Bronks əhvalatı (ing. A Bronx Tale) — Robert de Nironun 1993-cü ildə çəkdiyi və özündə qanqster, dram və döyüş kimi janrları cəmləşdirən ABŞ filmidir. Film Robert de Nironun rejissor kimi debüt işidir.[3] O, filmi atasının xatirəsinə həsr etmişdir.
Bronks əhvalatı | |
---|---|
ing. A Bronx Tale | |
Janr | dram |
Rejissor | Robert de Niro |
Prodüserlər |
Ceyn Rozental Robert de Niro Con Kilik |
Əsərin müəllifi | Çezz Palminteri |
Ssenari müəllifi | Çezz Palminteri |
Baş rollarda |
Robert de Niro Çezz Palminteri Lillo Brankato Frensis Kapra |
Operator | Reynaldo Vilyalobos |
Bəstəkar | Butç Barbella |
Montajçı | Devid Rey[d] |
İstehsalçı | Tribeca Productions |
Distribütor | Netflix |
İlk baxış tarixi |
14 sentyabr 1993 (Toronto Beynəlxalq Film Festivalı) 29 sentyabr 1993 (ABŞ) |
Filmin növü | bədii film |
Müddət | 121 dəqiqə |
Büdcə | $10 milyon[1] |
Gəlir | $17,287,898[2] |
Ölkələr | ABŞ |
Dil | ingilis dili |
İl | 1993 |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-York, Nyu Cersi |
IMDb | ID0106489 |
Film Çezz Palminterinin (əsl adı Kalocero Lorenso Palminteri) avtobioqrafik pyesi əsasında ekranlaşdırılıb. İlk zamanlar müəllif kitabın ekranlaşdırılması üçün müəllif hüquqlarını satmaqdan imtina edirdi. O, yalnız Robert de Nironun ona filmin ssenari müəllifi olmağı və filmdə baş rollardan birini oynamağı təklif etməsindən sonra əsərin müəllif hüquqlarını satmağa razılaşıb.
Film atası (Robert de Niro) sadə avtobus sürücüsü işləyən, İtaliyanın Bronks məhəlləsindən olan Kalocero adlı oğlan haqqındadır. Uşaqlıqda Kalocero yerli qanqsterlərin başçısı olan Sonninin (Çezz Palminteri) törətdiyi qətlin şahidi olur, ancaq o, polisə yalan məlumatlar verir, nəticədə cinayətkar Sonni azadlıqda qalır. Uşağı olmayan Sonni, Kaloceronu öz himayəsinə götürür. Bununla da Kalocero sanki iki ata tərbiyəsi ilə böyüməli olur, lakin doğma atası Sonninin onun oğluna verdiyi dərsləri bəyənmir.
Gənc oğlan olduqdan sonra, Kalocero digər ictimai problem ilə üzləşir, belə ki, onun italyan məhəlləsindən olan dostları afroamerikan məhəlləsindən olan gənclərlə mübahisə edirlər, məhz belə bir zamanda Kalocero həmin məhəllədən olan mulat Ceyn Vilyamsla görüşməyə başlayır. İtaliyalı yeniyetmələr afroamerikalıların yaşadığı məhəlləyə hücum etmək istəyirlər, ancaq bu hücum onlar üçün faciə ilə bitir.
Filmin sonunda Sonni ölür. Kalocero mafiya başçısının dəbdəbəli dəfn mərasiminə gəlir, bu zaman ona ata kimi olan Sonni ilə təklikdə vidalaşmağa imkan yaradılır. Kaloceronun qarşısında həyat yolunun seçimi ilə bağlı yenidən çətin məsələ dayanır.