Bronislav Maria Komorovski[3] — 2010–2015-ci illərdə Polşa prezidenti.
Bronislav Komorovski | |
---|---|
pol. Bronisław Maria Komorowski | |
| |
Polşa Respublikasının Prezidenti[d] | |
6 avqust 2010 – 6 avqust 2015 | |
Əvvəlki | Lex Kaçinski |
Sonrakı | Andjey Duda |
Polşa Respublikası Seyminin deputatı[d] | |
1991 – 2010 | |
Polşa Respublikası Seyminin deputatı[d] | |
25 noyabr 1991 – 31 may 1993 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 iyun 1952[1][2][…] (72 yaş) |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, tarixçi, dissident |
Həyat yoldaşı | |
Uşağı | 5 |
Dini | Roma-Katolik kilsəsi |
|
|
Təltifləri |
|
bronislawkomorowski.org | |
Vikianbarda əlaqəli mediafayllar |
1952-ci ildə anadan olub. Varşava Universitetinin tarix fakültəsini bitirib. Sosialist Polşası zamanında ictimai fəaliyyətinə görə bir neçə dəfə həbsdə olub.
1990-cı ildən Polşa hökumətində və parlamentin aşağı palatasında – Seymdə müxtəlif vəzifələr tutub. 2000–2001-ci illərdə müdafiə naziri olub. 2007-ci ildən Seymin sədri olmuşdur.
Vətəndaş Platforması Partiyasını təmsil edən Bronislav Komorovski 2010-cu ildə Polşa prezidenti seçilib. Aprelin 10-da təyyarə qəzasında həlak olan prezident Lex Kaçinskinin səlahiyyətlərini icra edən Seym sədri iyulun 4-də keçirilən ikinci turda səslərin 52 faizini yığaraq yeganə rəqibini — sabiq baş nazir Yaroslav Kaçinskini geridə qoyub.
Evlidir, 5 övladı var.