British Petroleum

BPBöyük Britaniyanın enerji şirkəti. Mərkəzi ofisi İngiltərənin paytaxtı Londonda yerləşir.

BP
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi publik məhdud məsuliyyətli şirkət[d]
Sənaye NeftTəbii qaz
Məhsulları Neft və neft məhsulları
Təsis tarixi 14 aprel 1909
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 82.990.000.000 $ (31 dekabr 2022)[2]
Ümumi aktivlər
  • 288.120.000.000 $ (31 dekabr 2022)[2]
Ümumi gəliri
  • 241.392.000.000 $ (2022)[2]
Xalis mənfəəti
  • 27.653.000.000 $ (2022)[2]
Əməliyyat mənfəəti
  • 18.082.000.000 $ (2021)[3]
Struktur
İşçi sayı
  • 70.100 nəf. (2019)[4]
Tərəfdaşlar AMOKO[4]
Rəhbərlik
Təsisçilər
www.bp.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1987-ci ilə qədər BP dövlətin mülkiyyətində olub. "British Petroleum" Birləşmiş Krallıq üçün həyati əhəmiyyət kəsb edir. Britaniyanın 10 min vətəndaşının çalışdığı bu şirkət il ərzində büdcəyə 6 milyard funt-sterlinq ($10 milyard) gəlir gətirir[5].

BP şirkəti aparıcı neft şirkətlərindən biridir. FORBS jurnalının reytinqinə görə dünyanın üçünçü, neft şirkətləri arasında isə ikinci şirkətdir. 100 il tarixə malik şirkət, dünyanın çox yerində neft hasilatı və emalı ilə məşğul olub. 50-ci illərdə İranda baş verən siyasi böhran nəticəsində, Şımal dənizində neft yataqlarının kəşfinə, sonralar isə istismarına başlayıb. 80-ci illərin əvvələrindən, BP Şimal dənizində geniş həcmli neft hasilatına başlayıb. Lakin 21-ci əsr BP üçün düşərli olmadı. Bir necə qəza BP-nin reytinqinə ciddi təsir edib. Onlardan 2005-ci il Texas zavodlarının birində baş verən qəzada 15 nəfər ölüb, çox sayda yaralanan olub. BP ölən və yaralananların ailələrinə ümumiklikdə 700 mln.$ kompensasiya ödəyib. 2010-cu ildə Meksika körfəzindəki platformaların birində, tarixdə ən böyük neft sızması baş verib. Ekspertlərin dəyərləndirmələrinə görə dənizə hər gün 1000 tona yaxın neft axıb. Ümumi zərər 37 mlrd.$ həcmində dəyərləndirilib.

British Petroleum şirkətinin əsası ingilis biznesmeni və hüquqşünası Uilyam Noks Darsi tərəfindən qoyulub. 1901-ci ilin mayında Vilyam neft axtarışı üçün İran hökumətindən rəsmi icazə alır. Uilyam neft axtarışı üçün əsas mühəndis kimi Corc Reynoldsu işə alır. Şirkət ilk illərində heç bir nəticə əldə edə bilmir. İxtisaslı kadrların çatışmaması, İran hökumətinin kifayət qədər şirkətə dəstək göstərməməsi, yerli əhalinin gəlmələrə qarşı pis münasibəti şirkətin maliyyə resusrlarını tükətdi. 1905-ci ildə Burmah Oil şirkəti İranda yeni neft ehtiyatları axtarışı üçün yatırımlar etdi.

