Malleson missiyası

Malleson missiyası (ing. Malleson mission) və yaxud Britaniyalıların Zakaspiyskə müdaxiləsi (ing. British intervention in Transcaspia) — Müttəfiqlərin vətəndaş müharibəsi zamanı Rusiyaya müdaxiləsi kontekstində 1918-ci ilin avqustundan 1919-cu ilin aprelinə qədər Xəzərin şərq sahilində (müasir Türkmənistan) bolşevik qüvvələrinə qarşı fəaliyyət göstərən general Vilfrid Mallesonun başçılıq etdiyi Britaniya Hindistanı qoşunu qüvvələrinin hərbi əməliyyatı.[2]

Malleson missiyası
Britaniyalıların Zakaspiyskə müdaxiləsi
Rusiya vətəndaş müharibəsinə müttəfiqlərin müdaxiləsi
ing. Malleson mission
Zakaspiysk vilayətinin xəritəsi
Zakaspiysk vilayətinin xəritəsi
Tarix 5 aprel 1919
Yeri Zakaspiysk vilayəti
Nəticəsi 1919-cu ilin mart-aprel aylarında ingilislərin bölgədən qovulması
Münaqişə tərəfləri

Türküstan MSSR

Müstəmləkə Hindistanı
Zakaspi müvəqqəti hökuməti
Türküstan Ordusu (ВСЮР)

Komandan(lar)

B.N.İvanov

V.Malleson

Tərəflərin qüvvəsi

3000 minə yaxın bolşevik (Bayram Əlidə)

  • 950 ingilis-hindstanlı
    * 19-cu Pəncab alayı
    * 1000 Transxəzər menşevik (Bayram Əlidə)
İtkilər

Məlum deyil, lakin Duşak döyüşündə ən azı 1000 itki[1]

86+ ölü, 213+ yaralı

1918-ci ildə Rusiya Türküstanı Rusiyada vətəndaş müharibəsi səbəbindən xaos içində idi. Bölgədə bir çox qruplar münaqişəyə girmişdi. Bolşevik Daşkənd Soveti öz bölgələri üçün müstəqillik iddiasında olan kazaklar da daxil olmaqla müxtəlif qrupların hücumu altında idi. Bundan əlavə, Ağ ordu qoşunları ilə ingilislər arasında sövdələşmələr var idi.[3] Geosiyasi baxımdan Britaniya imperiyası nöqteyi-nəzərindən bu ərazi Britaniya Hindistanıİran ilə yaxınlığına və ümumi təsir dairəsinə görə onları maraqlandırırdı. Rusiya imperiyası vahid halda olaraq qaldığı halda, bu, ingilislər üçün problem deyildi, lakin 1917-ci il oktyabrda baş tutan bolşevik inqilabı ilə imperiya süquta uğradı. Vəziyyəti daha da mürəkkəbləşdirən təxminən 28.000 AlmaniyaAvstriya-Macarıstan əsgərinin hərbi əsir kimi bölgədə saxlanılması idi. 1918-ci ilin iyun ayına qədər LondonDehlidəki Britaniya hakimiyyət orqanları və onların Mərkəzi Asiyadakı müttəfiqləri, xüsusən də Əfqanıstan Əmirliyi hələ də sürətlə pozulan vəziyyətlə bağlı nə etmək niyyətində olduqları, və məqsədləri barədə tutarlı və ya ardıcıl baxışa malik deyildilər. Onlar bölgəyə siyasi və ya hərbi müdaxilə vəziyyətində cavab hərəkətləri haqda planları yox idi.[4]

Bayram Əli döyüşü

[redaktə | mənbəni redaktə et]
Britaniya Missiyasına rəhbərlik edən general Vilfrid Malleson

Bolşeviklərdən, alman və Osmanlı hərbi fəaliyyətindən narahat olan Britaniya hökuməti Britaniya Hindistanından MəşhədQacar dövləti ərazisindən bölgəyə bir qüvvə göndərmək qərarına gəldi. Qüvvəyə general Vilfrid Malleson rəhbərlik etməli idi. Onun missiyası "Alman və Osmanlı təbliğatı" və düşmən qüvvələrinə kömək üçün dəmir yolları və təhcizatdan istifadəyə yol verməmək idi. Həmçinin missiya bölgədə olan Britaniya "mütəffiqləri"nə hər cürə yardım göstərməli idi.[5]

