ildə müstəqilliklərini elan edib, 1824-cü ildə liberal bir konstitusiya qəbul etdilər.Braziliya İstiqlal müharibəsində mübarizə nəticənində Braziliya qalıb gəlir. Nizamsız döyüşlərdən sonra Portuqaliyalılar Braziliyanın müstəqilliyini qəbul etmək məcburiyyətində qaldılar. Braziliya 1889-cu ilə qədər krallıqla idarə edildi.
Latın Amerikasında ən uzun müddət krallıqla idarə edilən tək ölkə Braziliya idi. 1831-ci ildə Don Pedro, oğlu İkinci Don Pedroya taxtı tərk etməyi tələb etdi. 1835–1845-ci illərdə ölkənin olan respublika tərəfdarları ilə Farrapus müharibəsi baş verir. İkinci Don Pedro zamanında müasir Braziliyanın təməlləri atıldı. 1888-ci ildə 800 min kəndliyə azadlıq verildi. 1889-cu ildə qansız bir zərbə ilə krallıq idarəsi yıxılaraq respublika idarəsi quruldu. 1896–1897-ci illərdə Kanudus müharibəsi baş verir ki, hədəf imperiyanın bərpası idi. 1912–1916 illərdə ölkədə növbəti vətəndaş müharibəsi (Kontestado müharibəsi).1914-cü ildə siyasi birliyi təmin edən Braziliya, bütün dünya ölkələri tərəfindən tanındı.
1939–1941-ci illərdə Braziliya öz bitərəfliyini elan etdi, lakin sonralar antifaşist koalisiyaya daxil oldu. 1945-ci il 18 apreldə Braziliyada siyasi məhbuslar üçün amnistiya elan edildi. 1945-ci ilin mayında seçki haqqında qanun qəbul edildi. Elə həmin il 28 mayda siyasi partiyaların fəaliyyətinə icazə verildi. 1947-ci ilin sentyabrında ABŞ-la "Qərb yarımkürəsinin birgə müdafiəsi haqqında" pakt imzalandı. 1952-ci ildə ABŞ-la hərbi yardım haqqında sazış imzalandı. 1960-cı il 21 apreldə paytaxt Rio-de-Janeyrodan Braziliyaya köçürüldü. 1967-ci ildə ölkədə yeni Konstitusiya qəbul olundu, ölkədə avtoritar rejim gücləndi. Argentina ilə 1980-ci ildə atom enerjisindən istifadə haqqında sazış imzalandı. Belə bir sazış İraqla da bağlandı. 1981-ci ildə Nikaraqua, 1982-ci ildə Ekvadorla saziş bağlandı. 1983-cü ildə Braziliya və ABŞ kosmosda raketlərdən istifadə haqqında saziş bağladılar. Braziliya Latın Amerikası ölkələri içərisində kosmosa ilk süni peyk göndərən ölkə oldu.
Braziliyanın şimal və cənub nöqtəsi arasındakı nöqtəylə şərq və qərb nöqtələri arasındakı məsafə az qala bir-birinə bərabərdir (4225 km). Ümumiyyətlə səth şəkilləri iki geniş kateqoriyada araşdırılır.
1. Şimalda Amazon Çayı hövzəsinin, qərbdə Puluna və Paragvay çayı sisteminin geniş düz düzənlikləri. 2. Şərqdəki Braziliya yüksək yaylaları və şimalındakı Cuiana yaylalarıdır. İki geniş çay sistemi, iki yüksək dağlıq bölgə arasında sərhədsiz bir hal alır. Az qala bütün Braziliyanın yarısından çoxu dəniz səviyyəsindən 200 metrdən az yüksək yerlər olmasına baxmayaraq, əhalisinin hakim qismi daha çox yüksək yerlərdə yaşayır. Ölkənin az qala 4%-i dəniz səviyyəsindən 900 m yüksəkliyindən çoxdur. Braziliyanın ən yüksək dağı Pico da Bandeira olub, 2890 m-dir.
