Bronks əhvalatı (film, 1993)

Bronks əhvalatı (ing. A Bronx Tale) — Robert de Nironun 1993-cü ildə çəkdiyi və özündə qanqster, dramdöyüş kimi janrları cəmləşdirən ABŞ filmidir. Film Robert de Nironun rejissor kimi debüt işidir.[3] O, filmi atasının xatirəsinə həsr etmişdir.

Bronks əhvalatı
ing. A Bronx Tale
Janr dram
Rejissor Robert de Niro
Prodüserlər Ceyn Rozental
Robert de Niro
Con Kilik
Əsərin müəllifi Çezz Palminteri
Ssenari müəllifi Çezz Palminteri
Baş rollarda Robert de Niro
Çezz Palminteri
Lillo Brankato
Frensis Kapra
Operator Reynaldo Vilyalobos
Bəstəkar Butç Barbella
Montajçı Devid Rey[d]
İstehsalçı Tribeca Productions
Distribütor Netflix
İlk baxış tarixi 14 sentyabr 1993
(Toronto Beynəlxalq Film Festivalı)
29 sentyabr 1993
(ABŞ)
Filmin növü bədii film
Müddət 121 dəqiqə
Büdcə $10 milyon[1]
Gəlir $17,287,898[2]
Ölkə ABŞ ABŞ
Dil ingilis dili
İl 1993
Rəng rəngli
Çəkiliş yeri Nyu-York, Nyu-Cersi
IMDb ID0106489

Film Çezz Palminterinin (əsl adı Kalocero Lorenso Palminteri) avtobioqrafik pyesi əsasında ekranlaşdırılıb. İlk zamanlar müəllif kitabın ekranlaşdırılması üçün müəllif hüquqlarını satmaqdan imtina edirdi. O, yalnız Robert de Nironun ona filmin ssenari müəllifi olmağı və filmdə baş rollardan birini oynamağı təklif etməsindən sonra əsərin müəllif hüquqlarını satmağa razılaşıb.

Film atası (Robert de Niro) sadə avtobus sürücüsü işləyən, İtaliyanın Bronks məhəlləsindən olan Kalocero adlı oğlan haqqındadır. Uşaqlıqda Kalocero yerli qanqsterlərin başçısı olan Sonninin (Çezz Palminteri) törətdiyi qətlin şahidi olur, ancaq o, polisə yalan məlumatlar verir, nəticədə cinayətkar Sonni azadlıqda qalır. Uşağı olmayan Sonni, Kaloceronu öz himayəsinə götürür. Bununla da Kalocero sanki iki ata tərbiyəsi ilə böyüməli olur, lakin doğma atası Sonninin onun oğluna verdiyi dərsləri bəyənmir.

Gənc oğlan olduqdan sonra, Kalocero digər ictimai problem ilə üzləşir, belə ki, onun italyan məhəlləsindən olan dostları afroamerikan məhəlləsindən olan gənclərlə mübahisə edirlər, məhz belə bir zamanda Kalocero həmin məhəllədən olan mulat Ceyn Vilyamsla görüşməyə başlayır. İtaliyalı yeniyetmələr afroamerikalıların yaşadığı məhəlləyə hücum etmək istəyirlər, ancaq bu hücum onlar üçün faciə ilə bitir.

Filmin sonunda Sonni ölür. Kalocero mafiya başçısının dəbdəbəli dəfn mərasiminə gəlir, bu zaman ona ata kimi olan Sonni ilə təklikdə vidalaşmağa imkan yaradılır. Kaloceronun qarşısında həyat yolunun seçimi ilə bağlı yenidən çətin məsələ dayanır.

  1. Kachka, Boris. "How 'A Bronx Tale' Got Told — New York Magazine". Nymag.com. 2007-10-14. 2020-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-20.
  2. "A Bronx Tale (1993)". Box Office Mojo. 1993-11-16. 2012-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-20.
  3. "В Италии состоялась премьера фильма Роберта Де Ниро о его отце". Tass.ru. 2020-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]