General Malleson Reginald Tigu-Consa 1918-ci il iyulun 12-də Aşqabadda hakimiyyəti ələ keçirmiş anti-bolşevik Zakaspiysk hökumətinə nəzarət edən qrup olan Aşqabad Komitəsi ilə ilkin əlaqə qurmağı tapşırdı.[6] İlk hərbi əməliyyat avqustun 11-də, 19-cu pəncab alayının iki pulemyotçu bölməsinin Qacar dövlətinin Muhammabad şəhərindən çıxıb sərhədi keçərək Artıq istiqamətində zirehli qatara minərək Zakaspiysk dəmir yolu ilə Bayram Əliyə doğru hərəkət etdikdə baş verdi. Bunda əsas məqsəd bolşeviklərin hücumu zamanı yerli Zakaspiysk üsyançı qüvvələrinə kömək etmək idi.[7]

Bolşeviklər 1918-ci il avqustun 12-də və ya 15-də 3000-ə yaxın qoşunla Britaniya-Hindistan və Zakaspiysk ordusunun Bayram Əlidə olan hissələrinə hücum etdilər.[8][9] Lakin Zakaspiysk qüvvələrinin sayı 1000 nəfərdən ibarət idi (əsasən türkmən qoşunları). Onlar tez bir zamanda bolşevik ordusu tərəfindən məğlub edildi. Yerli Zakaspiysk ordusu səngərlərini qoyub qaçdılar, Britaniya-Hindistan pulemyotçuları və Pəncab piyadaları isə zirehli qatarlarını müdafiə etməyə çalışdılar.[9] Lakin hind dəstəsinin pulemyotlardan istifadə etməsi rəsmi hesabata görə, tam darmadağın edilmənin qarşısını aldı.[10]

Rəsmi heabatda deyilirdi: '“Döyüşçülər plemyotlardan fasiləsiz atəş açma nəticəsində silah nəzarət edə bilinməyəcək səviyyədə qızana qədər müqavimət göstərdilər. Zakaspiysk hesabatına görə düşmənə 350 itki verdilər. Hindistan heyətindən iki nəfər yaralandı, pulemyotlardan birini isə onu soyutmaq istəyərkən iki nəfər yanıq xəsarəti aldığından atmalı oldular”..

Darmadağından qaçmalarına baxmayaraq, Britaniya-Hindistan və Zakaspiysk bölmələri 3 gün ərzində istirahət etmədən, az yemək və su olmadan geri qayıtmağa məcbur oldular və dəmir yolu xətti ilə Duşaka çəkildilər.[9][10] Pulemyot dəstəsi xəstəlik və itkilərə görə İranın Məhəmmədabad şəhərinə qayıtdı.[10]

Kakada döyüşlər

[redaktə | mənbəni redaktə et]
Duşak döyüşünün baş verdiyi qədim Mərv şəhərinin xarabalıqları

Qacar dövlətindəki qüvvələrini yenidən cəmləşdirdikdən sonra Malleson Knollys tabeliyində olan 19-cu Pəncab Alayının 500-ə yaxın şəxsi heyətini yenidən Rusiya Türküstanına göndərdi. Orada 26 avqustda Kaka (Kaahka) ərazisində onlar Zakaspiysk üsyançı qüvvələri ilə birləşdi.[11] Zakaspiysk bölgəsindən olan təxminən 1000 nəfərlik yerli qüvvə ingilislər tərəfindən kifayət qədər keyfiyyətsiz qoşunlar hesab edilirdi.[11] Onlara türkmən tayfa başçısı Oraz Sirdar komandanlıq edirdi.[11]

Keçmiş avstriyalı hərbi əsirlərin böyük bir hissəsinin daxil olduğu bolşevik qüvvələri Britaniya Zakaspiysk qüvvələrinə hücum etdi. Lakin onların hücumu Əfqanıstan sərhədindəki Kuşxada dəf edildi.[11] Türkmənistanın Kaka şəhərində 28 avqust, 11 sentyabr və 18 sentyabr tarixlərində ingilislərə cüzi uğur gətirən, Zakaspiysk və Məşhəddə Britaniya rəhbərliyini həvəsləndirən növbəti toqquşmalar oldu. Malleson daha sonra Qacar dövlətindən 28-ci Yüngül Silahlı Atcı alayının gəlişi ilə kiçik kömək aldı.[11]

Malleson Aşqabad Komitəsi ilə müntəzəm əlaqə saxlayırdı. Onlar Britaniya maliyyəsini və dəstəyini təmin etməyə çalışırdılar. Çünki onların əslində heç bir iqtisadiyyatı və ya vəsait toplamaq üçün metodu yox idi. İki britaniyalı polkovnik başqa bir qrupla, ingilislərdən pul alan, lakin motivasiyası və dəstəyinin səviyyəsi bəlli olmayan gizli qrup olan Türküstan Birliyi ilə əməkdaşlığa başladılar. Lakin sonradan maliyyə ayrılmadığından qrup dağıldı.