Böyük Amazon çayı dünyanın ən geniş və çox sulu çayıdır. Peruda And Dağlarının şərqindən çıxır və Braziliya düzənlikləri içində axır. Atlantik Okeanından Peru içərilərinə qədər çay nəqliyyatına əlverişlidir. Dənizə töküldüyü yerdə müxtəlif kanallar və bir çox adalar meydana gətirir. Ən böyük ada Marajo adası olub, 26 km² — dir. Amazonun əhəmiyyətli qolları, Tocantins, Araguaia, Şingu və Topajostur. Digər əhəmiyyətli çayı, Puluna çayıdır.
Braziliyada iki əhəmiyyətli göl vardır. Bunlar Lagoa dos patos və Lagoadır.
Ümumiyyətlə Braziliyanın iqlimi hər tərəfdə eyni olduğu zənn edilsə də, ölkədə müxtəlif iqlim fərqlilikləri görülür. Braziliyada görülən ən yüksək istilik şimal-şərq alçaq bölgələrində qeyd edilmişdir. Burada absorbe edilən yüksək miqdardakı günəş şüaları, istiliyi 38 °C'yə qədər yüksəldir. Şimalda Amazon Hövzəsində əldə edilən nəticələrə görə ilin çoxu nəmli və isti keçməkdədir. İllik yağmur ortalaması 2000 mm-dir.
Şimal-şərq sahilləri tropik nəmli bir iqlimə sahib olub, qışla birlikdə gələn yağışlı mövsüm (maydan oktyabra qədər) şimal sahillərinə soyuq hava gətirir. Şimal-şərqdəki nəmli bölgələrin iç seqmentləri səhradır. Braziliyanın şimal-şərqində Sertao deyilən davamlı quraq bölgələrdə kaktus və digər bitkilər olur. Amazon bölgəsi xaric yaz mövsümü yağışlı mövsümdür. İlin geri qalan zamanında hava normal keçir. Ümumiyyətlə sahildən içəri getdikcə yağıntı artır. Ancaq nəmli yağış gətirən sərt küləklər, iç qisimlərə getdikcə dağ maneələriylə qarşılaşır. Sao Paulonun tam cənubunda İtapanhau bölgəsində Sərərə do Mar baryeri (seti) sahədə 4500 mm yağış düşməsinə səbəb olur.
İqlim şərtlərini nəzarət edən ən əhəmiyyətli faktor, yüksəklikdir. Çünki ortalama 300 m yüksəklik üçün təxminən 1,8 °C istilik düşür. Bu səbəblə 20°Cənub paralelində iştirak edən və 850 m yüksəklikdəki Belu-Orizonti şəhərində illik istilik ortalaması 20 °C'dir. Cənub Braziliyadakı 900 metr yüksəklikdəki platolarda çox vaxt qar yağmaqdadır.
Bitkilər ümumiyyətlə iqlim və torpaq vəziyyətinə möhkəm bağlıdır. Braziliya bitkiləri üç qrupda araşdırılır.
Meşələr: Az qala Braziliyanın yarısı meşələrlə örtülüdür. Meşələr dörd ana qrupda toplanır: Selva, mata, araucaris, caatinya. Amazon Hövzəsində iştirak edən ekvatorial dayaz yağmur meşələrindəki ağaclara "selva" deyilir. Dünyanın ən böyük tropik yağışlı meşələridir. Əkinçilik terminləri arasında çox mənalı bir termin də Şərqi Braziliyanın tropik, yarpaqlarının yarısını tökən "mata" təbiridir. Bu meşələr Braziliyada yaxşı torpağın, humusun və geniş fermalara uyğun yerlərin bir simvoludur. Bu ağaclar kəsilərək əkinçilik üçün orqanik baxımdan zəngin torpaqlar əldə edilir.