Şirkətin ilk kəşf etdiyi neft yataqları 1908-ci ilin mayında İranın cənub-qərb hissəsində Məşid və Süleyman adlı neft yataqları oldu. Artıq 1909-cu ildə İngilis-Fars neft şirkəti (Anglo-Persian Oil Company) formalaşdırılmışdı. Şirkətin səhmlərinin 97%-i Burmah Oil-ə məxsus idi. Qalan səhmlərin sahibi şirkətin birinci sədri Lord Stratkona idi. D'Arsi şirkətdə direktor vəzifəsini tuturdu, amma İngilis-Fars neft şirkətinin sonrakı inkişafına əhəmiyyətli dərəcədə təsir etmirdi. Daha sonra neft axtarışı işləri Çarlza Qrinveyə tapşırıldı. 1910-cu ildə Qrinvey direktor vəzifəsini tutdu və 1914-cü ildə şirkətin sədri oldu. Həmin il şirkət müflis olma həddində idi. Əsas çətinliklər satışla yarandı. Sənaye yağları bazarı artıq Amerika və Avropa istehsalçılarının arasında bölünmüşdü, yanacaq bazarı isə hələ yenicə yaranmaqda idi. Qrinvey Britaniya hökumətiylə qarşılıqlı sərfəli razılaşmanın imzalanması yolu ilə İngilis-Fars neft şirkətini Royal Dutch Shell şirkətinin təsiri altına düşməsindən xilas etdi.

Şirkətin sonrakı genişlənməsi Birinci dünya müharibəsinin sonra keçən onillik ərzində oldu. Marketinqin yeni metodları tətbiq edilmişdi, məsələn nefti indi yeni iki qallonlu bankalarda satırdılar. İngilis-Fars neft şirkəti həmçinin İranda və İraqda öz məhsullarını istehsal edirdi; şirkətə məxsus dəniz limanlarının beynəlxalq zənciri yaratdı və 1926-da aviasiya yanacağını satmağa başladı. Abadanda tikilmiş zavoda nisbətən daha kiçik neft emalı zavodları 1921-ci ildə Cənubi Uelsdə və 1924-cü ildə Şotlandiyada tikildi. Bundan başqa şirkət Fransanın Kurşelett şəhərindəki neft emalı zavodunun səhmlərinin böyük hissəsinə sahib idi. Bu cür fəaliyyətlər şirkətin biznes strukturuna əhəmiyyətli dərəcədə təsir etdi. Şirkətin səhmlərinin 80%-dən çoxu İranda yerləşən yataqlara aid idi, 1917-ci ildən sonra isə şirkətin əsas kapitalının yarısı neft paylanması və daşınması donanması sistemini əhatə edirdi. Amerikada və Avropada yeni növ avtomobillərin yayılması şirkətin fəaliyyətinə müsbət təsir etdi. 1925-ci üzərində BP loqotipi olan yanacaqdoldurma məntəqələrinin sayı altı minə çatdı (1921-də onların sayı cəmi 69 idi). 1935-ci ildə şirkət İngilis-İran Neft Şirkəti adlandırıldı. İkinci dünya müharibəsindən sonrakı illərdə şirkət neft-kimya sənayesində kök salmağa başlayır. 1947-ci ildə Distillers şirkətiylə imzalanan razılaşma əsasında daha sonra məşhur olmuş British Hydrocarbon Chemicals birgə şirkətinin yaranmasına gətirib çıxarmışdı. İkinci neft-kimya kompleksi 1961-ci ildə Cənubi Uelsdə Baglan körfəzində tikilmişdi.