Duşak döyüşü

[redaktə | mənbəni redaktə et]

Bu zaman Malleson Hindistan hökümətinin qərarının əksinə gedərək Zakaspiysk vilayətinin daha da dərinliklərinə irəliləyərək bolşeviklərin üzərinə hücum etmək qərarına gəldi. Birləşmiş qüvvələr gecə reydinə çıxaraq oktyabrın 9-dan 11-dək Arman Saqadada, oktyabrın 14-də isə Duşak döyüşündə bolşevikləri ağır məğlubiyyətə uğratdılar.[12] Duşakda ingilis qoşunları bolşeviklərə 1000 nəfər itki verərək, özləri 54 nəfər ölü, 150 nəfər yaralı itirdilər.[13] Döyüşlərin əksəriyyətində Britaniya-Hind qoşunları vuruşurdu və əsasən nizamsız türkmənlərdən təşkil olunan Zakaspiyski qoşunları aşağı döyüş keyfiyyəti göstərirdi. Pəncab piyadalarının süngü hücumu, eləcə də 28-ci süvarilərin hücumu nəticəsində bolşevik qüvvələrini geri çəkildi. Zakaspiysk qoşunları Kaaxaya, bolşevik qoşunları isə mütəşəkkil şəkildə Duşaka çəkildi. Lakin daha sonra bolşeviklər Mərvə doğru gedərək, orada mövqe tutdular. İngilislər oktyabrın 20-də Teceni tutdular. Zakaspiysk qüvvələri daha sonra Mərvi ələ keçirməyə cəhd etdilər.[14]

Döyüşlərdə zirehli qatarlar iştirak edirdi. İngilislərin/Zakaspiysklərin iki, bolşeviklərin isə üç zirehli qatarı var idi. Yollar yararsız idi və nəqliyyat vasitələri kifayət qədər hərəkət genişliyinə malik deyildi. Nəqliyyat və hücum üçün toplarla silahlanmış zirehli qatarlardan istifadə olunurdu. Ancaq Birinci Dünya müharibəsinin başa çatması ilə missiyanın əsas səbəblərindən biri - almanlar və türklərdən gələn təhlükə artıq mövcud deyildi. Bununla belə, Malleson Aşqabad komitəsinə dəstək verməyi zəruri hesab edirdi.

Komitənin istefası və Türküstan Ordusunun yaradılması

[redaktə | mənbəni redaktə et]
İsaak Brodskinin “İyirmi altı Bakı komissarının edamı” əsəri, Malleson missiyası zamanı güllələnən 26 Bakı komisarının taleyinə həsr olunub.

1918-ci ilin sonlarında Aşqabad Komitəsi paytaxt üzərində nəzarəti itirməyə başladı və Britaniyadan kömək istədi. Malleson komitəyə vəd etdiyi vəsaiti verməmişdi. Paytaxtda ümumi üsyan baş verdi və Aşqabad Komitəsi istefa verdi. 1919-cu il yanvarın 1-də Zakaspiyski bölgəsini idarə etmək üçün yeni İctimai Təhlükəsizlik Komitəsi yaradıldı. Onun tərkibi əsasən Reginald Tiq-Cons tərəfindən seçilən beş nəfərdən ibarət idi. O, yeni komitəyə iki türkmən təyin etdi və o, bu mərhələdə komitə Britaniyanın təsirinə daha çox düşdü. Zakaspiysk

Yanvarın 12-də İngilis qüvvələri Annenkovoda bolşeviklərin hücumuna məruz qaldı. Lakin ingilislər 38-39 yaralı və 12 ölü verməsinə baxmayaraq hücumu dəf edə bildilər. [15]

General Anton Denikinin Ağ ordusunun Cənub bölmələrinin hissələri kiçik qruplar halında Zakaspiysk ordusuna qoşulmağa başladılar. Zakaspiysk hökuməti tezliklə Ağ ordu qüvvələri ilə əlaqə qurdu.[16] Denikin nəhayət bölgəyə daha çox nəzarət etməyə başladı. Çünki onun komandanlıq etdiyi hərbi hissələr Türküstanda bolşeviklər ilə döyüşməyə başladılar. 22 yanvar 1919-cu ildə Ağ Türküstan Ordusu yaradıldı.

