Braziliyada turizm

Braziliyada turizmBraziliya ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər.

Xarici turistlər

[redaktə | mənbəni redaktə et]

Braziliyaya gələn qonaqlar arasında aşağıdakı göstərilən ilk 20-likdə olan ölkələr bunlardır:

Braziliyaya gələn turistlər (2012[1] və 2014[2])
Reytinq Ölkə Turist
sayı
(2014)
Turist
sayı
(2012)
%-lə
turist sayı
(2012)
Reytinq Ölkə Turist
sayı
(2014)
Turist
sayı
(2012)
%-lə
turist sayı
(2012)
1 Argentina Argentina 1,743,930 1,671,604 29.4% 11 Böyük Britaniya Birləşmiş Krallıq 217,003 155,548 2.7%
2 ABŞ ABŞ 656,801 586,463 10.3% 12 Kolumbiya Kolumbiya 158,886 100,324 1.8%
3 Çili Çili 336,950 250,586 4.4% 13 Peru Peru 117,230 91,996 1.6%
4 Paraqvay Paraqvay 293,841 246,401 4.3% 14 Meksika Meksika 109,637 61.658 1.1%
5 Fransa Fransa 282,375 218,626 3.9% 15 Boliviya Boliviya 95,300 112,639 2.0%
6 Almaniya Almaniya 265,498 258,437 4.6% 16 Yaponiya Yaponiya 84,636 73.102 1.3%
7 İtaliya İtaliya 228,734 230,114 4.1% 17 Niderland Niderland 81,655 73.133 1.3%
8 Uruqvay Uruqvay 223,508 253,864 4.5% 18 İsveçrə İsveçrə 80,277 69.571 1.2%
9 Portuqaliya Portuqaliya 170,066 168,649 3.0% 19 Kanada Kanada 78,531 68.462 1.2%
10 İspaniya İspaniya 166,759 180,406 3.2% 20 Avstraliya Avstraliya 67,389 43,161 0.76%
Regionlar üzrə 2012-ci ilə aid statistika (Top 4)
1 Cənubi Amerika 2,822,519 49.7% 3 Şimali Amerika 716,583 12.6%
2 Avropa 1,652,205 29.1% 4 Asiya 297,032 5.2%

Braziliyada xaricdən gələnlərə yönəlik tibbi xidmət sferası 1970-ci illərdən yaranıb[3]. Bu sahədə ilk fəaliyyət göstərən qurum Rio-de-Janeyrodakı İvo Pitanquy xəstəxanasıdır[3].

Braziliyada tibbi xərclər ABŞ-dakının 1/3-i, Almaniyadakının isə təxminən yarısı qədərdir[3].

Braziliya Turizm Nazirliyinin məlumatına görə, 2009-cu ildə Braziliyaya 900 min xarici turist müalicə olunmaq üçün gəlmişdir[3]. Onların 20%-i ABŞ-dən, 19%-i Fransadan, 17%-i Almaniyadan, qalanları isə Cənubi Amerika və Afrika ölkələrindəndir[3].

Müalicə turizmindən ötrü Braziliyaya gəlməyin ən vacib səbəblərindən biri təklif olunan xidmətin sistemləşdirilməsidir[3]. Məsələn, burada qurulan sistem imkan verir ki, Braziliyaya gələn turist heç bir növbə gözləmədən və vaxt itirmədən birbaşa müalicəsinə başlasın[3].

Fernando de Noronha arxipelaqı, Pernambuko.
  1. Ministério de Turismo. "Anuário Estatístico de Turismo 2013" (PDF) (Portuguese). Ministério de Turismo. 2013. 2014-04-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-04-18. Year base 2012. See Table 1.1: Tourist Arrivales to Brazil
  2. "Anuário Estatístico de Turismo - 2015 Volume 42 Ano base 2014" (PDF). 2017-03-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-31.
  3. 1 2 3 4 5 6 7 Müalicə üçün Braziliyaya? Arxivləşdirilib 2021-01-20 at the Wayback Machine azadliq.org, 25.11.2011  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]