Braziliyanın cənub yüksək dağlarındakı meşələrdə olan "araucaria" ağacı, Braziliyada inşaat taxta-şalbanı olaraq çox istifadə edilir. Xüsusilə sürətlə inkişaf edən şəhərlərdə tökülən betonlara şəkil vermək üçün, quruluş vəsaiti olaraq istifadə edilməkdədir. Ancaq çox istismar edildiyi üçün tükənmə təhlükəsiylə qarşı-qarşıyadır. Caatinga deyilən meşə, ölkənin şimal-şərq bölgəsindədir. Burada Lokustlar və səhra/çöl bitkiləri olur.
Savannalar: Ümumiyyətlə otluqlar baxımından Braziliyanın mərkəz qisiminin böyük bir hissəsini örtür. Braziliyanın yeni paytaxtı Brasilia bu sovan bölgəsində qurulmuşdur. Şimali Amerikadakı çayırlar qədər bir münbit ərazi deyil.
Otlaqlar: Campos deyilən otlaqların başlıcaları Braziliyanın cənubunda və bəzi yaxşı sulanan mərkəz platolarda iştirak edir. Amazon bölgəsində də otlaq ərazilər tapılır
Braziliyada heyvanlar, balıqlar, quşlar və böcəklər istiqamətiylə çox fərqliliklər göstərir. Asiya, Afrika hətta Şimal Amerika ilə müqayisə edilsə Braziliyada bəzi böyük məməlilər yoxdur. Şimaldakı meşələr heyvanlar baxımından, meymun və quşlar baxımından zəngindir. Balıq kimi bəzi heyvanlardan ticari olaraq istifadə edilir. Böcəklər əkinçilik üçün ciddi təhlükə ifadə etməkdədir. 200 növdən çox zəhərli ilan mövcuddur. Ancaq ilanlar nadir olaraq məskunlaşma yerlərində görünür. Bir çox vəhşi heyvanlar ovlanmaq səbəbiylə nəsli kəsilmişdir
Əhali: Braziliya, ictimai ehtiyatı baxımından çox böyük fərqliliklər ifadə edir. Cənub seqmentləri, daha çox şəhərləşmiş, daha çox sənayeləşmiş, siyasi və ictimai ağırlığa malikdir.
Şimal və şimal-şərq bölgələri isə, çöl bölgələr olub, daha çox aristokratlaşmıştır. Bu səbəbdən ötəri tarixçilər Braziliyadan bəhs edərlərkən, şimal və şimal-şərqdəki ənənəvi əkinçiliklə məşğul olan aristokrat siniflə, cənub bölgədəki sənayeləşmiş demokrat ictimai sinfi bir-birindən ayırırlar.
Braziliyada əhali artımı çox yüksəkdir. İyirminci əsrin sonlarında dünyanın ən sıx ölkələrindən biri olacağı təxmin edilir: Braziliya əhalisi 4 etnik qrupda birləşir: Yerli Qırmızıdərililər, Kolonizator Portuqaliyalılar, Afrika zənciləri və 1850-ci ildən bəri Avropa və digər məmləkətlərdən gələn immiqrantlardır. Siyahıyaalma qeydlərinə görə əhalinin 62%i ağlar, 11%i zəncilər, 27%i qəhvəyi dərililərdən meydana gəlir.
Ancaq fərqli irqlər arasında evlənmələr səbəbiylə metis xalq artmaqdadır. Braziliyaya xaricdən gələnlər olduqca çoxdur. Hələ də Braziliyada 300.000 insan, Portuqaliya vətəndaşı olaraq yaşayır.1875 ilə 1960-cı illər arasında Braziliyaya 5 milyon Avropalı köç etmişdir.
Ailədə ata hakimdir. Ancaq son zamanlarda bu hakimiyyət zəifləmişdir.
Braziliyalılar yaz və havanın normal olduğu qış günlərində küçəyə tökülürlər. Evlərini açıq, ancaq kölgəli yerlərə inşa edirlər. Musiqi və samba xalqın çox çox rəğbət etdiyi oyunlardır. İdmanın hər növü inkişaf edir. Xüsusilə futbolda dünyada söz sahibidir. 1958, 1962, 1970, 1994, 2002-ci illərdə Dünya Kubokunu qazanmışdır.