Britaniya imperiyasının bölgədən geri çəkilməsi

[redaktə | mənbəni redaktə et]

Malleson bir müddət Britaniya qoşunlarını bölgədən necə çıxarmağı planlaşdırırdı, çünki bu mürəkkəb bir iş idi. O, Britaniya ordusunun bölgədən çıxdığını Aşqabad Komitəsinə məxfi şəkildə bildirdi. Komitə üzvləri narazılıq və çaxnaşma yaradacağından qorxaraq bu barədə ictimaiyyətə məlumat verməmək qərarına gəldilər. Komitənin özü bu xəbərdən təşvişə düşmüşdü, baxmayaraq ki, onlar Denikin və ağqvardiyaçılarla əməkdaşlığa şalışırdılar.[17] Onlar Denikinin timsalında Zakaspiysk üçün yeni müttəfiq tapdılar. Təhlükəsiz geri çəkilmək üçün Malleson geri çəkilmənin cinahdan hücum üçün hiylə olduğu barədə şayiə yaydı. Bolşeviklər hiyləyə aldandılar və şayiəyə cavab olaraq geri çəkilən ingilis qoşunlarını təqib etmək əvəzinə mövqelərini gücləndirdilər. Həmin vaxt 950 nəfər olan Britaniya qoşunları martın əvvəlində geri çəkilməyə başladı. Onlar bütünlüklə 1919-cu il aprelin ortalarında Zakaspiyski tərk etdilər. Lakin ingilislərin getməsi ilə bolşeviklər Zakaspiysk qüvvələrini tədricən geri oturdaraq yeni hücumlara başladılar. 1920-ci ilə qədər Zakaspiysk hökuməti və Aşqabad komitəsi məğlub oldu. Bolşevik Daşkənd Soveti əraziyə tam nəzarəti bərpa etdi.

Astraliyalı Dik Ellis Mallesonun missiyasında zabit kimi xidmət etmişdi. O, 1963-cü ildə təqaüdə çıxdıqdan sonra bu haqda xatirələrini yazaraq nəşr etdirdi.[2]

Döyüşlər və itkilər

[redaktə | mənbəni redaktə et]
Malleson missiyasının əsas döyüş qüvvəsi olan 19-cu Pəncab alayının döyüşçüləri

Malleson missiyası zamanı döyüşlər və Britaniya itkiləri aşağıdakı kimi olub:

  • 12/15 avqust 1918: Bayram Əli döyüşü
  • 28 avqust 1918: Kaahinin müdafiəsi – 5 ölü;[18]
  • 1918: Kuşxanın müdafiəsi - 3 zabit ölüb və ya yaralanıb, 24 əsgər ölüb və ya yaralanıb;[11]
  • 15 sentyabr 1918: Kaahi yaxınlığında atışma - 3 ölü;[18]
  • 9-14 oktyabr 1918: Duşak döyüşü – 54+ ölü, 150+ yaralı;[13]
  • 12 yanvar 1919: Annenkovonun müdafiəsi - 12 ölü, 38-39 yaralı;[15]
  • digər döyüş və toqquşmalarda 10 nəfər öldürülüb.[18]
  1. Sargent, 2004. səh. 21
  2. 1 2 Sargent, 2004. səh. Executive summary
  3. Sargent, 2004. səh. 1
  4. Sargent, 2004. səh. 8
  5. Moberly, 1987. səh. 335
  6. Sargent, 2004. səh. 9
  7. Sargent, 2004. səh. 11
  8. Sargent, 2004. səh. 11–12, 19
  9. 1 2 3 Wright, 2017. səh. 431
  10. 1 2 3 Sargent, 2004. səh. 12
  11. 1 2 3 4 5 6 Sargent, 2004. səh. 19
  12. Ellis, 1963. səh. 75
  13. 1 2 Ellis, 1963. səh. 79
  14. Ellis, 1963. səh. 76
  15. 1 2 Ellis, 1963. səh. 132
  16. Sargent, 2004. səh. 30
  17. Ellis, 1963. səh. 150
  18. 1 2 3 Wright, 2017. səh. 501–504
  • Milner Papers (1931) at New College Oxford, Volume 1 and 2. Written by en:Alfred Milner, 1st Viscount Milner, British Secretary of State for War (18 April 1918 – 10 January 1919).
  • en:India Office Records (until 1947), London. Written by the government of British India.
  • Ellis, Charles Howard "Dick". The British "Intervention" in Transcaspia, 1918–1919. Berkeley and Los Angeles: University of California Press. 1963. 186. İstifadə tarixi: 20 December 2023. (also known as "The Transcaspian Episode", written by a participating British officer)
  • Moberly, Frederick James. Operations in Persia, 1914–1919. London: en:HMSO. 1987. 490. ISBN 9780112904533. İstifadə tarixi: 20 December 2023. ("Official History")
  • Sargent, Michael. British Military Involvement in Transcaspia: 1918–1919 (PDF). Camberley: en:Conflict Studies Research Centre. April 2004. 54. ISBN 1-904423-64-7. İstifadə tarixi: 20 December 2023.
  • Wright, Damien. Churchill's Secret War With Lenin: British and Commonwealth Military Intervention in the Russian Civil War, 1918–20. Solihull: Helion and Company. 2017. 576. ISBN 9781913118112. İstifadə tarixi: 20 December 2023.