Brijit Makron

Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır.

Brijit Makron
fr. Brigitte Macron
bayraq
Fransanın birinci xanımı
bayraq2
15 may 2017 – vəzifədədir
PrezidentEmmanüel Makron
ƏvvəlkiValeri Trierveyler (2012—2014)
Şəxsi məlumatlar
Doğum adı Brigitte Marie-Claude Trogneux
Doğum tarixi (71 yaş)
Doğum yeri Amyen, Fransa
Təhsili
  • IV Henri Liseyi[d]
İxtisası Pedaqogika
Fəaliyyəti high school teacher[d]
Atası Jan Tronyö
Anası Simona Tronyö
Həyat yoldaşı Emmanüel Makron
Uşaqları ilk nikahdan: oğlu: Sebastyan (1975),
qızları: Lorans (1977), Tifen (1984)
ikinci nikahdan: yoxdur
elysee.fr/brigitte-macron
elysee.fr/en/brigitte-ma…
elysee.fr/de/brigitte-ma…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi[1][2] Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub. Brijit altı uşaqlı ailənin sonbeşiyi olub, onunla böyük qardaşı arasında 20 yaş fərq var.[3][4] Zəngin burjua sinfinə aid olan Tronyö ailəsi Amyen şəhərində 1872-ci ildə məskunlaşıb. Ailə burada şokolad və bir neçə yerli qənnadı məmulatlarının istehsalı ilə məşğul olub.

Brijit 1974-cü il iyunun 22-də gələcəyin bankiri Andre Lui Ozyer ilə ailə qurub. Bu zaman onun cəmi 21 yaşı olub. Nikahdan 3 uşaq dünyaya gəlib: Sebastyan (doğ. 1975), Lorans (doğ. 1977) və Tifen (doğ. 1984). Oğlu Sebastyan — mühəndis,[5] qızları: Lorans — kardioloq, Tifen isə vəkil olub.[6] Onlar 2006-cı ildə boşandılar. Brijitin hazırda yeddi nəvəsi var.[7]

Brijit humanitar elmlər sahəsində CAPES sertifikatı aldıqdan sonra ilk öncə Parisdə, daha sonra isə Strasburqda — "Lucie-Berger" protestant məktəbində dərs deməyə başlayıb.[8] O, 1991-ci ildə doğma şəhərinə qayıdıb və burada "La Providence" yezuit liseyində fransız və latın dilləri müəlliməsi kimi işləməyə başlayıb.[2] Brijit 1993-cü ilin mayında qızı Loransın həmyaşıdı və sinif yoldaşı olan Emmanüel Makronla qarşılaşıb. Emmanüel onun ədəbiyyat dərslərinə baş çəkirdi. 1994-cü ildə onların arasında sevgi romanı başlandı.[9] Emmanüelin atası, nevrologiya üzrə professor Jan-Mişel Makron Brijitin oğlu ilə ünsiyyətinə qadağa qoyub. Emmanüelin 17 yaşı tamam olanda valideynləri onu Parisə, IV Henrix adına gimnaziyaya oxumağa göndəriblər. O vaxtdan Makronla Brijit yalnız məktublaşa biliblər.

20 oktyabr 2007-ci ildə Emmanüel Makronla evlənib.[10][11] Brijitin qızları Lorans və Tifen analarının toyunda iştirak ediblər. Brijit Emmanüel Makronun həyat yoldaşı qismində ictimaiyyət qarşısında ilk dəfə — 2 iyun 2015-ci ildə, İspaniya kralı VI Flipp və onun həyat yoldaşı ilə rəsmi şam yeməyi zamanı görsənib.[6]

Brijit özünü Makronun siyasi karyerasına həsr edib.[12] O, siyasi çıxışların hazırlanmasında Makrona yardım göstərir. Amma Brijit siyasi xadim olmaq niyyətində deyil. O deyir ki, yalnız ərinin yanında olmaq istəyir.

Emmanüel və Brijitin birgə nikahdan uşaqları yoxdur. Mediaya açıqlamasında Makron bildirib ki, onlar Brijitlə uşaq dünyaya gətirməmək qərarı veriblər. Makron bioloji uşaqlara və nəvələrə ehtiyacı olmadığını vurğulayıb.

  1. "Gaël Rivallain, «Ce banquier énarque amiénois qui remplace Montebourg» Le Courrier picard, 27 août 2014". 2019-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-30.
  2. 1 2 "Brigitte Macron, un amour plus fort que le temps". wikiwix.com. 12 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 May 2017.
  3. "Brigitte et Emmanuel Macron prêts pour tous les défis". parismatch.com. 3 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 May 2017.
  4. "Brigitte TROGNEUX". geneanet.org. 4 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 May 2017.
  5. "PHOTOS : Qui est Sébas­tien Auzière le fils de Brigitte Macron : avec sa femme il soutient son beau-père Emma­nuel". gala.fr. İstifadə tarixi: 31 May 2017.[ölü keçid]
  6. 1 2 "Tout savoir sur Brigitte Trogneux, la femme d'Emmanuel Macron". cnewsmatin.fr. İstifadə tarixi: 31 May 2017.
  7. "Brigitte Macron : 7 choses à savoir sur la Première dame de France Sud-Ouest du 7 mai 2017". 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-01.
  8. "Glamour et love story: quand le couple Macron minaude". femmeactuelle.fr. İstifadə tarixi: 31 May 2017.[ölü keçid]
  9. "Brigitte Macron : une " autre régularité " pour en finir avec la cougar". lexpress.fr. 7 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 May 2017.
  10. Gerber, Louis. "Emmanuel Macron the new French minister of the economy". www.cosmopolis.ch. İstifadə tarixi: 12 April 2017.[ölü keçid]
  11. VIDEO. Les images du mariage d'Emmanuel Macron temps de Brigitte Trogneux diffusées[ölü keçid]. Le Parisien (22 November 2016).
  12. "EXCLU – Brigitte Macron évoque sa différence d'âge d'avec son mari". Gala. 28/2/2017. 2017-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-01..