Əhalinin bir qismi sahildəki məskunlaşma mərkəzlərində toplanmışdır. Ən əhəmiyyətlilərindən Rio-de-Janeyro ölkənin köhnə paytaxtıdır. 1960-cı ildə qurulan paytaxt Brazilia və San-Paulu, Kuritiba, Belu-Orizonti, Portu-Aleqri, Resifi, Fortaleza, Salvador və Manaus digər əhəmiyyətli şəhərlərdəndir.
Braziliya 22 əyalətdən meydana gələn federal bir respublikadır. Başçılıq sistemi ilə idarə olunur. Parlament, Senat və Millət Məclisindən meydana gəlir. Hər əyalətdən 3 senator 8 illiyinə, millət vəkilləri 4 illiyinə seçilirlər. Əyalətlərdə ayrıca xalq tərəfindən seçilən bir qubernator və müstəqil mühakimə orqanları olur. Oxucu-yazar 18 yaşını doldurmuş hər Braziliyalının səs istifadə etməsi məcburidir. 67 yaşından böyük olanlar üçün səs vermək məcburi deyil. Vergilər əyalətlər tərəfindən toplanır.
Braziliya iqtisadiyyatı İkinci dünya müharibəsindən sonra qısa bir durğunluq göstərməsinə baxmayaraq, sonradan böyük bir inkişaf göstərmişdir. Ancaq inflyasiya faizi baxımından dünyada ən irəli ölkələr arasında olub, minli rəqəmlərə çatmışdır. 1967 və 1986-cı illərdəiki dəfə pul vahidi dəyişdirilmişdir.
Əkinçilik: Braziliya, sənayesinin inkişafına baxmayaraq, ümumiyyətlə əkinçilik ölkəsidir. Ərazinin yarıdan çoxu qida məhsulları olmasına baxmayaraq yenə də qida ehtiyacının bir qisimini xaricdən idxal etməkdədir.
Braziliya dünyanın ən böyük qəhvə istehsalçısı və ixracatçısıdır. Ancaq bu qəhvə Amerika qitəsindəki ölkələrin ehtiyacını ancaq qarşılayır. Pambıq istehsalı da inkişaf etmişdir, qəhvə ilə birlikdə kurs qaynağını təşkil etməkdədir. Şəkərqamışı və kakaonun da az bir qisimini ixrac etməsinə baxmayaraq, böyük bir qisimini daxili istehlak üçün istifadə edir.
Qiymətli taxta-şalbanlıq ağaclar, düyü, təzə paxla, pambıq, qəhvə, şəkərqamışı, kakao və qarğıdalı başlıca məhsullarıdır. Ölkənin bəzi yerlərində az miqdarda portağal, banan, yerfıstığı, tütün, lif və bəzi tərəvəzlər yetişdirilir.
Braziliya maldarlıqda dünyanın qabaqda gələn ölkələrindəndir. Fermalarda bol miqdarda ət üçün mal yetişdirilir.
