Britaniya Xəzər flotiliyası

Britaniya Xəzər flotiliyasıKrallıq donanmasının 1918-ci ildə Xəzər dənizində yaradılan hərbi dəniz qüvvələri. O, Rusiya vətəndaş müharibəsinə müttəfiqlərin müdaxiləsinin bir hissəsi idi. Donanma ilkin olaraq 1919-cu ilə qədər Qara dəniz və Xəzər eskadronuna tabe idi.

Britaniya Xəzər flotiliyası
British Caspian Flotilla
Ölkə
Qərargah
Döyüşlər
Xəzər dənizi və Qafqaz, 1915. Türkiyə və Bağdad dəmir yolu

Qüvvənin yaradılması haqqında qərar 1918-ci il iyulun 11-də Bağdaddakı İngilis hərbi qərargahında qəbul edildi. Onun iki məqsədi var idi:

  • Trans-Xəzər dəmiryolunun şərq sahil terminalı olan Krasnovodsku ələ keçirmək və bununla da Türkmənistandakı Britaniya Malleson missiyasına dəstək vermək.
  • Bakının və onun ətrafındakı neft yataqlarının almanların və ya Osmanlı imperiyasının əlinə keçməsinin qarşısını almaq.

Qüvvə 1918-ci ilin sentyabrında komandir David Norrisin komandanlığı altında yaradılmışdır.[1] Norris dəniz silahlarını daşıyan yük maşınları karvanı ilə Bağdaddan Ənzəliyə avtomobil yolu ilə getmişdi.[2] Qüvvə 1919-cu ilin yanvarında Batumidən qatarla göndərilən 12 sahil motorlu qayığı ilə gücləndirildi.[3] Bu gəmilər daha sonra Kral Dəniz Piyadaları tərəfindən qorunan ekipaj tərəfindən idarə edilən dəniz silahları ilə silahlandırılmışdı.[2]

Flotiliyanın ƏnzəliKrasnovodskda bazaları var idi və əlavə olaraq Bakı, Mahaçqala (Çeçen adası), Fort Aleksandrovskdakı Britaniya quru hissələri arasında rabitə əlaqəsi yaradırdı. Flotiliya 1919-cu ilin mayında bolşevik flotiliyasına qarşı Fort Aleksandrovski döyüşündə qələbə qazanmışdı.

Flotiliyaya daxil olan gəmilər:[4][5]

  1. Stratford, Stephen. "British Military & Criminal History 1900 to 1999". 30 July 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 October 2013.
  2. 1 2 Clifford Kinvig, Churchill's Crusade, Hambledon & London, November 23, 2007, ISBN 978-1-84725-021-6, OCLC 747256147, OL 9819337M, 1847250211
  3. "The Royal Navy on the Caspian, 1918–1919". Naval Review, 7/8 1919–20. pp87-99 and 218-240*
  4. Guard, John. "The Royal Navy in the Caspian Sea 1918-1920". Great War Primary Document Archive. 24 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 October 2013.
  5. Halpern, Paul. The Mediterranean Fleet, 1919–1929. Ashgate Publishing. 2013.