Brusketta

Brusketta ([brusˈketːa, dinlə] it. bruschetta bəzən bruschetto "bruscare" sözündən götürülmüş mənası közdə közərtmək deməkdir) mərkəzi və cənubi İtaliyada yoxsul insanların yemək üçün hazırladıqları qəlyanaltı — it. antipasti növü. Bura közərtilmi yaxud qızardılmış fal şəklində kəsilmiş çörək, isti-isti üzərinə sarımsaqlı zeytun yağı çəkildikdən sonra üstünə xırda doğranmış, duz-istiotlanmış pomidor qoyulur.

Brusketta
Pomidor salatı, karamelize edilmiş balzam sirkəsi və Grana Padano pendiri ilə hazırlanmış brusketta
Pomidor salatı, karamelize edilmiş balzam sirkəsi və Grana Padano pendiri ilə hazırlanmış brusketta
Mənsubiyyəti

Müəllif İtalyanlar
Hazırlanma müddəti 10 dəqiqə
Lazımi komponentlər Çörək, zeytun yağı, pomidor,
sarımsaq, reyhan/bazilika
Kulinariya kitabı Vikikitabdan resept
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İtaliyanın Abruttso bölgəsində ventricina adlı salam ilə hazırlanmış brusketta variasiyası verilir. Çiy donuz əti və donuz sidik kisəsinə qoyulmuş ədviyyatlar yaşlanır və pasta, bəzən, qızardılan açıq çörək dilimlərinə yayılır. Bu yemək köhnəlmiş çörəyi xilas etmək üçün hazırlanmışdır.[1] Toskanada bruskettaya "fettunta" deyilir və mövsümün ilk yağını dadmaq üçün adətən, xüsusilə noyabr ayında, yağsız verilir.

Brusketta üçün lazımi komponentlər
  1. (#empty_citation)