Britaniya Şimali Amerikası


Britaniya Şimali AmerikasıBritaniya İmperiyasının Şimali Amerikadakı keçmiş torpaqlarına verilən ad. Termin ilk dəfə qeyri-rəsmi olaraq 1783-cü ildə istifadə edildi, ancaq Durham Hesabatı adı verilən İngilis Şimali Amerika İşləri Hesabatından (1839) əvvəl nadir idi. Bu bölgələr indiki müasir KanadaAmerika Birləşmiş Ştatlarının Pasifik Şimal-Qərbi Hissəsidir. Şimali Amerikanın Britaniya müstəmləkəçiliyi (həm ingilislər həm də Şotlandlar tərəfindən sömürgələştirilməsi də daxil olmaq üzrə), 1607-ci ildə Virciniya Jamestown'da başladı və koloniyalar Amerika qitəsində qurulduğunda İngilis koloniyalizmi ən güclü halına çatdı.

Böyük Britaniya koloniyaları (1783-1800) Birləşmiş Krallıq koloniyaları (1801-1907)
Britaniya Şimali Amerikası
British North America
Bayraq
Bayraq
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı himni
Şimali Amerikanın 1750-ci ildən başlayan kolonizasıya tarixi
Şimali Amerikanın 1750-ci ildən başlayan kolonizasıya tarixi
1783 — 1907

Paytaxt London, İngiltərədən idarə edilir
Dilləri ingilis dili
Rəsmi dilləri İngiliscə Fransızca Keltcə
Dövlət dini Anqilikanizm
Valyuta funt sterlinq
İdarəetmə forması Britaniyaya bağlı ərazilər

Siyasi bölmələri

[redaktə | mənbəni redaktə et]

1775-ci ildə, ABŞ İstiqlaliyyət müharibəsi ərəfəsində, Britaniya İmperiyası, Yeni İspaniyanın şimal-şərqində, Qərb yarımkürəsi 20 bölgə ehtiva edirdi. Bu müstəmləkələr bunlardır:

Britaniya Yeddiillik müharibəni sona çatdıran Paris sülh müqaviləsi (1763) ilə Fransadan Şərq və Qərb Florida ilə Kvebeki qazanmışdı.

İspaniya Qərbi Floridanı qazanmaqla qalmayıb, Şərqi Florida'nı geri qazandı və Amerika Birləşmiş Ştatları, suverinliklərinin təsdiqlənməsi üzərinə, Paris sülh müqaviləsi (1783) Böyük Göllər'in cənubunda Kvebek'in bir hissəsini qazandı.

Yeni Şotlandiya 1784-cü ildə Yeni ŞotlandiyayaNyu-Brunsvikə ayrılmışdı. 1783-cü ildən sonra Kvebekin bir qismi 1791-ci ildə əhalisi əsasən fransız dilində danışan Aşağı Kanada və əhalisi əsasən ingilis dilində danışan Yuxarı Kanada əyalətinə ayrılmışdı.

1812-ci il müharibəsindən sonra 1818-ci il müqaviləsi, Amerika Birləşmiş Ştatları ilə Britaniya Şimali Amerikası arasındakı sərhədi Rupertin torpağından Qayalı dağlarla 49-cu paraleldə qurulmuşdur. 1846-cı ildə imzalanan Oreqon müqaviləsinə uyğun olaraq Britaniya, 49-cu paralelin cənubu, "Hudson's Bay Company" Oreqona olan iddiasından imtina etdi.

Britaniya Şimali Amerikası və Men arasındakı sərhəd nəhayət 1842-ci ildə Vebster-Aşberton müqaviləsi ilə təyin olundu. Kanadalar (Əyalət) 1841-ci ildə Kanada əyalətinə qatılmışdır.

1 iyul 1867-ci ildə Böyük Britaniya parlamenti tərəfindən Britaniyanın Şimali Amerika Aktı adı verilən bir qanun Kanada Dominionunu, Nyu BrunsvikiYeni Şotlandiyanın yaranmasına gətirib çıxardı. Kanada əyaləti 1841-ci ildən əvvəlki torpaqlarına yenidən, Şərqi Kanada (Aşağı Kanada) adı Kvebek olaraq, Qərbi Kanada (Yuxarı Kanada) isə Ontario adlandırılaraq parçalanmışdır. Bunlar Kanadanın ilk dörd əyalətləri idi.