Yaxın Şərqdə mövcud olan kövrək tarazlıq qəfildən pozuldu və İran hökuməti neft sənayesini milliləşdirdi. Yalnız üç il davam edən danışıqlardan sonra münaqişə neft şirkətlərinin konsorsiumunun yaradılması yolu ilə nizama salınmışdı. 1954-cü ildə şirkətin adı dəyişdirilərək British Petroleum adlandırıldı və İrandakı konsorsiumun səhmlərinin 40%-nə sahib oldu. Bu vaxt şirkət Dünkerkdə (Fransa) sürtkü materiallarının istehsalı üzrə özünün birinci zavodunu işə saldı. Bir neçə il sonra zavod Avropada ilk dəfə hər mövsümə uyğun olan BP Visco Static yağını istehsal etməyə başladı. Yaxın Şərqdən asılılığı azaltmaq məqsədi ilə BP şirkəti qərb yarımkürəsinin yataqların axtarış və istismarı ilə məşğul olmağa başladı. Şimal dənizindəAlyaskada böyük karbohidrogen yataqlarının kəşfi şirkətin inkişafı üçün əhəmiyyətli rol oynadı. 1965-ci ildə Vest Soul (West Sole) qaz yatağı aşkar edildi və hasilat işlərinə iki il sonra başlandı. Neft axtarışı daha şimalda yerləşən regionlarda aparılır və 1970-ci ildə BP Böyük Britaniya ərazisində tapılmış birinci böyük yataq olan Fortis (Forties field) yatağını kəşf edir. 1973 və 1980 illərində neft qiymətlərinin düşməsiylə əlaqədar şirkət 70-ci və 80-ci illərdə böyük zərərə uğradı. 1979-cu ildə Nigeriyada şirkətin aktivləri milliləşdirilmişdi, həmçinin Küveytdə neft hasilatı azaldı. 1970-ci illərdə baş verən hadisələr bütün neft sənayesinə öz təsirini göstərdi. Bununla belə, şirkət göstərdi ki, 1951-ci ildə İranda etdiyi kimi Orta Şərq xaricində böyük investisiya proqramının həyata keçirilməsi sayəsində sağ qala bilər. 1980-ci illərin əvvəlindən BP Şimal dənizində bir çox neft və qaz yataqlarının istismarına başladı. 1977-ci ildə Alyaskada 800 mil uzunluğunda Transalyaska neft kəmərinin tikintisi Prudo Bey yatağını istismar etməyə imkan verdi. 1970-ci illərin ortalarında BP qeyri-neft profilli sahələrə fəal sərmayə qoymağa başladı. Bu sahələrə informasiya texnologiyaları, mineralların istehsalı, kömür biznesi, qida məhsulları, yeyinti sənayesi, heyvanlar üçün yem, şəxsi gigiyenanın predmetləri istehsalı aid idi. 1987-ci ildə BP BritOilStandart Oil satın aldı. 1990-cı illərin sonlarında Amoco, ARCO, CastrolAral şirkətləri BP tərkibinə girdi. 1989-cu ildə BP loqotipi dəyişdirildi. Yeni loqotipdə üstünlük olan British Petroleum və yaşıl rəngin arasında birlik iddiasına yönəldilmiş kampaniya başlandı. Sonrakı sonrakı fəaliyyəti ətraf mühitin qorunması, səhiyyə, təhlükəsizlik istiqamətində həyata keçirilməyə başladı.

BP 2020-ci ilin ikinci rübündə 16.8 milyard dollar zərər edib. Şirkət koronavirus pandemiyasının təsirlərinə məruz qaldığını bildirib. 2019-cu ilin ikinci rübündə şirkət 1.8 milyard dollar mənfəət əldə etmişdi. Şirkət xalis zərərinin 6.7 milyard dollar olduğunu, 2019-cu ildə isə 2.8 milyard xalis mənfəətinin olduğunu qeyd edib. BP 2010-cu ildə baş verən neft axıntısından bəri ilk dəfə olaraq dividendini (hər bir səhmdarın payına düşən gəlir) bir öncəki rüblə müqayisədə 10.5 sentdən 5.25 sentə salıb. BP səhmləri 2020-ci ildə 40 faizdən çox azalıb. BP-nin ümumi zərərinə şirkətin əsas biznesi ilə əlaqəsi olmayan fəaliyyəti ilə əlaqədar 10.9 milyard dollarlıq xərcləri daxildir. BP 2030-cu ildə emissiyalarını 30-35, satılan məhsulların karbon intesivliyini 15 və hidrokarbon istehsalını 40 faiz azaltmaq hədəfinə çatmaq üçün yeni strategiya elan edib. Şirkət enerji mənbələrinə yanaşmasını “yenidən kəşf etmək” məqsədilə hər hansı yeni bir ölkədə neft axtarmayacağını deyib.[6]

Şirkətin səhmlərinin 95 %-i sərbəst dövriyyədədir (2011-ci ilin yanvarına olan məlumatlara görə). Səhmlərin 5% Rosneft şirkətinin mülkiyyətindədir.

  1. http://www.bp.com/en/global/corporate/about-bp/bp-at-a-glance/key-business-addresses.html.
  2. 1 2 3 4 İllik hesabat.
  3. İllik hesabat.
  4. 1 2 İllik hesabat.
  5. "bp-nin xilası planı". 2010-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-07.
  6. "Koronavirus BP-yə 17 milyard dollar ziyan vurdu". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-07.