Braziliyada əkinçilik iki qrupa ayrılır
1. Rio da Janerionun şimal qisimlərində ibtidai üsullarla edilən əkinçilik
2. Ölkənin cənubunda daha çox müasir alətlərlə edilən əkinçilik
Braziliyada meşələrdəki araucaria ağacları taxta-şalbançılıqda geniş şəkildə istifadə edilir. Amazon meşələrindəki meşələr, yeni yeni istehsala girir. Bal mumu, qabıqlı bitkilər, zamk ağacı, satışa çıxarıla bilər meşə məhsullarıdır. Ancaq bu bitkilərin heç biri hələ satışa çıxarma mühitinə girməmişdir. Meşə məhsulları eyni zamanda tibb sahəsində də istifadə edilir. İpəyə siropu, kokain, tiryək vs. narkotiklər bu tip meşə məhsullarından əldə edilir. Balıqçılıq gün keçdikcə artır və ölkə iqtisadiyyatına böyük rol oynayır
Sənaye: Son illərdə Braziliya məmul sənaye məhsulları ixracatı, əkinçilik məhsullarından daha çox olmuşdur. Sənayedə elektrik və enerji ehtiyacını önləmək üçün dünyanın ən böyük hidro-elektrik stansiyasını qurmuşdur. 1976-cı ildə başlanılan bu İtaipu Anbarı 1980-ci ildə tamamlanmışdır, 100 milyard kilowatt/saatdan çox elektrik enerjisi istehsal edə bilir. 1977-ci ildə Almanlarla texniki əməkdaşlıq edilərək nüvə stansiyalar işlədilməyə başlanmışdır. Dəmir-polad, toxuma, kağız, şüşə, təkər, plastik vs. emalında fabriklər qurularaq, öz-özünə çatacaq hala gətirilmişdir. İllik polad istehsalı 20 milyon tona çatmışdır.
Mədənlər: Braziliya zəngin mədən yataqlarına malikdir. On səkkizinci əsrdən etibarən zəngin qızıl, almaz mədənləri tapılmışdır. Braziliya eyni zamanda dünyanın ən bol dəmir ehtiyatlarına malikdir. Amapo bölgəsində bol miqdarda manqan çıxarılır. Salvador yaxınlarında neft tapılmışdır. Braziliyada çox az kömür yataqları var.. Xaricdən idxal yolu ilə ehtiyacını ödəyir
Nəqliyyat: Braziliyanın nəqliyyat çətinliyi əhəmiyyətli məsələlərdəndir. Coğrafi quruluşundan ötrü müasir quru yollarının qurulması gecikmişdir. Yeni yeni nəqliyyat inkişaf edir və müasir hava limanları qurulur. Amazon çayı və qolları üzərində gəmiçilik və nəqliyyat yüksək səviyyədədir.
2000-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən Braziliyanın əhalisi 169.872.856 nəfər olmuşdur. 2009-cu ildə isə Braziliyanın əhalisi 192,272,890 nəfər olmuşdur. Ölkə həm əhalisinin sayına görə, həm də ərazisinin böyüklüyünə görə dünyada 5-ci yerdə dayanır. Əhalisinin böyük hissəsi şəhərlərdə yaşayır. Urbanizasiya səviyyəsi 83,75 % təşkil edir. Əhalisinin böyük hissəsi ağdərili və qarışıq irqə məxsus insanlardan ibarətdir.
Braziliyanın rəsmi dili Portuqal dilidir.
Xalqın 90%i Roma Katolik Kilsəsinə mənsubdur. % 5 ətrafında Protestantdır. Braziliyada digər bir dini qrup, Ruhçular (Spiritualistlər)dır. Bunların 2 mindən çox yığıncaq yerləri vardır.
Oxuma-yazma bilməyənlərin nisbəti bəzi çöl bölgələrdə çox yüksəkdir. Sao Paulo, Rio Grande do Sul, Minas Geraısda isə aşağıdır. Konstitusiyada təhsil üçün dövlət gəlirlərinin % 10i ayrılmışdır. İbtidai təhsil məcburdur. Üç növ ibtidai məktəb vardır. Məşhur olanı dövlət ibtidai məktəbi olub, əyalət idarəçiləri tərəfindən idarə edilir. İkincisi bələdiyyə məktəbləri, üçüncüsü də xüsusi ibtidai məktəblərdir. İbtidai məktəb 4 ildir və 7 və ya 8 yaşında şagird qəbul edilir. Orta məktəblər Şimal Amerikadakı orta məktəblərə bənzədilir. Braziliyada ilk universitet 1920-ci ildə qurulmuşdur. Bununla birlikdə XX əsrdə də diqqətə dəyər inkişaflar olub yeni universitetlər də quruldu. Bəzi universitetlər kilsənin idarəsi altındadır. Ən böyük universiteti Braziliya Universiteti olub, Rio da Janeriodadır.