1870-ci ildə Rupertin torpağı Kanada tərəfindən Şimal-qərb torpaqları (ŞQT) olaraq ihlaq edilmişdi, ŞQT-nin bir qismi olan Manitoba, Kanadanın bir əyaləti halına gəldi. Konfederasiyaya 49-cu paralelin şimalındakı qərb sahilindəki Britaniya koloniyası olan Britaniya Kolumbiyası 1871-ci ildə, 1873-cü ildə isə Şahzadə Eduard Adası qatıldı. Britaniya Kolumbiyası ilə Vaşinqton ərazisi arasındakı sərhəd, 1872-ci ildə təhkim yolu ilə, Alyaska ilə sərhəd isə 1903-cü ildə yenə təhkim yolu ilə həll edildi. 1905-ci ildə Şimal-qərb topraqlarının böyük bir qisimi SaskaçevanAlberta ştatlarının ərazilərinə qatıldı.

1907-ci ildə qalan tək Britaniya Şimali Amerikası koloniyası olan Nyufaundlendə dominion statusu verildi, ancaq 1934-cü ildən etibarən Böyük Britaniya Səlahiyyətlilər Komissiyası tərəfindən idarə olunurdu. Bu orqan, Böyük Britaniya səlahiyyətliləri tərəfindən idarə olundu. 1949-cu ildə Nyufaundlend adası və ona bağlı Labrador torpaqları onuncu əyalət olaraq Kanadaya qatıldı.

1867-ci ildə yarı-müstəqil ikən və Vestminster Əsasnaməsi ilə xarici əlaqələrə tam suveren olmasına baxmayaraq, Kanadanın Konstitusiya müstəqilliyinin son izləri Kanadalılar Kanada Konstitusiyasını dəyişdirmə mövzusunda bir daxili üsul üzərində razılaşmağa çatana qədər davam etdi. Bu razılaşma Böyük Britaniya parlamenti Kanada Parlamentinin tələbi üzərinə 1982-ci il Konstitusiya Qanununu təsdiqlədiyində qüvvəyə girdi.

Britaniyanın Şimali Amerikadakı Koliniyaları

[redaktə | mənbəni redaktə et]

1846-cı il Oreqon müqaviləsinin imzalanmasından əvvəl mövcud olan müstəmləkələr:

İdarə edilməsi

[redaktə | mənbəni redaktə et]

Hər müstəmləkədəki yerli müstəmləkə hökumətlərindən başqa, Britaniya Şimali Amerikası birbaşa London şəhərindən idarə edilirdi.

Britaniya Şimali Amerikası 1783–1801 illərdə, Daxili İşlər Bürosu və Ev Katibi, daha sonra 1801-ci ildən 1854-cü ilə qədər Müharibə Dairəsi və Müharibə katibi və Müstəmləkələr tərəfindən idarə edildi. Müstəmləkə Ofisi yenidən qurulduğunda müstəmləkə katibinin məsuliyyəti altında idi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Bailyn, Bernard. Şimali Amerikanın Xalq Artımı : Giriş (1988) excerpt and text search
  • Cooke, Jacob E. Şimali Amerika Koliniyalarının Ensiklopediyası (3 cild 1993)
  • Foster, Stephen, ed. 17-ci və 18-ci əsrlərdə İngilis Şimali Amerikası (Oksford Britaniya İmperiyasının tarixi) (2014) excerpt and text search; Alimlər tərəfindən 11 məqalə
  • Garner, John. İngilis Şimali Amerikada səs hüququ və siyasət , 1755–1867 (Toronto Universtiteti Pressi, 1969)
  • Gipson, Lawrence Henry. Amerikan İnqilabından əvvəl Britaniya İmperiyası (15 cild, 1936–70), çox əhatəli iş ; Pulitzer Prize
  • Morton, W. L. Kanada Krallığı: Ən erkən dövrdən ümumi Tarix (1969)