Kanada əvvəlcə 1763-cü il Paris müqaviləsi ilə İngiltərənin hakimiyyəti altına girdi. Müqavilə ilə Kanadanında tərkibində olduğu Yeni Fransa İngiltərə imperiyasına verildi. Britaniya Şimali Amerikasının bir hissəsi olan digər regionlar, koloniyalar və ştatlar getdikcə Kanadaya birləşdirilirdi. 1763-cü il Kral Bəyannaməsi ilə Kanada koloniyası 1791-ci il Konstitusiya Qanununa görə Kanadalılar olaraq da bilinən Kvebek əyaləti adı altında genişləndirildi. 1840-cı il Birlik Qanunu ilə birlikdə Aşağı Kanada və Yuxarı Kanada Kanada əyaləti adı altında bir araya gəldi. Daha sonra 1867-ci ildə Kanada Konfederasiyası, Nyu-Bransuik və Yeni Şotlandiya koloniyaları Kanada Dominionunu yaratmaq üçün Kanada koloniyası ilə birləşdi. Dominion dörd əyalətə bölündü: Ontario, Kvebek, Nyu Brunsvik və Yeni Şotlandiya. Əvvəlcə yeni qurulan federasiyadan kənarda olan koloniyalar zamanla Kanadanın nəzarəti altına keçdi və Kanada 1949-cu ildə Nyufaundlend və Labradorun birləşdirilməsi ilə mövcud sərhədlərinə çatdı. 1982-ci il Kanada Qanunu ilə Kanada Böyük Britaniyanın hakimiyyəti altından tamamilə çıxdı.